AzTehsil.com


Xəbərlər / Saglam həyat / Maraqlı
13 yanvar 2019
2 820


Xoşbəxt və uğurlu həyatın əsas mənbəyi



 

 
 
 
Sizə Amerikanın tanınmış, motivasiya üzrə eksperti Ceyson Qarsianın motivasiya üçün 50 məsləhətini təqdim edirik.

ŞƏXSİ HEKAYƏNİZİ YAZIN.
 
Bir iki abzas ilə yaşamaq istədiyiniz həyatı bir vərəqə köçürün. Nə ilə məşğul olacaqsınız, harda yaşayacaqsınız, əldə etdiyiniz uğurdan necə həzz alacaqsınız. Ancaq, yazılarınızı gələcək haqqında deyil, sanki artıq həmin gələcəkdə yaşayırmış kimi yazın.

GƏLƏCƏYİNİZİ TƏSƏVVÜR EDİN.
 
Gözlərinizi qapayıb, məşğul olmaq istədiyiniz işlərlə hal-hazırda məşğul olduğunuzu təsəvvür edin. Əgər gözəl, bədənə a sahib olmaq istəyirsinizsə, özünüzü idman zalında məşq edirmiş kimi təsəvvür edin. Biznes qurub şirkət sahibi olmaq istəyirsinizsə, gözlərinizi yumub, şirkətinizin yeni binasının açılışında təsəvvür edin və s.

ƏKS İSTİQAMƏTDƏ TƏSƏVVÜR EDİN.
 
Bu vasitədən istifadə etsəniz, yolunuz əvvəlində harda olduğunuz ilə indiki vəziyyətinizi müqayisə edə bilərsiniz. Keçmişdə edə bilmədiyiniz, lakin bu gün əldə etdiyiniz uğur üçün nələrdən keçdiyinizi görsəniz, bu sizi gələcək üçün də motivasiya edəcək.

BÖYÜK PLANLAR QURUN.
 
Gələcək haqqında düşünərkən, böyük planlar qurmaqdan qorxmayın. Bu cür yanaşma sizə qısamüddətli uğursuzluqlara qarşı daha güclü edəcək. Çətinliklər və xoşagəlməz hadisələr sizi yolunuzdan saxlamayacaq, çünki sizin yerinə yetiriləsi daha vacib məqsədləriniz var.

ÖYRƏNMƏYƏ DAVAM EDİN.
 
Sizi arzunuza, məqsədinizə zərrə qədər də yaxınlaşdıra biləcək hər şey haqqında oxuyun, araşdırın, qulaq asıb öyrənin və praktikada yoxlayın. Məsələn, yazıçı olmaq istəyirsinizsə qrammatika kurslarına yazıla bilər, kitablar oxuya, yazı yaza, digər yazıçılarla söhbət edib məsləhətlər ala bilərsiniz.

TƏMİZLİK VƏ QAYDALARA RİAYƏT EDİN.
 
Təmiz və rahat quraşdırılmış iş yeri, ev, ofis (və həyat!) inkişafın əsas tələblərindən biridir. Ətrafdakı zir-zibil öz daxilimizin çirklənməsinə gətirib çıxarır. Həyatınızı qaydaya salsanız, hər bir gününz daha aydın və enerjili keçər.

HƏR YERDƏ ÖZÜNÜZÜ MOTİVATORLARLA ƏHATƏ EDİN.
 
Hər zaman yanınızda (stol, orqanayzer, qarşıdakı divar, avtomobil, portmane, kalendar) sizə öz məqsəd və arzularınızı xatırladacaq işarə, simvol, yazı, şəkil və yaxud əşya saxlayın. Bu cür yadasalmalar arası kəsilməyən motivasiya axınını yaradır.

XEYRİYYƏ İŞLƏRİNDƏ FƏAL OLUN.
 
Vaxtınızın bir hissəsini, digər insanlara yardım etmək üçün ayırın. Başqasına qarşılıqsız olaraq nə isə verdikdə, sənin nə qədər çox şeyə sahib olduğunu və yardımın necə də zövq verici bir iş olduğunu anlayırsan.

