AzTehsil.com


Xəbərlər / Valideyn
09 dekabr 2017
3 045


Uşaqlar niyə intihar edir? - Komitə valideynlərə xəbərdarlıq etdi



Uşaqlar niyə intihar edir? - Komitə valideynlərə xəbərdarlıq etdi

"Son vaxtlar Azərbaycanda uşaq intiharlarının sayında artım müşahidə olunur. Sonu ölümlə bitənlərdən daha çox intihara cəhd edənlərin sayında artım qeydə alınır".


Aztəhsil.com xəbər verir ki, bu barədə azvision.az-a Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar Şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova deyib.


Komitə rəsmisi bildirib ki, intiharların artması narahtedicidir:

 

"Ölkə üzrə müşahidə edilən intiharlarla müqayisədə uşaq intiharları çox cuzidir. Həddindən artıq kritik rəqəmlər yoxdur. Azərbaycan intihar halları baş verən ölkələr arasında ən aşağı göstəriciyə malikdir. Bununla belə həyacan təbili var. Çünki hər ay bir neçə istər uşaq, istər gənc və yetkinlik yaşına çatmış şəxslərin intihar halları baş verir. Burada xüsusilə narahatedici məqamlardan biri uşaq intiharlarıdır. Komitə olaraq intihar hallarının araşdırılmasını həyata keçirik. Ümumdünya Səhiyyə Təşkilatı intiharların 800-ə qədər səbəbini müəyyən edib. Səbəblər müxtəlifdir. İnsanın ruhi vəziyyəti, sağlamlığı, qorxu hissi, üzləşdiyi ağır itki intihara əl atmasına səbəb olur. 


Məsələn, uşaq riyaziyyatdan məsələ həll edir və bacarmır. Bu, artıq onun üçün problemə çevrilir. Və ya ailədaxili münasibətlər sistemində hər hansı pozulma gedirsə, bu da problemdir. Bunun həlli yollarını tapmayanda insan çıxış yolunu intiharda görür".


A.Veysəlova bildirib ki, azyaşlı, 10-14 yaşlı uşaqlar özünəqəsdə yaxınlarını narahat etmək, ailədə var olduqlarını göstərmək üçün əl atırlar:

 

"Dünyada aparılan təhlillər nəticəsində gəlinən nəticələrdən biri budur. Uşağın niyyəti özünü öldürmək deyil. Sadəcə valideynlərdən daha çox hansının onu sevdiyini öyrənmək üçün buna əl atır. Fikirləşmirlər ki, bunun ağır nəticəsində ölüm halı baş verə bilər. Ailədaxili münaqişələrə, konfliktlərə dözməyən uşaqlar da intihara əl atır. 


Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsi intiharların səbəblərin araşdırılması, buna qarşı hansı mübarizə metodlarından istifadə edilməsi barədə araşdırma aparıb. Araşdırma hazırda təhlil edilir. Növbəti il üçün bunun geniş təqdimatını verəcəyik".


A.Veysəlova informasiya texnologiyalarənın inkişaf etdiyi dövrdə valideynlərin üzərinə ikiqat məsuliyyət düşdüyünü vurğulayıb.

 

"Hər kəs, o cümlədən valideynlər öz övladlarına qarşı məsuliyyətlə yanaşmalıdırlar. Uşaqların keçid-böhran yaş dövrlərində onlara həssaslıqla fikir verməlidirlər Uşağa yaxşı geyinmək, qidalanmaq, yaxşı təhsil verməklə yanaşı, onların mənəvi aləmini də təmin etmək lazımdır. Uşağın psixoloji vəziyyəti daim nəzarətdə saxlanılmalıdır. Əvvəllər də belə hallar olub. Lakin bu gün yaşadığlmız dövrdə informasiya texnologiyaları da intihar hallarında öz izini qoyur".




Загрузка...
Həmçinin oxuyun:
Valideynlər, "ölümü" öz əllərinizlə uşaqlarınıza verməyin!

Valideynlər, "ölümü" öz əllərinizlə uşaqlarınıza verməyin!

