AzTehsil.com


Xəbərlər
21 iyun 2017
5 308


10-cu sinif tarix dərsliyi plagiatdırmı? - Müəllifdən cavab



 

Təhsil eksperti, tarixçi Kamran Əsədov Azərbaycan ümumtəhsil məktəblərinin 10-cu sinif şagirdləri üçün  Tarix dərsliyi layihəsi hazırlayıb. Dərslik yeni kurikulum standartlarına uyğun tərtib olunub. Bəzi tarixçilər Tarix dərsliyinin plagiat olmağı ilə bağlı fikirlər səsləndiriblər.  

Bununla bağlı A24.Az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov qeyd edib ki, səslənilən fikirlər olduqca gülüncdür.

"Həmmüəllifi olduğum Azərbaycan tarixi 10-cu siniflər üçün dərslik layihəsinin xeyli hissəsinin(!!!), materialların oğurluq (plagiat) olması haqqında uzun müddətdir ki, tarix, elm, təhsil sahəsində olsam da, nə adlarını nə də fəaliyyətini görüb eşitmədiyim bəzi tarixçilər irad bildirir. Gülməlisi odur ki, onlar dərslik qalıb kənarda, mənim haqqımda öz ağılları ilə əsası olmayan araşdırma aparıb fikir bildirirlər. Bu da onların qərəzli, savadsız olduqlarının bariz nümunəsidir. Əvvəla o tarixdən xəbəri olmayanlar üçün  nəzərə çatdırmaq istəyirəm ki, dərslik layihəsinin xeyli hissəsində yox, cəmi bir neçə paraqrafda müəyyən uyğunluqlar var. Bu uyğunluqların da əsas səbəbi istifadə edilmiş tarixşünaslıq materiallarının eyni mənbədən götürülməsidir. İkincisi, həmin nəşrdə (2001) verilmiş material bütünlüklə Z.Bünyadovun 1989-cu ildə çap olunmuş (daha sonra 2007-ci ildə təkrar çap olunmuşdur) "Azərbaycan VII-IX əsrlərdə” adlı əsərindən köçürülmüş (bax. səh. 227-246) və bu mənbə dərsliyin sonunda göstərilməmişdir. Həmin dərslikdəki IX-XI əsr Azərbaycan dövlətlərimizlə bağlı digər mövzular (Salarilər dövləti, Rəvvadilər dövləti, Şəddadilər dövləti, qismən Şirvanşahlar dövləti) haqqında da bunları söyləmək olar. Daha dəqiq desək, həmin mövzuların (o cümlədən, hazırkı layihəyə daxil edilmiş) bir əsas mənbəyi vardır: M.X.Şərifli. IX əsrin ikinci yarısı-XI əsrlərdə Azərbaycan feodal dövlətləri. Bakı, "Elm” nəşriyyatı, 1978, 344 səh. M. Şəriflinin Orta əsr mənbələrini, özündən əvvəlki tədqiqatçıların əsərlərini araşdıraraq bu fundamental əsəri ərsəyə gətirmiş (əsər bu yaxınlarda təkrar nəşr edilib), sonralar isə bu dövrə müraciət edən hər kəs birbaşa və ya dolayısı yolla həmin tədqiqatdan istifadə edib (akademik Z.Bünyadovun yuxarıda göstərilən əsərində Sacilər dövləti mövzusu, AMEA Tarix institutu tərəfindən nəşr olunan və akademik N.Vəlixanlının müəllif olduğu VII cildlik Azərbaycan tarixinin II cildində təqdim olunan IX-XI əsr dövlətlərimizlə bağlı mövzular, ayrı-ayrı ali məktəblərin çap etdirdiyi "Azərbaycan tarixi” kitablarda bəhs olunan mövzular məhz M.Şəriflidən götürülmüşdür). 2001-ci ildə nəşr olunan Azərbaycan tarixi dərsliyindən fərqli olaraq hazırkı layihədə istifadə edilən mənbələr, əsərlər göstərilib. Onu da qeyd etməyi özümüzə borc bilirik ki, son 15-20 il ərzində Azərbaycan məktəblərində tədris olunan Ümumi tarix dərsliklərindəki materialların mühüm bir hissəsi keçmiş sovet dərsliklərindən (Korovkin, Agibalova və b. müəllif olduqları) köçürülmədir. Həmin dərsliklərin müəllifləri nəşr etdirdikləri dərsliklərə bu köçürdükləri elmi əsərlərin adını belə dərsliklərə əlavə etməmiş, rus-sovet alimlərinin fikirlərini oğurlayıb öz beyinlərinin məhsulu kimi təqdim ediblər”.
 
