-Hər gün bir diş sarımsaq yeyin.
Sarımsaq orqanizimdəki xəstəliyə səbəb ola biləcək maddələri demək olar ki, yarıbayarı (48%) azaldır. Bundan başqa, sarımsaq beynin yaşlanmasının qarşısını almaqla yanaşı xolestrol səviyyəsini də aşağı salır.
-İdmanla məşqul olun
Gündə 1 kilometr piyada gəzmək və ya həftədə 3dəfə yüngül idmanla məşğul olmaq ürək damar xəstəliklərinin qarşısını alır.
-Kəpəkli məhsullar xərçəngdən qoruyur.
Həftədə 4 dəfə kəpəkli çörək, makaron və ya qabıqlı düyü yemək xərçəng ehtimalını 40% azaldır.
-Meyvə tərəvəzi süfrənizdən əskik etməyin.
Meyvə-tərəvəz xüsusilə də pomidor, qırmızı üzüm yeyənlərdə infarkt, xərçəng və şəkər ehtimalı daha az olur.
-Fast-food yeməklərini birdəfəlik unudun
Ürək-damar xəstəliklərinin 3/1-ə səbəb olan hamburger, kartof qızartması və s kimi qidalardır.
-Bel ağrısına qarşı hərəkət edin.
Araşdırmalar göstərir ki, bel ağrısından əziyyət çəkənlər yatmaq əvəzinə normal fəaliyyətlərinə davam etməlidirlər.
-Süfrənizin bəzəyi balıq
Balıq yemək infarkt ehtimalını azaldır.Bundan başqa, balıqda olan yağlar immun sistemini də möhkəmləndirir.
-Duzu azaldın
Həddindən artıq duz iflicə və ürək damar xəstəliklərinə səbəb olur.Ona görə də gündə 5qr duz yemək kifayətdir.
-Qəhvənin faydaları
Araşdırmalar gündə 2 fincan qəhvənin bağırsaq xərçəngi ehtimalını 25%, öd kisəsindəki daş ehtimalını 45% azaltdığını göstərir.Ancaq qəhvədən çox istifadə etmək yüksək təzyiqə səbəb olur
-Çay nədir, say nədir?
Mütəxəssislər çox çay içənlərdə infarkt ehtimalının yarıbayarı azaldığını bildirirlər.
-Hər pəhrizə aldanmayın.
Həftədə 2-3 kiloqram arıqlamağı vəd edən pəhrizlərdən uzaq olun. Arıqlamaq istıyirsinizsə bunu həftə-həftə yox, uzun müddət üçün həyata keçirməyə çalışın.
-Artıq çəkilərə diqqət
Yeni bir araşdirmaya görə çəkinin üzərinə gələn hər yeni kiloqram insanın ömrünü 20 həftə qısaldır.Artıq çəkilərdən xilas olmaq ürək, xərçəng, oynaq iltihabı və s xəstəliklərdən də xilas olmaq deməkdir.
-Seleniuma ehtiyacımız var
Selenium daha çox fındıq-fıstıq, balıq və taxıl məhsullarında olur. Hər gün selenium qəbul edənlərdə xərçəng ehtimalı 37% azalır.
-Xolesterol səviyyəsini aşağı salın
İdmanla məşğul olmaq yağı, duzu azaltmaq xolestrolu aşağı salır. Bu da infarkt və iflicdən qoruyur.
-Möcüzə dərman-ASPİRİN
Ağrı kəsici kimi qəbul etdiyimiz aspirin ürək-damar xəstəlikləri, həmçinin iflic və xərçəngə qarşı da faydalıdır.
-Stresə qarşı mübarizə aparın.
Sosial fəaliyyətlər, hobbilər stresə qarşı mübarizə üçün ən yaxşı vasitədir.
-Siqaretə yox.
Siqareti atmaq artıq çox asandır. İndi bunun üçün saysız hesabsız vasitələr var. Məsələn nikotin lentləri, saqqızlar, iynə ilə müalicə və s.
-Yuxusuz qalmayın
Yuxu immun sisteminin daha yaxşı fəaliyyət göstərməsinə kömək edir. Yuxusuzluq isə konsentrasiyanın pozulmasına səbəb olur.
-Hər gün vitamin qəbul edin
Tərkibində fol turşusu olan vitamin həbləri xərçəng və ürək damar xəstəliklərindən qoruyur.
-Dərinizi nəmləndirin
Dəriniz üçün yayda günəşdən, qışda isə soyuqdan qoruyan kremlərdən istifadə edin.
-Dişlərinizi qoruyun
Böyürtkən bakteriyaların dişə yapışmasının qarşısını alır və dişəti xəstəliyi ehtimalını azaldır. Alma,portağal, yerkökü, ispanaq kimi lifli qidalar da dişləri qoruyur.
-Su içməyi unutmayın
Gündə 5 stəkan su içən adamlarda bağırsaq xərçəngi ehtimalı 50% azalır
-Sağlamlığınız üçün "DOST OLUN?”
Mütəxəssislər dostluq münasibətlərinin yaddaşı möhkəmləndirdiyini söyləyirlər.