ÖZÜNÜZÜN MOTİVASİYA BACARIQLARINIZI DİGƏRLƏRİ İLƏ BÖLÜŞÜN.
 
Başqalarına hər hansı bir məsələni danışıb izah edəndə, özümüz də onu dərindən anlayırıq. Uşaqlarınıza motivasiyalı olmağı öyrədin, dostlarınıza məqsədlərinə çatmaqda, sevidyiniz insanın arzularının həyata keçməsində kömək edin.

UŞAQLAR İLƏ VAXT KEÇİRİN.
 
Uşaqlar ilə ünsiyyət ətrafdakı hər şeyə digər bucaq altında baxmağa kömək edəcək. İşdə gecikdirilən bir iş üçün stress keçirə bilərsiniz lakin, uşaqlarla oyun oynayıb, vaxt keçirsəniz bütün problemlər arxa plana keçir. Uşaqların həyata baxışı çox sadədir və çox zaman məhz bu cür yanaşma özünü doğruldur.

HƏMFİKİRLƏRİNİZİ TAPIN.
 
Ətrafınıza baxın, öz üzərində çox işləyən bir dostunuz varmı? Ola bilər ki, sizin qohum və yaxud iş yoldaşınız daha böyük uğurlar əldə etmək istəyirlər. Həmfikirlərinizi axtarıb tapın. Qarşılıqlı dəstək, məsləhətlər, yada salmalar və kömək hər birinizə öz məqsədinizə çatmaqda yardımçı olacaq.

OXŞAMAQ İSTƏDİYİNİZ BİR ADAM TAPIN.
 
Elə bir adam tapın ki, ondan məsləhət alıb öyrənə bilərsiniz. Bunu etsəniz təkəri yenidən kəşf etməyə ehtiyac olmayacaq, siz hər zaman hörmət etdiyiniz insandan problemin həllini öyrənə bilərsiniz.

GƏZİNTİYƏ ÇIXIN.
 
Yaşadığınız yerin ətrafında gəzin və ya avtomobil ilə gəzintiyə çıxıb rahatlayıb, sakitləşib, fikrinizi yayın. Hərdən hər birimizə yerləşidimiz ortamı dəyişmək lazımdır, adi və ya avtomobil ilə gəzinti isə bu məqsəd üçün ən yaxşı vasitədir.

UĞUR HEKAYƏLƏRİ OXUYUN.
 
Sizi əhatə edən insanların uğur hekayələri ilə tanış olun. Adi qəzetdə sizi motivasiya və gələcək addımları atmaqda kömək edə biləcək onlarla hekayə tapmaq olar. Kitabxana və internetdə qeyri adi uğurları əldə etmiş insanlar haqqında istədiyiniz qədər kitab və məqalə tapa bilərsiniz.

MUSİQİYƏ QULAQ ASIN.
 
Musiqi bizi sakitləşdirə, oyada, kədərləndirə, həm də motivasiya edə bilər. Qaçış zamanı ritmik musiqiyə qulaq asmaq bizi daha da sürətləndirir. Bəs hansı musiqi sizi motivasiya edir?

MOTİVASİYA VERƏN FİLMLƏRƏ BAXIN. 
 
Filmlər bizə digər insanların həyatlarının hekayələrini danışır. Motivasiya verən filmlərdə adətən müxtəlif ağrı və çətinliklərdən keçərək, sonda yüksəliş və uğur əldə edən qəhrəman haqqında danışılır. Sizi motivasiya edə biləcək və edən filmlərin siyahısını tərtib edin.

MOTİVASİYA EDİCİ KƏLMƏLƏR OXUYUN.

İnternet və kitablarda bizi motivasiya edib, yuxudan oyadaraq dünyaya tamam başqa gözlə baxmağımıza kömək edə biləcək saysız hesabsız aforizm və sitatlar var. Sizi maraqlandıran mövzu ilə bağlı kəlmələr axtarın və əmin ola bilərsiniz ki, özünüzün motivasiya və düşüncənizi genişləndirəcək çox şey tapa biləcəksiniz.

DÜZGÜN QİDALANIN.
 
