AzTehsil.com


Xəbərlər
04 iyun 2017
5 598


İmtahanda sıfır nəticə göstərən müəllimlər: Onlar Azərbaycanın gələcəyini baltalayır



İmtahanda sıfır nəticə göstərən müəllimlər: Onlar Azərbaycanın gələcəyini baltalayır

 

2015-ci ildən başlayaraq, ölkəmizdə müəllimlərin diaqnostik qiymətləndirilməsi prosesi həyata keçirilir. Ayrı-ayrılıqda bölgələr üzrə ümumtəhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqları imtahan edilir.
2016-cı ilin sonunda respublikanın 26 şəhər və rayonunda çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsi aparılıb. 36 min nəfər müəllim qiymətləndirmədə iştirak edib. Bu proses zamanı bir sıra müəllimlərin təhsil sənədinin dövlət nümunəli olmadığı aşkar edilib.
Və həmin müəllimlər diaqnostik qiymətləndirilməyə buraxılmayıblar.
Digər bir məqam müəllimlərin işə qəbulunun yalnız müsabiqə yolu ilə həyata keçirilməsidir ki, bununla da Təhsil Nazirliyi müsabiqədənkənar işə qəbul halları da aşkarlanıb.
Təhsil Nazirliyindən  verilən cavabda diaqnostik qiymətləndirilməyə buraxılmayan müəllimlərin sayı açıqlanmasa da, belə pedaqoqların az olmadığı qeyd edilib.
"2016-cı ilin sonunda respublikanın 26 şəhər və rayonunda çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsi aparılarkən müəllimlərin təhsil sənədləri tərəfimizdən yoxlanılıb. Və bir sıra müəllimlərin təhsil sənədinin dövlət nümunəli olmadığı aşkar edilib. Həmçinin, müəllimlərin işə qəbulu yalnız müsabiqə yolu ilə həyata keçirilir. Təhsil Nazirliyi müsabiqədənkənar işə qəbul halları ilə mübarizə aparır və belə hallar aşkar olunduqda nazirlik tərəfindən tədbirlər həyata keçirilir”,-nazirlikdən bildirilib.
Xatırladaq ki, bir neçə ay bundan əvvəl bəzi bölgələrdə keçirilən diaqnostik imtahandan sonra müəllimlərin müəyyən faizinin sıfır bal toplaması ilə bağlı məlumat paylaşılmışdı. Təbii ki, bu, rəsmi mənbə deyildi, imtahana nəzarət edən şəxslərdən biri belə bir məlumat yaymışdı və böyük rezenans doğurdu.
Amma nazirlik tərəfindən təsdiq olunmadı. Lakin bir neçə gün əvvəl diaqnostik imtahan nəticələri ilə bağlı müəllimlərin nəticələrinin yaxşı olmadığı və onların əmək müqavilələrinə xitam verilməsi barədə məlumat yaydılar.
Bununla bərabər böyük sayda orta məktəbdə çalışan işçilərin sənədlərinin saxta olduğu ortaya çıxdı və onlar bu imtahanlara buraxılmadı.
Müəllimlərin sonuncu diaqnostik imtahanında xeyli sayda müəllim sıfır nəticə göstərib. Hətta imtahanda iştirak edən 120 mindən çox müəllimin 10 minə qədərinin ixtisası üzrə 10 faizə qədər nəticə əldə etməsi barədə məlumatlar var. Bir neçə rayon məktəblərdə çalışan müəllim diaqnostik qiymətləndirmədə sıfır nəticə göstərdiyi barədə əlimizdə dəqiq məlumatlar var. 
Bu, onu deməyə əsas verir ki, heç də gələcəyimiz olan uşqlarımızı etibarlı əllərə həvalə etməmişik. Biliyi, savadı dərs demək qabiliyyəti sıfır olan müəllim təhsilimizə hansı töhfələri verə bilər?!
Birmənalı olaraq diaqnostik qiymətləndrimədən 0 nəticə əldə edənlər məktəblərdən uzaqlaşdırılmalıdır. Ən azı onların dərs dediyi şagirdlərin, Azərbaycanın gələcəyi naminə bu addım çox vacibdir. Bundan başqa belə mütəxəssis istehsal edən universitetlər barədə də ciddi ölçü götürülməlidir. Millətin gələcyini oyuna çevirənlərə ümumikdə cəmiyyət, fərd olaraq hər birimiz laqeyd qalmamalıyıq. Bu laqeydlik Azərbaycanın gələcəyini baltalayır.
 
moderator.az



Загрузка...
Həmçinin oxuyun:
"Bu hallar aşkarlanan müəllimlər isə işlədiyi təhsil müəssisəsindən dərhal kənarlaşdırılır”

"Bu hallar aşkarlanan müəllimlər isə işlədiyi təhsil müəssisəsindən dərhal kənarlaşdırılır”

Təhsil Nazirliyi diaqnostik qiymətləndirməyə buraxılmayan müəllimlərə müraciət edib

