AzTehsil.com


Psixoloq
27 may 2016
12 461


“Bir çox insanlar üç şeydən – güvənmək, həqiqəti demək və özü olmaqdan qorxur.” F.M.Dostoyevski.



“Bir çox insanlar üç şeydən – güvənmək, həqiqəti demək və özü olmaqdan qorxur.” F.M.Dostoyevski.Fyodor Mixayloviç Dostoyevski bir zamanlar demişdi: "Bir çox insanlar üç şeydən – güvənmək, həqiqəti demək və özü olmaqdan qorxur.” Həqiqətən də, bu günkü cəmiyyəti və sırf öz hisslərinizi düşündükdə bu sözlərin nə qədər həqiqət olduğunu anlaya bilərsiniz. Bəs bunun səbəbləri nədi və biz bununla necə mübarizə apara bilərik.
1. İnsanlara etibar etməkdən qorxuruq.“Bir çox insanlar üç şeydən – güvənmək, həqiqəti demək və özü olmaqdan qorxur.” F.M.Dostoyevski.

Geridə qoyduğumuz həyat yolu dost xəyanəti, yalan, saxtakarlıq və məyusluqla doludur. Həyat bizə yaxşı dərslər verib və bu dərslərdə aldığımız yaraları sağaltmaq da çətindir. İnsanlara güvənmək günbəgün çətinləşir və hər keçən il güvənmək hissimizi tədricən itiririk. Yaş artıqca insanları daha tez tanımağı və məqsədlərini anlamağı öyrənirik.

Bu təcrübə və biliklərlə yaşamaq çətinləşir, lakin bizi daha müdrik etdiyi ən böyük həqiqətdir. Qəlbimizin isə qəribə bir xüsusiyyəti var – o, bir gün mütləq sağalır. Bunun olması üçün isə, insanlardan uzaqlaşmamaq lazımdır. Nə baş verməsindən asılı olmayaraq – sevmək və sevilmək lazımdır. Bir və ya bir neçə insana görə bütün insanlar haqqında hökm çıxarmayın. İnsanlara şans verin, lakin bu dəfə daha ağıllı və ehtiyatlı seçim etməyə çalışın.

2. Həqiqətlərdən qorxuruq“Bir çox insanlar üç şeydən – güvənmək, həqiqəti demək və özü olmaqdan qorxur.” F.M.Dostoyevski.

Uşaqlıqdan bir çoxumuza kiçik yalanların daha böyük yalanlara yol açdığını öyrədirdilər. İstənilən yalan özü ilə irili-xırdalı problemlər gətirir və siz durmadan yalan danışmağa məcbur olursunuz. Biz çox nadir hallarda bütün həqiqəti deyirik, düşünürük ki, həqiqətlər bizim gələcək xoşbəxt həyatımıza maneə törədə bilər.

İstənilən situasiyada həqiqətləri birbaşa deməyi öyrənin. Yalan danışmayın, susmaq bu halda daha yaxşıdır, nəinki yalan danışmaq. Heç bir şübhə olmadan etibar edilən insana çevrilməyə çalışın.

3. Özümüz olmaqdan qorxuruq “Bir çox insanlar üç şeydən – güvənmək, həqiqəti demək və özü olmaqdan qorxur.” F.M.Dostoyevski.
Dünya bizə "oynamağı” öyrədib. Hər gün yorulmadan oynamağa davam edirik. Ətrafımızda olan bütün insanların yanında özümüz kimi olmağa özümüzə icazə verə bilmirik. Maskalar bizim gündəlik aksessuarımıza çevrilib. "Özün kimi olmaq” ifadəsi indi çox dəbdə ola bilər, lakin heç kim bunu etməyə cəsarət edə bilmir.

Özünüzün nə istədiyinizi hər zaman yadda saxlayın. Öz arzularınıza doğru addım atın. Başqa insanların yanında rahat davranmağa özünüzə icazə verin. Hər zaman və hər yerdə yaşamağa çalışın. Yanınızdan ötüb keçən insanların haqqınızda düşünüyü şeylər nə qədər əhəmiyyətli ola bilər ki?

Bu haqda  siz nə düşünürsünüz ?
 
Pahoo.az 



Загрузка...