AzTehsil.com


Xəbərlər
25 aprel 2017
3 715


Bu gündən 12 min müəllimin diaqnostik qiymətləndirilməsi başlayır



Bu gündən 12 min müəllimin diaqnostik qiymətləndirilməsi başlayır

 

Bu gündən Azərbaycanın bəzi rayonlarında növbəti diaqnostik qiymətləndirməyə start verilib.
 
Təhsil Nazirliyindən verilən xəbərə görə, diaqnostik qiymətləndirmədə Mingəçevir və Naftalan şəhər, Yevlax, Ağdaş, Goranboy, Göyçay, bu rayonlardakı Kəlbəcər, Ağdam, Xocalı və Laçın rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan 12 min nəfərə yaxın müəllim iştirak edəcək. Qiymətləndirməyə ilk peşə-ixtisas təhsili müəssisələrində ümumtəhsil fənlərini tədris edən müəllimlər də cəlb olunub. Bərdə Olimpiya İdman Kompleksində keçirilən qiymətləndirmə 5 gün davam edəcək.
 
Diaqnostik qiymətləndirmənin nəticələrinə əsasən, müəllimlərin bilik və bacarıq səviyyələri müəyyənləşdiriləcək, onların dərs yükü norması və əməkhaqqı artırılmaqla maddi rifahı yaxşılaşdırılacaq. Həmçinin həmin müəllimlər inkişafyönümlü təlimlərə cəlb ediləcəklər.



Загрузка...