Gənclərin bilməli olduğu 20 məlumat - VACİBDİR
Amerikalı yazıçı, biznesmen Julyen Smit gənclərə qarşılarındakı 5 ildə uğur qazanmaları üçün praktik məsləhətlər verib. Bunlar aşağıdakılardır:
1. Dünyaya axmaqlar lazımdır. Axmaq adamlardan pul qopartmaq və onları idarə etmək daha asandır. Təhsilinizə mümkün olduğundan daha çox diqqət yetirin. Zəngin, azad və xoşbəxt olmaq üçün gözü açıq olun.
2. Təhsil ocaqlarına kor-koranə inanmayın. Onlar dərs planlarını hazırlayana kimi sistem köhnəlir, hətta "əldən düşür”. Ona görə də oxuya-oxuya çalışmaq yaxşıdır, Çünki iş liderlik qabiliyyətini inkişaf etdirir, üstəlik, hörmət qazanırsan.
3. Bacardığınız qədər çox oxuyun. Tez oxuma texnikasını mənimsəyin. Heç olmasa bir həftəyə bir kitab oxuyun.
4. Hamı ilə əlaqə saxlamağa vaxt tapın. Ünsiyyət mütəxəssisi olun. İnsanlarda yaxşı və sizə xoş gələn bir cəhət tapmağa çalışın.
5. Təvazökarlığa vaxt itirməyin. Təvazökarlıq qərar qəbul etmə prosesində hisləriniz üzərində hakim rolu oynayır. Bu da sizə sərf etmir.
6. Əgər kiminləsə münasibətdə nəsə sizi qane etmirsə, sözləşmək yerinə münasibətinizə fasilə verin.
7. Özünüzdən böyüklərlə daha çox ünsiyyətdə olmağa çalışın. Onların biliklərini, təcrübəsini qiymətləndirin. Çünki yaşıdlarınızı təcrübəsi kifayət qədər deyil.
8. Daha "cool” adamlarla vaxtınızı keçirin. "Cool” – yəni daha maraqlı, fərqli, istedadlı insanlar nəzərdə tutulur. Onların arasında daha yaxşı olmağa cəhd edin, yeniliklərə can atın.
9. Vaxt ötdükcə daha mühafizəkar olacaqsınız. Bu faktdır. Ətrafınızdakı hər kəs bir müddətdən sonra sizi istər-istəməz mühafizəkarlıq "şarına” salacaq. Ona görə də ən "çılğın” arzularınızı elə İNDİ gerçəkləşdirin. Sonra onları həyata keçirməyə utanacaqsınız.
10. Xərclənizi maksimum azaldın. Yuxarıda dediyim o "çılğın” arzularınız üçün pul yığın.
11. Bacardıqca səyahət edin. Təzə şkaf əvəzinə Parisə bilet alın. Həyatdan şkafla deyil, səyahətlə zövq ala bilərsiniz.
12. Pul problemini həll edin. Nəsə almaq istəyirsinizsə, internet mağazalara baxın, yeni əvəzinə bir qədər işlənmişin və ucuzunu tapın.
13. Dizayn verməyi öyrənin. Bu, həm məntiqinizi, həm yaddaşınızı, həm də təsəvvürünüzü inkişaf etdirəcək.
14. Gənc yaşlarınızdan kökəlməyin. Sizin hormonlarınız əvvəllərdə köməyinizə çatacaq, bu imkanı əldə verməyin. Sonra arıqlamaq üçün idman salonlarına pul tökəcəksiniz.
15. Yemək bişirməyi öyrənin. Əgər xərclərinizə diqqət yetirsəniz, daha çox yeməyə pul xərclədiyinizin fərqinə vararsınız. Ondansa evdə yemək bişirməyi öyrənin, bir dəfə pis alınsa, ikinci dəfə mütləq yaxşı alınacaq.
16. Yuxuya qarşı diqqətli olun. Yaxşı yuxu və yaxşı yemək sizi artıq çəkidən xilas edəcək. "Onsuz da öləndə çox yatacağıq”, yaxud "Yatmaqdansa, iş görüm” deyirsinizsə, yanılırsınız. Yuxusuz işin effekti olmaz.
17. Qeyd dəftəri tutun. Yaddaşınıza çox da güvənməyin. İşi "deyəsən eləməli idim” həddinə çatdırmayın. Görəcəyiniz işləri dəftərə qeyd edin.
18. Qarşınıza məqsəd qoyun və sizə ediləcək köməkdən imtina etməyin. Əgər məqsədinizi müəyyən etməməsinizsə, həmin anı tezləşdirin.
19. Bir sahə üzrə mütəxəssis olun. 5 ili bir sahənin ətrafında fırlanaraq keçirməkdənsə, elə birbaşa həmin işlə məşğul olun.
20. İnsanları düzəltməyə çalışmayın. Ondansa hələ "pozulmamış” insanlar tapın
İnsanlarla uğurlu ünsiyyətin 50 QAYDASI
Heç vaxt özünüz haqqında pis danışmayın 15 PSİXOLOJİ MƏSLƏHƏT
Sizi pis müdir edən 8 QAYDA
Beyin Gücünü Artıran 10 Taktika
Sevimli işinizi necə tapmalı?
Unutmayın, sabah yeni bir gündür. Hər nə olursa olsun, həyatın dadını çıxarın!
Məktəbi bitirib iş həyatına başlayan gənclərə 7 TÖVSİYYƏ
HƏYATI QAYDAYA SALAN 12 FAYDALI VƏRDİŞ
Direktor olmaq istəyənlər .......Liderlik nədir ?
Unutmayın! DANIŞIQ MƏDƏNİYYƏTİ
]Fikrin təhrik edilməsi qaydaları:
“Edə bilmərəm!” cümləsini ətrafınızda çox eşidirsiniz?
Fasilitasiya qaydaları
KİTAB oxumaq mədəniyyətdir ! Sizdə KİTAB OXUYUN !
FİZİKA KABİNETİNDƏ ŞAGİRDLƏR ÜÇÜN TƏHLÜKƏSİZLİK TEXNİKASINA DAİR TƏLİMAT
“Bir çox insanlar üç şeydən – güvənmək, həqiqəti demək və özü olmaqdan qorxur.” F.M.Dostoyevski.
"İşçilərinizə öz bacarıqlarını nümayiş etdirmək üçün hər çür şərait yaradın"
Hər bir valideyn övladını yaxşı tanımalı və fərdi xüsusiyyətlərini əsas götürməlidir..-Elşən Ramizoğlu
"İmtahansız ali təhsil müəssisələrinə qəbul müsbət nəticə verə bilməz"-ekspertlərin rəyi
Necə edək ki,insanlar bizi bəyənsin?!
ALTI PEDAQOJİ MƏSLƏHƏT- ƏDƏB
Rəhbərin nüfuzu və qərar qəbul edilməsində müdriklik
Psixoloq kimdir? Vəzifəsi nədir?
Altı PEDAQOJİ Məsləhət -MƏNƏVİYYAT