Ağdaşda məktəbli niyə intihar edib? - "Anasından gizli..."
Ağdaş rayonunda intihar hadisəsi baş verib.
Hadisə rayonun Ləki qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 2005-ci il təvəllüdlü İsmayıl Adıgözəlov yaşadığı evin həyətindəki tövlədə özünü kəndirlə asaraq intihar edib.
Baş verən hadisə ilə bağlı İsmayıl Adıgözəlovun təhsil aldığı Ağdaş rayon Ləki qəsəbə tam orta məktəbi ilə əlaqə saxlanılıb.
Aztəhsil.com xəbər verir ki, məktəbin Rus dili fənnindən dərs deyən müəllimi Şəhla Hacıyeva Metbuat.az-a açıqlamasında bildirib ki, hadisə dekabrın 3-ü baş verib:
"İsmayıl tərbiyəli şagird idi. Dərslərini yaxşı oxuyurdu. Dostları ilə münasibəti yaxşı idi. Heç kim gözləmirdi. Biz də şokdayıq. Hadisə günü İsmayılın anası da evdə olub. Uşaq anasından xəlvət özünü həyətdəki tövlədən asıb”.
Qeyd edək ki, 7-ci sinif şagirdinin özünə qəsd etməsinin səbəbi hələ ki, məlum deyil.