Düzgün qidalanma, xoşbəxt həyat qurmağımız üçün lazımı enerjini verir. Orqanizmin ehtiyacı olan bütün mineral, vitamin və əlavələrdən ibarət olan qida rasionunuzu qurun. Adi məhsullardan başlaya bilərsiniz.

YATIN.
 
Bəzi insanlara cəmi 6 digərlərinə isə 7-8 saat lazımdır ki, tam yuxu ala bilsinlər. Sizin orqanizmin neçə saat tələb etdiyi elə də vacib deyil, əsas odur ki, ehtiyac olan normanı alasınız. Ardıcıl bir neçə gecəni 3-4 saat yatsanız bu həm sizin ümumi davranışınız, sağlmalığınız və motivasiyanızda özünü biruzə verəcəkdir.

YENİ BİLİKLƏR ÖYRƏNİN.
 
Bu ən vacib məsləhətdir. Heç bir zaman dünyanı öyrənməyi dayanmayın. Sizin üçün maraqlı olan hər bir şey haqqında oxuyun, qulaq asın və öyrənin. Sizdən nə isə soruşanda "bilmirəm” deməyin, "hələ öyrənməyə macal tapmamışam” deyərək, gedin tapın və öyərnin. Dünyada baş verənlər ilə maraqlanın.

MƏQSƏDLƏRİNİZƏ DOĞRU CAN ATIN.
 
Hər kəs bu onsuzda bu haqqda bilir, ancaq nədənsə məhz bu məsləhət kənarda qalır. Planlaşdırılmamış həyat və məqsədlərə doğru can atmasanız öz həyatınızı yaxşılığa doğru dəyişə bilməzsiniz. Ümumi axın ilə üzərək, digərlərinə sizin həyatı idarə etməyi icazə versəniz, özünüzün istədiyi həyata heç vaxt çatmayacaqsınız. Bütün ömrünüz boyu qarşınıza qoyduğunuz məqsədlərə doğru hərəkət edin və bu yolda əldə etdyiniz uğur və xoşbəxtlikdən həzz alın.

BEYİN FIRTINASI.
 
Ağ kağız və qələm götürün. İşıqlı və sakit bir yerdə oturaraq fikirləşin, fikirləşin, fikirləşin. Ağlınıza gələn bütün ideyaları yazın. Maddi, şəxsi, insanlar ilə əlaqələr, sağlamlıq və s. ilə bağlı məqsəd və ideyalarınızı yazın. Fikirləşməyi bitirdikdən sonra işinizi davam etdirmək üçün yetərincə məqsədiniz olacaq.

MƏQSƏDLƏRİNİZİ KAĞIZA YAZIN

  Bütün məqsədlərinizi kağıza yazın. Kağızda yazılmış məqsədlər daha aydın və konkret görünəcək. Ağlınızda qalan fikir, onunla məşğul olmağa başlamamışdan əvvəl, silinib gedəcək.

MƏQSƏDLƏRİNİZİ MAKSİMAL OLARAQ KONKRETLƏŞDİRİN.
 
Məqsədlər effektiv olmaları üçün konkret olmalıdırlar. "Uşaqlar ilə münasibətləri yaxşılaşdırmaq” çox təqdirəlayiq məqsəd ola bilər ancaq, ortada olan fikir natamamdır. Bunun əvəzinə öz planlarınıza uşaqlarla oyun vaxtı, ailə ilə birgə nahar yeməyi və birgə gəzintiləri daxil edin. Konkret planın uğur əldə etməsinin daha çox şansı var.

MƏQSƏDLƏRİN HƏYATA KEÇMƏSİNİN VAXTINI TƏYİN EDİN.
 
Sonraya saxlamaq və gecikdirmək sizin arzu və məqsədlərinizin ölümü ilə nəticələnə bilər. Bunun qarşısını almaq istəyirsinizsə əldə edəcəyiniz konkret nəticələrin konkret vaxtını təyin edin.

İŞƏ BAŞLAMANIN VAXTINI PLANLAŞDIRIN.
 
