AzTehsil.com


Xəbərlər
06 may 2017
6 106


Diaqnostik qiymətləndirilməyə buraxılmayan müəllimlərin axırı necə olacaq? – Davam, tamam?



Diaqnostik qiymətləndirilməyə buraxılmayan müəllimlərin axırı necə olacaq? – Davam, tamam?

 

Müəllimlərin diaqnostik qiymətləndirilməsi davam edir. Məlumdur ki, bəzi məktəblərdə çalışan müəllimlər diaqnostik qiymətləndirilmə prosesindən kənarda saxlanılır. Aralarında diplomu olmayanlar, pedaqoji təhsil almayanlar, hansısa arayışla dərs deyənlər də var. 
 
Bəs həmin müəllimlərin taleyi necə olacaq?
 
Müəllimlər arasında belə bir fikir səsləndirilir ki, diaqnostik qiymətləndirilməyə buraxılmayan müəllimlər üçün Təhsil Nazirliyi sərt tələblər qoymaqla yanaşı, müəyyən metodlar müəyyənləşdirməlidir. Onların içərisindən illərdir pedaqoji fəaliyyətlə məşğul olanlar, Müəllimlərin İşə Qəbulu Komissiyasından keçməyənlər də var.  Ona görə də fəaliyyəti Təhsil Nazirliyi tərəfindən tanınmayan  müəllimlər üçün ayrıca imtahan keçirilməli və savadlı müəllimlərin fəaliyyətləri qanuniləşdirilməlidir.
 
Saxta diplomun meyarlarına aydınlıq gətirilməlidir
 
Bu mövzu ilə əlaqədar A24.Az-a açıqlama verən təhsil sahəsi üzrə ekspert Nadir İsrafilov bildirdi ki, ilk növbədə saxta diplom məsələsinin meyarları təsdiqlənməlidir. "Diplom nəyə görə saxta hesab edilir, günahı müəllimdədir, yoxsa o diplomu verən qurumdadır? Saxta diplomun özü, imzası, blankı saxtadır? Bu problem illərdir gündəmdədir,  hələ də  öz  həllini tam tapmayıb. Məsələyə təhsil naziri də münasibət bildirib və araşdırılır. Burda savadsız, savadlı,  illərdir işləyən, nəyinsə qurbanı olan müəllimlər də var. TQDK-nın olduğu dövrdə  Məleykə Abbaszadə 22 min saxta diplomun olduğunu qeyd etmişdi.  TQDK tələbə qəbulu bazasında qeydiyyatdan  keçməyənlərin diplomunu saxta hesab edirdi. Bunların əksəriyyəti də  Rusiya,Türkiyə, Belarusiyada təhsil alıb vətənə qayıdanlar idi. Sonradan məlum oldu ki, xaricdəki universitetlər Azərbaycanda qeydiyyatdan keçməyib,  ona görə də onların verdikəri diplom saxta hesab edilir”.
 

Diaqnostik qiymətləndirilməyə buraxılmayan müəllimlərin axırı necə olacaq? – Davam, tamam?

 

Yeniliklərin qurbanı müəllimlər oldu
 
Ekspert qeyd edib ki,  təhsil sahəsində müəyyən yeniliklər oldu,  müəyyən filiallar bağlandı. "Sonda Müəllimlər İnstitutu Pedaqoji Universitetə birləşdirildi. Saxta diplomun mahiyyəti hələ tam dəqiqləşməyənədək bu cür problemlər birdəfəlik həll edilməyəcək. Deyilir ki, diaqnostik qiymətləndirmə tam bitdikdən sonra müəllimlərin sertifikasiyası, daha sonra attestasiyası keçiriləcək. Bu prosesdə problemlərin həllinə baxılacaq”.
 
Oxuyan günahkardır, ya diplomu verən?
 
Təhsil eksperti N.İsrafilov deyib ki, Misir Mərdanovun təhsil naziri olduğu dövrdə  bir sıra kolleclərin (Neftçalada və s.) verdiyi diplomlar saxta hesab edilirdi. "Sonra onlar məhkəmədə bəraət aldı. Saxta məsələsini hüquq mühafizə orqanları  araşdırmalıdır.  Təhsil naziri dəfələrlə bəyanat verib, məsələlərə demokratik yanaşıb. Şəxs xaricdə təhsil alıb gəlir, diplomu saxta hesab edilir, burda şəxsin günahı nədir?”
 

Diaqnostik qiymətləndirilməyə buraxılmayan müəllimlərin axırı necə olacaq? – Davam, tamam?

 

Niyə "Saxta” sözü təkcə müəllimlərə aid edilir?
 
Ekspertin fikrincə, cəmiyyət müəllimlərə qarşı daha sərt münasibət göstərir. "Hər dəfə müəllimlərin diplomlarının saxta olması gündəmə gətirilir, quru statistika göstərilir. Saxta diplomlu həkimlər, mühəndislər də yetərincədir. Amma, nədənsə müəllimlərin saxta diplomundan yapışmışıq.  Bu cür məsələlər müəllimlərin nüfuzuna xələl gətirir, onların psixikasına təsir göstərir və cəmiyyətdə müəllim haqqında səhv imic formalaşdırır.   İndiyədək bir adamı cəzalandırmayıblar ki, bu saxta diplom verməklə məşğul imiş. Statistikanı hər dəfə deməkdənsə,  konkret məsələ həll edilməlidir. Günahkarlar cəzalandırılmalıdır. Bu cür məlumatların  işıqlandırılması daha effektlidir”.
 
Görünən odur ki, saxta diplomlu müəllimlər məsələsi yenə də gündəmdə qalacaq.  Problemlərin gün üzünə çıxması diaqnostik qiymətləndirmə tam bitdikdən sonraya qalacaq.



Загрузка...