AzTehsil.com

Xəbərlər
29 mart 2020
2 580

Azərbaycanda koronavirusa görə yeni qadağalar qüvvəyə minəcək - Operativ Qərargahın üzvü

"Doğrudur, hava-damcı infeksiayalarının qarşısını almaq çox çətindir. Amma Azərbaycanda hökumət tərəfindən həyata keçirlən tədbirlər sayəsində biz bu virusa qarşı dayana biləcəyik”.

Bunu Modern.az-a açıqlamasında Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, respublikanın baş infeksionisti Cəlal İsayev koronavirus təhlükəsinin Azərbaycanda tam olaraq aradan qalxacağı zamanla bağlı proqnozunu bölüşərkən bildirib.

O qeyd edib ki, bu dayanıqlılıq indiki məqamda vətəndaşlardan asılıdır:

"Dövlət kompleks tədbirlər görür, kifayət qədər vəsait ayrılıb. Amma bəzi vətəndaşlar karantin rejiminə əməl etmirlər. Bu virusa barmaqarası baxmaq düzgün deyil. Başa düşmək lazımdır ki, bu, öyrənilməmiş və yeni virusdur”.

Baş infeksionist havaların isinməsilə koronavirusun tamamilə aradan qalxacağı ilə bağlı fikirlərlə razılaşmayıb:

"Havaların isinməsinin müəyyən qədər köməyi olacaq, amma virus artıq insanlar arasında dövr edirsə, yayılma hələ bir müddət davam edəcək. Hər bir insan həyatı hər birimiz üçün dəyəlidir. Amma insanların bu məsələdə həmrəyliyi çox vacibdir. Prosesin gedişi təkcə Azərbaycanla bağlı deyil, dünya ilə bağlıdır. Artıq daxili yoluxma artdığına görə, virusun tam lokallaşdırılması hələ bir müddət çəkəcək. Küçədə rastlaşdığımız adamlarda virusun olub-olmadığını bilmirik axı. Ona görə də küçəyə çıxmaq qadağası var. Metroda iş 5 saat müəyyən edilib, strateji yerlər istisna olmaqla, bütün obyektlərin fəaliyyəti dayandırılıb və s. İnsanlar buna əməl etməlidir. Ola bilər bir neçə günə yeni qadağalar qüvvəyə minsin. Amma insanlar karantinə  riayət edərsə, ən az 1-2 aya xəstəlik tam lokallaşdırıla bilər”.

Загрузка...
Həmçinin oxuyun:
Məktəblərdə dərslər dayandırılsın? – Ekspertlər

“Şagirdlərin evdə qalması doğru deyil” - İctimai Şuranın sədri

Azərbaycanlı professordan koronavirusla bağlı vacib AÇIQLAMALAR

Operativ Qərargah: Bu gecədən etibarən ölkə ərazisində sosial izolyasiya tədbirləri tətbiq edilir

Epidemiyanın sonu nə vaxt çatır: faktlar və proqnozlar

“Koronavirusdan ölənlərin çoxu kişilərdir” – MİLANDAKI HƏKİMLƏ MÜSAHİBƏ

Əgər virusa yoluxma baş veribsə… Pediatrdan MƏSLƏHƏT

Azərbaycanda Novruz şənlikləri ləğv edildi - QƏRAR

Azərbaycanda xüsusi karantin rejimi gücləndirildi

Azərbaycanda məktəblərdə yeni virus yayılıb - FOTO

Yalan məlumatlar virus qədər təhlükəlidir – ŞƏRH

Azərbaycanda dərslər yenidən təxirə salına bilər - RƏSMİ

Ölkə ərazisində xüsusi karantin rejimi elan edildi.

Koronavirusdan sonra insanın düşüncəsi, dünyaya baxışı dəyişəcək – ŞAHLAR ƏSGƏROVLA  #evdəqal söhbəti

Koronavirusdan qorunmaq üçün bunları için: meyvə şirəsi, zəncəfilli çay...

Koronavirusa görə tətilə göndərilən işçilərə maaş verməmək qanunidirmi?

Koronavirus təşvişindən necə xilas olmalı?-MƏSLƏHƏTLƏR

Vəziyyət ciddi nəzarətdədir, əlavə gərginliyə və təşvişə ciddi əsas görmürəm-Nadir İsrafilov

“Təhsillə elmi birləşdirmək lazımdır” - Deputatlar AMEA institutlarının ləğvini istədilər

30 mart – 27 aprel tarixlərinə nəzərdə tutulan ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu təxirə salınıb

Məzuniyyətə göndərilən vətəndaşların əməkhaqları tam şəkildə ödəniləcək - RƏSMİ

Koronavirusa qarşı  test sistemi hazırlandı

DİQQƏT !:SU ÇİÇƏYİ XƏSTƏLİYİ GENİŞ YAYILIB - AĞIR FƏSADLAR

İbrahim Məmmədov: “Evdə və digər şəraitdə tədris edilən dərslər də dayandırılmalıdır”