İşə nə zaman başlayıb nə zaman bitirəcəyinizi bilmək, işin nəticəsində də faydanı artırmağa kömək edir. Yalnız məqsəd qoymaqla ona çatmaq mümkün deyil. Həmin məqsədə hansı müddət ərzində çatacağınızı da özünüz üçün təyin edib, ona əsasən hərəkət edin.

MƏQSƏDLƏR YÜNGÜL OLMAMALIDIR.
 
Nailiyyətlərin daha effektiv olması üçün, qarşıya qoyulmuş məqsəd yüngül olmamalıdır. Əgər məqsədinizə çatmaq üçün çox az güc sərf etsəniz, motivasiyanız çox tez bitəcək. Ən yaxşı məqsədlər onlara çatmaq üçün sizin bütün bacarıq və bilikləriniz maksimum olaraq istifadə etməyi və sizdən yenilərinin öyrənilməsini tələb edən məqsədlərdir.
 
MƏQSƏDLƏRİNİZ REAL OLMALIDIR.
 
Qarşınıza real olmayan məqsədləri qoyub, onlara çata bilməsəniz bu sizi əldən salıb, motivasiyanı sıfıra endirəcəkdir. Məqsədlər yüngül olmamalıdır ancaq, real olmalıdırlar.

GÖRÜLƏCƏK İŞLƏRİN DƏQİQ PLANINI CIZIN.
 
Qarşıya qoyulmuş məqsədə çatmaq üçün addımba-addım görüləcək işlərin planını tərtib edin. Uğursuzluğun əsas səbəbi əksər hallarda məqsədə gedən yolda nə edəcəyimizi bilməməyimizdir. İşinizi planlayın və plana əsasən işləyin.

AĞIR YÜK ALTINA GİRMƏYİN.
 
Qarşınıza eyni vaxtda həddindən artıq məqsəd qoymayın. Başlanğıcda 2-3 ədəd məqsəd ola bilər. Həddindən çox vacib məsələlərə vaxt və enerjini ayırmaq ona gətirib çıxaracaq ki, heç bir iş vaxtlı vaxtında və keyfiyyətlə yerinə yetirilməyəcək. Bu zaman sərf edəcəyiniz enerji və vaxt boş yerə getmiş olacaq.

MƏQSƏDƏ DOĞRU HƏRƏKƏTİNİZİ İZLƏYİN.
 
Məqsədinizə çatmaq üçün bir neçə səviyyədən keçməlisiniz və əgər həmin səviyyələri əvvəlcədən planlaşdırmısınızsa, onda hər bir səviyyəni keçdikdən sonra onu özünüz üçün qeyd edin. Bu cür yanaşma, məqsədinizə nə qədər yaxınlaşdığınızı göstərərək, sizi motivasiya edəcək.

ARZULARIN SİYAHISI.
 
Həyatınızın sonunadək həyata keçirtmək istədiyiniz minimum 10 arzunu yazın. Məsələn – Avropanı səyahət etmək, dəniz kənarında ev almaq, xeyriyyə fondu açmaq və s. Siyahı uzana da bilər. Hər şey sizin özünüzə inamdan və istəyinizdən asılıdır.

YADDAŞ ÜÇÜN TEXNİKALAR.
 
Rəngbərəng kağızlarda məqsədlərinizi yazıb, göznüzün qarşısında olan yerdə vura bilərsiniz. Şəkil ilə mümkün olarsa lap əla olar. Ancaq, həddindən çox etməyin, yoxsa başınız çox qarışar.

ÖZÜNÜZÜ MÜKAFATLANDIRIN.
 
Özünüz üçün mükafat təyin edin. Qarşınıza qoyduğunuz hər bir məqsədə çatdıqda kiçik bir bayram təşkil edin, istirahət edin və ya hədiyyə alın. Ürəyiniz istəyəni özünüz üçün edin. Siz əziyyət çəkib qazanmısınız və bunu qeyd etməlisiniz. Hər məqsədinizə görə özünüzə bir mükafat təyin edin və məqsədinizə çatan kimi, özünüzün mükafatlandırın. Bu cür adət növbəti məqsədləri də, yerinə yetirməkdə güclü motivasiya rolunu oynayacaqdır.

BMNXV?Niyə məhz bu məqsədə çatmaq istəyirsiniz?
 
