Koronavirus pandemiyası zamanı virusun özündən qorunmaqdan daha çox təşviş və panikaya qalib gəlmək vacibdir.
Stress, qorxu nə qədər güclü olsa, bir o qədər virusun işinə yarayır, çünki stres immun sistemi zəiflədir.
AzTehsil.com medicina.az-a istinadən insanlar arasında gərginliyi, panikanı nəzərə alıb, sakitləşmək və panikaya təslim olmamaq üçün atacağınız 5 vacib addımı təqdim edir:
1. Özünüz üçün plan tərtib edin
Həyəcan-təşviş pozuntusu, panik tutqusu olan insan hər şey öz şəxsi nəzarətində saxlamağa çalışır.
Ona görə öncədən koronavirus planınız hazır olsa ürəyiniz rahat olar. Əgər virus yayılarsa, nə lazımdır, uşaqlar harda ola bilər, ilk növbədə necə davranmalı, hara zəng etməli, hansı həkimə güvənməli, yardımı kimdən gözləməli. Maska, spirt, dərman ehtiyatınızı da tutun və hər gün informasiyaları təhlil edin. Özlüyünüzdə deyin ki, nə olursa olsun, mən buna hazıram. Virus mənə qalib gələ bilməz.
2. Gələcəklə yox bu günlə yaşayın.
Hər gün fikrinizi yayındıracaq üsullar tapın, xəbərlərə baxmayın, koronavirusla bağlı heç nə ilə maraqlanmayın. Elə hesab edin ki, siz ayrı, uzaq bir adadasız.
Siz gecə -gündüz xəbərləri, məlumatları oxuya, aptekləri gəzə bilərsiz. Bu sizin beyninizi yormaqdan başqa bir şey verməyəcək. Anda qalın. İndi hər şey yaxşıdır, evinizdə, ailənizdə hamı salamatdır, bu gün artıq başqa məsələlər barədə düşünməliyəm.
Stresi azaltmaq üçün təmiz havada gəzin, komediyaya baxın, yaxşı yeməklər bişirin, evi dərindən təmizləyin, sakit musiqilərə qulaq asın, idmanla məşğul olun.
3. Mütləq yatın
Gündüzlər evdəsizsə, günortalar da yatın. Pandemiya dövründə yuxu rejiminə ciddi əməl etmək xüsusilə vacibdir. Əvvəlki viruslarla bağlı elmi araşdırmalar sübut edib ki, yatıb yuxu normasını almış insan üçün viruslar qorxulu deyil.
Çünki beyin yuxuda təmizlənir, immunitet yuxuda bərpa olur. Ona görə bu ərəfələr ailəlikcə axşam saat 22:00-dan sonra yatın.
4. Fiziki aktivlik və sağlam qidalanma
Fiziki aktivlik həyəcanı, stresi azaldır, adrenalini qovur, xroniki xəstəliklər riskini azaldır, immun sistemi aktivləşdirir.
Sağlamlıq üçün xüsusi dieta və şirələrə keçin. Meyvə, tərəvəz, qoz, paxlalılar, taxılları artırın. Tez-tez balıq yeyin. Küçə qidalanmasını yığışdırın.
Harda yaxşı, təmiz qida var alın, bişirin. Yeməkləri ədviyyatlı, istiotlu, sarımsaqlı hazırlayın.
5. Əllə təması azaldın
Əgər siz virus yayılan yerdəsizsə, insanlarla əllə görüşməyi, toxunmağı, dostu, tanışı görəndə öpüşməyi tərgidin.
Küçədə, insan sıx olan yerdə qarşındakı insandan 1 metr aralı durun.
Liftdə düyməni yalın əllə basmayın. Ümumiyyətlə, küçəyə çıxanda əlinizdə əlcək olsun, qayıdanda onu çıxarıb atın.