Təhsil Nazirliyi diaqnostik qiymətləndirməyə buraxılmayan müəllimlərə müraciət edib

Bu gün müəllimlərin diaqnostik qiymətləndirilməsi başlayır

Bu gün müəllimlərin diaqnostik qiymətləndirilməsi başlayır

Sabahdan bəzi rayonlar üzrə müəllimlərin diaqnostik qiymətləndirilməsinə başlanılır

Sabahdan bəzi rayonlar üzrə müəllimlərin diaqnostik qiymətləndirilməsinə başlanılır

26 rayonun diaqnostik qiymətləndirmədən keçən müəllimləri oxusun - İnanılmaz imkan

26 rayonun diaqnostik qiymətləndirmədən keçən müəllimləri oxusun - İnanılmaz imkan

Üç rayon üzrə 6 minə yaxın müəllimin diaqnostik qiymətləndirilməsi keçiriləcək

Üç rayon üzrə 6 minə yaxın müəllimin diaqnostik qiymətləndirilməsi keçiriləcək

Diaqnostik imtahanda iştirak edə bilməyən müəllimlər yenidən iştirak edə biləcəkmi?

Diaqnostik imtahanda iştirak edə bilməyən müəllimlər yenidən iştirak edə biləcəkmi?

Təhsil Nazirliyi: Növbəti diaqnostik qiymətləndirmədə 12 min müəllim iştirak edəcək

Təhsil Nazirliyi: Növbəti diaqnostik qiymətləndirmədə 12 min müəllim iştirak edəcək

Bu gündən 12 min müəllimin diaqnostik qiymətləndirilməsi başlayır

Bu gündən 12 min müəllimin diaqnostik qiymətləndirilməsi başlayır

Diaqnostik qiymətləndirmə imtahanının vaxtı bəlli oldu

Diaqnostik qiymətləndirmə imtahanının vaxtı bəlli oldu

Növbəti tədris ilində müəllimlərin dərs bölgüsü zamanı diaqnostik qiymətləndirmənin nəticələri əsas götürüləcək

Növbəti tədris ilində müəllimlərin dərs bölgüsü zamanı diaqnostik qiymətləndirmənin nəticələri əsas götürüləcək

Daha 12 mindən çox müəllimin diaqnostik qiymətləndirilməsinə başlanılıb

Daha 12 mindən çox müəllimin diaqnostik qiymətləndirilməsinə başlanılıb

"Bu qədər saxta diplom niyə üzə çıxarılmayıb?" -Şahlar Əsgərov

"Bu qədər saxta diplom niyə üzə çıxarılmayıb?" -Şahlar Əsgərov

4500-dən çox müəllimin diaqnostik qiymətləndiriliməsi davam edir

4500-dən çox müəllimin diaqnostik qiymətləndiriliməsi davam edir

Daha 40 000 müəllimin əmək haqqı artırılacaq ...

Daha 40 000 müəllimin əmək haqqı artırılacaq ...

Köçkün müəllim diaqnostik qiymətləndirilmədə rekord bal yığdı

Köçkün müəllim diaqnostik qiymətləndirilmədə rekord bal yığdı

Müəllimlərin biliklərinin diaqnostik qiymətləndirilməsi yekunlaşdıqdan sonra attestasiya keçiriləcək.

Müəllimlərin biliklərinin diaqnostik qiymətləndirilməsi yekunlaşdıqdan sonra attestasiya keçiriləcək.

Diaqnostik qiymətləndirmə müəllimlərin əmək haqqının ümumi artımına hesablanıb.

Diaqnostik qiymətləndirmə müəllimlərin əmək haqqının ümumi artımına hesablanıb.

Valideynlər: "Savadsız müəllimlər övladlarımıza dərs deməsin" - REPORTAJ

Valideynlər: "Savadsız müəllimlər övladlarımıza dərs deməsin" - REPORTAJ

Növbəti diaqnostik qiymətləndirmə keçiriləcək

Növbəti diaqnostik qiymətləndirmə keçiriləcək

İş yerini dəyişən Müəllimlərin maaşı necə hesablanacaq? - Açıqlama

İş yerini dəyişən Müəllimlərin maaşı necə hesablanacaq? - Açıqlama

Göygöl rayonunda diaqnostik qiymətləndirmə ilə bağlı iclas keçirilib.

Göygöl rayonunda diaqnostik qiymətləndirmə ilə bağlı iclas keçirilib.

Diaqnostik qiymətləndirmədə yüksək nəticə göstərən Göygöl rayon müəllimləri.

Diaqnostik qiymətləndirmədə yüksək nəticə göstərən Göygöl rayon müəllimləri.

Diaqnostik qiymətləndirilməyə buraxılmayan müəllimlərin axırı necə olacaq? – Davam, tamam?

Diaqnostik qiymətləndirilməyə buraxılmayan müəllimlərin axırı necə olacaq? – Davam, tamam?