Özünüzdən soruşun və yazın: "Bunun Mənə Nə Xeyri Var?”. Hər bir məqsədiniz üçün bu sualı soruşun. Siz mütləq olaraq özünüz üçün aydınlaşdırmalısınız ki, bu məqsədə çatmaq sizə nə verəcək. Əgər tutarlı cavab tapa bilməsəniz, həmin məqsədinizi cədvəlinizdən silə bilərsiniz.

DÜZGÜN SÖZLƏR İSTİFADƏ EDİN.
 
Neqativ və imtinalardan qaçın. "Biz bunun həlli yollarını taparıq” və ya "Mən əminəm ki, bunun öhdəsindən gələ bilərəm” kimi ifadələr istifadə edin. Gündəlik həyatınızda istifadə etdiyiniz sözlərin sizin həyat tərzinizə çox böyük təsiri var.

OPTİMİZMƏ CAN ATIN.
 
Mən bir çox insan ilə söhbət etmişəm və əksəriyyətinin fikrincə optimist ilə pessimist arasında heç bir fərq yoxdur. İnanmayın! Nə olursa olsun optimizmə can ataraq, otimist olmaq lazımdır. İnsanlar bu dünyaya optimist və ya pessimist olaraq gəlmirlər. Yalnız sizin özünüzdən asılıdır, pessimist və ya optimist olmaq.

ƏTRAFINIZA NƏZƏR YETİRİN.
 
Sizin ətrafınızda dünyaya açıq-aşkar neqativ gözlə baxan insan varmıdır? Onlar sizə necə təsir edirlər? Çox zaman bizim dünyaya baxışımız, bizi əhatə edən insanlardan asılı olur. İşdə və yaxud evdə sizi əhatə edənlər sizin davranış və əhvalınıza mənfi təsir edirlərsə gecikmədən lazımi tədbirləri görün.

BƏZƏN DƏYİŞİKLİKLƏR ETMƏK VACİBDİR.
 
Özünüzü pis hiss etdikdə və yaxud xoşbəxt olmadığınızı anlayanda bunu qəbul edin ancaq, hər şeyi olduğu kimi də saxlamayın. Düşdüyünüz pis haldan çıxmağa tələsin. Lakin, bunu boynunuza almasanız və yalandan özünüzü xoşbəxtmişsiniz kimi göstərsəniz çox çətin olacaq. İlk öncə yaranmış problemi qəbul edin, sonra səbəbini axtarıb dərhal hərəkətə keçin.

BAŞQALARININ DEDİKLƏRİNƏ QULAQ ASIN.
 
Biz hər zaman özümüz haqqımızda yüksək fikirdə ola bilərik, lakin bu heç də düşündüyümüz kimi olmaya bilər. Yaxınlarınızın, dost və tanışlarınızın davranışınız və sizin haqqınızda dediklərinə qulaq asın. Siz eşitmək istəmədiyiniz sözləri də eşidə bilərsiniz. Əksər hallarda tənqidə qulaq asıb özümüzü düzəltməliyik.

 
HANSI HALDA ÖZÜNÜZÜ PİS HİSS EDİRSİNİZ?
 
Sizə pis təsir edən halları anlayıb, başa düşsəniz onlardan yan keçmək daha asand olacaqdır. Bu öz növbəsində sizi problemlərdən, ağrılardan və ümidsizlikdən qurtaracaq. Əgər bu cür hallardan hələ qaça bilmirsinizsə, onları müsbət yöndə necə dəyişə biləcəyiniz barədə fikirləşin.
 
HANSI HALLARDA ÖZÜNÜZÜ YAXŞI HİSS EDİRSİNİZ?
 
Bu sizin hal-əhvalınız və davranışınız üçün çox vacib bir sualdır. Bu suala cavab tapandan sonra, kefiniz pozulanda "həmin düyməyə” basaraq, əhvalınızı yüksəldə bilərsiniz. Məsələn, mən özümü pis hiss edəndə şokolad haqqında fikirləşirəm. Şokolad alıb yeyən kimi əhvalım yüksəlir. Primitiv olsa da bu işləyir.

NƏFƏSİNİZİ DƏRİN.
 
