AzTehsil.com


Xəbərlər
02 fevral 2017
6 067


Buraxılış imtahanlarına hazırlaşanlar üçün yeni vəsait nəşr edilib Böyüt



Buraxılış imtahanlarına hazırlaşanlar üçün yeni vəsait nəşr edilib  Böyüt

 

Dövlət İmtahan Mərkəzi "Abituriyent” jurnalının xüsusi buraxılışında ümumi təhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün "Riyaziyyat” fənni üzrə vəsait nəşr edib. DİM-dən APA-ya verilən xəbərə görə, vəsait buraxılış imtahanlarına hazırlaşan IX və XI sinif şagirdləri, eləcə də qəbul imtahanlarına hazırlaşan abituriyentlər üçün etibarlı mənbədir. Vəsaitin birinci hissəsində yeni təhsil proqramı (kurikulum) və dərsliyə əsaslanan qiymətləndirmə tapşırıqları, ikinci hissəsində isə qapalı (çoxseçimli) və açıq tipli test tapşırıqları dərc edilib.
 
Vəsaitdən ümumi təhsil müəssisələrində qiymətləndirmə vasitəsi kimi, həmçinin pedaqoji yönümlü ali təhsil müəssisələrində və müəllimlər üçün təlim kurslarında metodiki material kimi istifadə oluna bilər.
 
 Vəsaiti DİM-in binalarındakı "Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.



Загрузка...