16 yaşlı məktəbli intihar etdi

16 yaşlı məktəbli intihar etdi

"Mavi balina" haqqında bilmədiklərimiz - UŞAQLAR NİYƏ İNTİHAR EDİR?

"Mavi balina" haqqında bilmədiklərimiz - UŞAQLAR NİYƏ İNTİHAR EDİR?

12 yaşlı uşağın qatili: din, yoxsa məktəb?

12 yaşlı uşağın qatili: din, yoxsa məktəb?

Müəllim və psixoloqların  şagirdlərin həyata baxışlarının formalaşmasında rolu

Müəllim və psixoloqların şagirdlərin həyata baxışlarının formalaşmasında rolu

Mən əgər bilsəydim ki, məni öldürəcəklər.......ŞƏHRİYYƏ QƏZƏNFƏRQIZI

Mən əgər bilsəydim ki, məni öldürəcəklər.......ŞƏHRİYYƏ QƏZƏNFƏRQIZI

Təhsildən kənarda qalan uşaqlar - SƏBƏB İSƏ...

Təhsildən kənarda qalan uşaqlar - SƏBƏB İSƏ...

Kəkələyən uşaqlarda hansı qüsurlar olur?

Kəkələyən uşaqlarda hansı qüsurlar olur?

Ağdaşda məktəbli niyə intihar edib? - "Anasından gizli..."

Ağdaşda məktəbli niyə intihar edib? - "Anasından gizli..."

Uşağın yalan danışması nəyə işarədir? -VALİDEYNLƏR, DİQQƏTLİ OLUN!

Uşağın yalan danışması nəyə işarədir? -VALİDEYNLƏR, DİQQƏTLİ OLUN!

“Mavi Balina” Hövsan məktəbində – İki şagird oyunun qurbanına çevrildi?

“Mavi Balina” Hövsan məktəbində – İki şagird oyunun qurbanına çevrildi?

Uşağın yalan danışması nəyə işarədir?

Uşağın yalan danışması nəyə işarədir?

Ölkədə təhsildən yayınan və yenidən təhsilə cəlb edilən uşaqların SAYI açıqlandı

Ölkədə təhsildən yayınan və yenidən təhsilə cəlb edilən uşaqların SAYI açıqlandı

Azərbaycanda müəllim damarlarını kəsib intihar etdi

Azərbaycanda müəllim damarlarını kəsib intihar etdi

Məktəblilər "Mavi balina"nın sehrinə düşüb - EKSPERT

Məktəblilər "Mavi balina"nın sehrinə düşüb - EKSPERT

Müəllimin intihar səbəbi bilindi - Tələbəsi ilə sevgili olub

Müəllimin intihar səbəbi bilindi - Tələbəsi ilə sevgili olub

İntihar edən 12 yaşlı şagirdin oxuduğu məktəbdən AÇIQLAMA

İntihar edən 12 yaşlı şagirdin oxuduğu məktəbdən AÇIQLAMA

Azərbaycanda məktəbli oğlanın DƏHŞƏTLİ SONU - TƏFƏRRÜAT

Azərbaycanda məktəbli oğlanın DƏHŞƏTLİ SONU - TƏFƏRRÜAT

Ağdaşda 7-ci sinif şagirdinin intiharında "Mavi Balina" izi

Ağdaşda 7-ci sinif şagirdinin intiharında "Mavi Balina" izi

İntihar edən müəllimə budur - Foto

İntihar edən müəllimə budur - Foto

İmtahandan kəsilən qız intihara cəhd etdi

İmtahandan kəsilən qız intihara cəhd etdi

Şagirdləri damarlarını kəsən məktəbin direktor müavini: “Zarafatlaşıblar”

Şagirdləri damarlarını kəsən məktəbin direktor müavini: “Zarafatlaşıblar”

Valideynin ölümünü uşağa necə deyək?

Valideynin ölümünü uşağa necə deyək?

SOS!!Ölkədə müəllim işləyən vətəndaşlar arasında intihar halları artıb

SOS!!Ölkədə müəllim işləyən vətəndaşlar arasında intihar halları artıb