Halınız olmayanda və ya yorulanda bir az dincəlin. Qısa bir fasilə sizə hər şeyə kənardan baxmağa kömək edəcək və siz yenidən işinizə qayıdanda müsbət enerjili olacaqsınız.

YÜZ ÖLÇ, BİR BİÇ.
 
Əvvəl fikirləşin, sonra isə hərəkətə keçin. Nə isə etməmişdən qabaq onun nəticələri barədə fikirləşin. Məsələn, sizin partnyor sizin ziyanınıza bir iş edibsə, təhqir və ya tənqidə keçməyə tələsməyin. Nə edəcəyinizi düşünün. Sonra bir də düşünün və yalnız bundan sonra sizə görə doğru olanı edin.

VƏZİYYƏTƏ GÖRƏ HƏRƏKƏT ETMƏYİN, ONA TƏSİR ETMƏYƏ ÇALIŞIN.
 
Əsl optimist ilə pessimistin fərqi bax burdan yaranır. Həyatınızda birbaşa sizə təsir edən bir hal, vəziyyət yaranıbsa, tələsmədən fikirləşin, variantlar, çıxış yolları axtarın və hal-hazırki vəziyyətə uyğun qərarlar qəbul edin. Bu zaman siz düşdüyünüz vəziyyətə təsir etməyə çalışacaqsınız. Yox əgər yaranmış hala reaksiya verərək ona görə hərəkət etsəniz, tələsik qərarlar qəbul edərək, onsuzda yaxşı olmayan vəziyyətinizi daha da pisləşdirmiş olarsınız.

QƏDİR BİLƏN OLUN.
 
Ətrafınıza baxıb həyatınızın ayrılmaz hissələri olan bütün dəyərli şeyləri görməyə çalışın: Dostlarınızı, ailə, işiniz, eviniz və s. Təkcə bunlar yetər ki, həyata pozitiv baxasınız. Axı, nə qədər də pis olsanız hər zaman dəstək tapa biləcəyiniz insanlar var. Vaxtında hər kəsi və hər şeyi qiymətləndirin ki, sonra peşman olmayasınız.

HƏR ZAMAN OPTİMİST OLMAQ DA LAZIM DEYİL.
 
Hərdən kədərlənmək də olar. Biz insanıq və pis olmasa yaxşını görə bilmərik. Hər zaman optimist olsaq bu bizi daxilən boşluğa və ya əsəblərimizin korlanmasına gətirib çıxarar. Hərdən, elə günlər olur ki, nə edirsən et heç bir iş alınmır və heç bir işə həvəsin olmur. Bu cür hallar tam normaldır və hətta xeyirlidir.

FİKİRLƏŞİN.
 
Problemləriniz haqqında ağılla fikirləşin. Əgər emosiyalarınıza sizin hərəkətləri idarə etməyi icazə versəniz, bu cür hallar təkrarlana bilər. İsti-isti verdiyiniz qərarlar sizə görə doğru ol
a bilər lakin, sonradan onların nəticələri çox pis istiqamətə axın yarada bilər. Hətta problemləriniz də arta bilər.

QEYBƏTLƏRƏ BAŞ QOŞMAYIN.
 
Öz ətrafınızda baş verən mənfi fikirli söhbətlərə baş qoşmayın. Əgər görsəniz ki, söhbətin axın o istiqamətdə gedir, sakitcə üzr istəyib ordan uzaqlaşın.

GÜNÜNÜZÜ YAXŞI ƏHVAL RUHİYYƏDƏ BAŞLAYIN.
 
Tam enerjili, gülümsəmə ilə oyanın. Alınmır? Heç nə olmaz. Əl-üzünüzü yuyanda güzgüdə özünüzə gülümsəyin. Qarşınızdakı "insan” da sizə cavab olaraq gülümsəyəcək. Ondan sonra əhvalınız yüksələcək. Bu gün sizin çoxlu görüləsi işləriniz var. Həyat qısadır, odur ki, həyatdan maksimum yararlanmağı öyrənməlisiniz. Bu gün və sabah olduğu kimi növbəti hər gün belə etməlisiniz.



Загрузка...