AzTehsil.com


Xəbərlər
08 may 2017
4 070


Növbəti diaqnostik qiymətləndirmə keçiriləcək



Növbəti diaqnostik qiymətləndirmə keçiriləcək

 

Mayın 11-16-da Qax Olimpiya İdman Kompleksində növbəti diaqnostik qiymətləndirmə keçiriləcək. 
 
Aztehsil.com-un məlumatına görə, Təhsil Nazirliyindən bildirilib ki, qiymətləndirmədə 12 mindən çox müəllim iştirak edəcək. Qax, Qəbələ, Şəki, Zaqatala, Balakən, Oğuz, həmçinin bu rayonlarda yerləşən Ağdam, Laçın, Kəlbəcər və Xocalı rayonlarının ümumi təhsil müəssisələrində çalışan müəllimlərinin diaqnostik qiymətləndirilməsi aparılacaq. Qiymətləndirməyə ilk peşə-ixtisas təhsili müəssisələrində ümumtəhsil fənlərini tədris edən müəllimlər də qatılacaq.
 
Diaqnostik qiymətləndirmədə iştirak edəcək müəllimlər dq.edu.az saytına daxil olmaqla "Şəxsi səhifə” bölməsindən imtahanların keçiriləcəyi tarix və saat barədə məlumat əldə edə bilərlər. Eyni zamanda həmin səhifə vasitəsilə məlumatların dürüstlüyünü yoxlamaq mümkündür. Uyğunsuzluq aşkarlandığı təqdirdə yerli təhsili idarəetmə orqanlarına müraciət edilə bilər.
 
Qeyd edək ki, 4-6 may tarixlərində keçirilən diaqnostik qiymətləndirmədə Ağstafa, Tovuz və Qazax rayonlarının ümumi təhsil müəssisələrində çalışan 6 min nəfərə yaxın müəllim iştirak edib.
 
apa.az



Загрузка...