Ekspert qeyd edir ki, Təhsil Nazirliyinin dərsliklərin qiymətləndirilməsi üzrə ekspertlərin tövsiyələrindən fərqli olaraq saytlarda həmmüəllifi olduğu dərsliyə irad adlandırılan rəydə dərslik layihəsi müəlliflərinə iradlar tutulur. "İradların tutulmasına baxmayaraq, hazırki layihəyə özünü tarixçi adlandırıb bizi itiham edənlərin kitaba yardım edəcək ciddi təklifləri verilməyib. Verdikləri təkliflər ibtidai sinif səviyyəsindən də aşağı səviyyədədir və demək olar ki, heç biri qəbul edilməyib. Əksinə dərslik layihəsi hər vəchlə aşağılanmış, beləliklə nəinki müəlliflərin, eyni zamanda onu qiymətləndirən Təhsil Nazirliyi ekspertlərinin, TQDK-nın (indiki DİM) əməkdaşlarının zəhməti yumşaq desək, şübhə altına alınıb. Müəlliflər 10-cu siniflər üçün hazırlanmış Ümumi tarix dərslik layihəsinin geniş ictimai müzakirəyə çıxardığına görə,  Azərbaycan Respublikası Təhsil Nazirliyinə minnətdarlığını bildirir. Müzakirələr zamanı respublikamızın qabaqcıl pedaqoji işçiləri tərəfindən qeyd edilən dəyərli rəy və təkliflər dərslik layihəsinin daha da təkmilləşdirilməsinə yardımçı olub. Müəlliflər həm də Təhsil Nazirliyinin dərslik layihələrinin qiymətləndirilməsi üçün AMEA-nım müvafiq insitutlarına göndərilməsini alqışlayr, gələcəkdə də bu tendensiyanın davam etdirilməsini arzulayır. Lakin xahiş olunur ki, AMEA-nın institutlarında yaradılmış qiymətləndirmə üzrə işçi qrupu üzvlərinin həmin ildə tenderə çıxarılmış dərslik layihələrininin yazılmasında iştirak edib – etməmələri də diqqət mərkəzində saxlanılsın.

Sonda bərbad vəziyyətdə tenderə kitab təqdim edib, biabırcasına məğlub olanlara tövsiyə edirəm ki, məğlubiyyəti də bacarmaq lazımdır. Şou-biznes adamları kimi heç bir əsası olmayan qalmaqal yaratmaqdansa, gedib tarix oxusunlar, kurikulumu mənimsəsinlər və növbəti dərslik tenderlərinə qatılsınlar”.



Загрузка...
Həmçinin oxuyun:
“10-cu sinif “Azərbaycan tarixi” dərslik layihəsi plagiatdır, elmi qüsurlar və uyğunsuzluqlar çoxdur"

“10-cu sinif “Azərbaycan tarixi” dərslik layihəsi plagiatdır, elmi qüsurlar və uyğunsuzluqlar çoxdur"

Na­dir İs­ra­fi­lov: "Dərslik yaz­maq sa­hə­sin­də­ki təc­rü­bə­siz­lik nə­ti­cə­sin­də bu prob­lem ya­ra­nıb"

Na­dir İs­ra­fi­lov: "Dərslik yaz­maq sa­hə­sin­də­ki təc­rü­bə­siz­lik nə­ti­cə­sin­də bu prob­lem ya­ra­nıb"

Dərslik və müəllim üçün metodik vəsaitlərin layihələrinə dair ictimai rəyin öyrənilməsi

Dərslik və müəllim üçün metodik vəsaitlərin layihələrinə dair ictimai rəyin öyrənilməsi

Təhsil Nazirliyi hansı siniflərdə dərslikləri təzələyəcək?

Təhsil Nazirliyi hansı siniflərdə dərslikləri təzələyəcək?

DİM: X sinif dərsliklərində səhvlərə yol verilib

DİM: X sinif dərsliklərində səhvlərə yol verilib

İbtidai siniflər üçün ehtiyat dərsliklər hazırlanacaq

İbtidai siniflər üçün ehtiyat dərsliklər hazırlanacaq

Dərslik və müəllim üçün metodik vəsaitlərin layihələrinə dair ictimai rəyin öyrənilməsi

Dərslik və müəllim üçün metodik vəsaitlərin layihələrinə dair ictimai rəyin öyrənilməsi

Dərslikləri Qiymətləndirmə Şurasının tərkibi yenilənir

Dərslikləri Qiymətləndirmə Şurasının tərkibi yenilənir

Dərsliklər niyə qəliz yazılır?

Dərsliklər niyə qəliz yazılır?

Dərsliklər düzələcəkmi?

Dərsliklər düzələcəkmi?

Akademik Çingiz Qacarın “plagiat” fəlsəfəsi - Nadir İSRAFİLOV

Akademik Çingiz Qacarın “plagiat” fəlsəfəsi - Nadir İSRAFİLOV

AMEA üzvlərinə müraciət edilir ki, dərslik yazın, yazan yoxdur

AMEA üzvlərinə müraciət edilir ki, dərslik yazın, yazan yoxdur

Elektron dərslik portalından onlayn istifadə edənlərin sayı 6 dəfə artıb

Elektron dərslik portalından onlayn istifadə edənlərin sayı 6 dəfə artıb

İbtidai sinif dərsliklərindən lazımsız məsələlər çıxarılacaq

İbtidai sinif dərsliklərindən lazımsız məsələlər çıxarılacaq

ADPU-nun yeni rektoru  Cəfər Cəfərov təyin olundu

ADPU-nun yeni rektoru Cəfər Cəfərov təyin olundu

Azərbaycan təhsilində fəlsəfə və informatika fənləri proqram və dərsliklərin əhatəsində yoxdur.

Azərbaycan təhsilində fəlsəfə və informatika fənləri proqram və dərsliklərin əhatəsində yoxdur.

Müsabiqə elan olundu - Müəllimlərin nəzərinə

Müsabiqə elan olundu - Müəllimlərin nəzərinə

Səfəvi dövlətinin İrana aid olması haqqında mənbələr ağ yalandır

Səfəvi dövlətinin İrana aid olması haqqında mənbələr ağ yalandır

Bu dövlət universitetinə ağır itki: Kafedra müdiri iş başında öldü

Bu dövlət universitetinə ağır itki: Kafedra müdiri iş başında öldü

“Azərbaycan uşaq ədəbiyyatı antologiyası” ikicildliyi nəşr olunub

“Azərbaycan uşaq ədəbiyyatı antologiyası” ikicildliyi nəşr olunub

Buraxılış imtahanlarına hazırlaşanlar üçün yeni vəsait nəşr edilib  Böyüt

Buraxılış imtahanlarına hazırlaşanlar üçün yeni vəsait nəşr edilib Böyüt

Təhsil Nazirliyində “eTwinning Plus” layihəsi çərçivəsində təltifetmə mərasimi keçirilib

Təhsil Nazirliyində “eTwinning Plus” layihəsi çərçivəsində təltifetmə mərasimi keçirilib

MÜƏLLİM ÖMRÜ - “Əməkdar müəllim”, “Tərəqqi medalı”, “Qabaqcıl təhsil işçisi” Əliyev Fidayıl

MÜƏLLİM ÖMRÜ - “Əməkdar müəllim”, “Tərəqqi medalı”, “Qabaqcıl təhsil işçisi” Əliyev Fidayıl

ADU-nun prorektoru Dünyamin Yunusov vəfat etdi

ADU-nun prorektoru Dünyamin Yunusov vəfat etdi