AzTehsil.com

Xəbərlər / Müəllim
09 mart 2020
8 381

Koronavirusa görə tətilə göndərilən işçilərə maaş verməmək qanunidirmi?

Koronavirusa görə tətilə göndərilən işçilərə maaş verməmək qanunidirmi?

Sahib Məmmədov: "Bizim Əmək Məcəlləmiz belə halları tənzimləmir, amma”

Koronavirusun geniş yayıldığı inkişaf etmiş ölkələr yoluxma hallarının artmaması üçün müxtəlif məhdudlaşdırıcı tədbirlərə əl atırlar: müəyyən ərazilərə giriş-çıxış dayandırılır, təhsil müəssisələrinin fəaliyyətinə fasilə verilir, iş yerlərində işçilər məcburi tətillərə göndərilir. Bu zaman bir qayda olaraq işəgötürənlər işçilərin əmək haqlarını ödəməyə davam edirlər. Çin və İtaliyada karantin müddəti uzun olduğu üçün dövlət işəgötürənlərə dəyən zərərin bir qismini qarşılamaq qərarına gəlib. Məsələn, İtaliya hökuməti fövqəladə vəziyyət rejimində şirkətlərin və əhalinin dəstəklənməsi üçün 7,5 milyard avro ayırıb. Çində isə yanvardan dayanan müəssisələrə çox ucuz dövlət kreditləri ayrılıb. Dövlət bunun üçün bir neçə mənbə müəyyənləşdirib.
 
Azərbaycanda da Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərara əsasən ölkədə fəaliyyət göstərən bütün ali, orta təhsil müəssisələri və uşaq bağçalarında tədris əvvəlcə 3-9 mart tarixlərində dayandırılıb, daha sonra isə məcburi tətil müddəti martın 27-dək uzadılıb. Nə qədər qəribə də olsa, ikinci qərar elan olunandan dərhal sonra sosial şəbəkələrdə bir sıra özəl məktəb və bağçalarda çalışanlara mart ayı üzrə əmək haqqının verilməyəcəyinə dair məlumatlar yayılmağa başladı. Həmin məlumatlardan aydın olur ki, bir sıra özəl müəssisələrin sahibləri işçilərə məcburi tətil günlərinə görə maaş verilməyəcəyini bildiriblər. İşçinin günahı üzündən yaranmayan boşdayanmaya görə maaş hesablanmaması Əmək Məcəlləsinə nə qədər uyğundur?

Bununla bağlı AFN-in sualını cavablandıran ekspert, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədovun sözlərinə görə, Azərbaycanın Əmək Məcəlləsində məhz indi yaranmış vəziyyət kimi hallarla bağlı normalar yoxdur: "Məcəlləmiz Rusiyada 30 il əvvəl qəbul olunmuş, indi artıq qüvvədə olmayan sənəddən köçürmədir. İndiyədək ona 300-dən artıq dəyişiklik olunub. Buna görə də müasir dövr üçün aktual olan hallarla bağlı müddəalar yoxdur. Amma buna baxmayaraq, Məcəllədə işçinin təqsiri olmayan hallarda yaranan boşdayanmalara görə əməyin ödənilməsi məsələləri tənzimlənir. Orada göstərilir ki, boşdayanma işçinin günahı üzündən yaranmayıbsa, yaxud işəgötürənin günahı ucbatından yaranıbsa, bu zaman işçiyə vəzifə-taarif maaşının üçdə ikisi miqdarında əmək haqqı ödənməlidir. Lakin bu qaydanın hansı müddətə boşdayanmanı əhatə etdiyi tənzimlənmir”.

Liqa rəhbərinin fikrincə, Azərbaycanın Əmək Məcəlləsində karantin, fövqəladə hallarda, dövlət qərarıyla iş dayanarkən əməyin ödənilməsini tənzimləyən müddəalar əlavə olunmalıdır: "Bu kimi hallarda iş rejiminin tənzimlənməsi ilə bağlı xüsusi fəsil olmalıdır. Məcəllənin 146-cı maddəsində göstərilir ki, kollektiv müqavilələrdə və belə müqavilələr bağlanmadığı hallarda əmək müqaviləsində nəzərdə tutulan şərtlər və qaydalarla işin normal ahəngini pozan amillər (təbii fəlakət, istehsalat qəzaları və sair) zamanı işçilər qrup halında ödənişsiz məzuniyyətə buraxıla bilər. Koronavirusu təbii fəlakət hesab etsək(artıq Ümumdünya Səhiyyə Təşkilatı bunu elan edib) və boşdayanma uzun müddət davam edərsə, 146-cı maddə işə düşə bilər. Bir şərtlə ki, bu, kollektiv müqavilədə, ya da əmək müqaviləsində əksini tapmış olsun”.

AFN-in İqtisadiyyat şöbəsi afn.az

Загрузка...
Həmçinin oxuyun:
Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası

Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası

İş vaxtından artıq vaxtda görülən işlər necə ödənilir?

İş vaxtından artıq vaxtda görülən işlər necə ödənilir?

İş vaxtı ,onun müddəti,istirahət vaxtı

İş vaxtı ,onun müddəti,istirahət vaxtı

Əmək müqaviləsinə xitam verilməsi qaydası

Əmək müqaviləsinə xitam verilməsi qaydası

Azərbaycan Respublikasının əmək qanunvericiliyində işlədilən əsas məfhumların anlayışları

Azərbaycan Respublikasının əmək qanunvericiliyində işlədilən əsas məfhumların anlayışları

Əmək müqavilələrinin müddəti dəyişdirilir

Əmək müqavilələrinin müddəti dəyişdirilir

Sual  - Ödənişsiz Məzuniyyətin Maksimum Müddəti Nə Qədər Olmalıdır?

Sual - Ödənişsiz Məzuniyyətin Maksimum Müddəti Nə Qədər Olmalıdır?

İşçi nə qədər məzuniyyət pulu almalıdır?

İşçi nə qədər məzuniyyət pulu almalıdır?

İşçi üçün əmək şəraitinin təmin olunması dedikdə nə nəzərdə tutulur?

İşçi üçün əmək şəraitinin təmin olunması dedikdə nə nəzərdə tutulur?

Əvəzçilik üzrə əmək müqaviləsinin bağlanması və tənzimlənməsinin hansı hüquqi əsasları vardır?

Əvəzçilik üzrə əmək müqaviləsinin bağlanması və tənzimlənməsinin hansı hüquqi əsasları vardır?

İş vaxtının anlayışı və növləri

Əmək müqaviləsi üzrə işçinin əsas hüquqları və vəzifələri

Əmək müqaviləsi üzrə işçinin əsas hüquqları və vəzifələri

İşçilərə məzuniyyət vaxtı əlavə sosial - məişət şəraitinin yaradılması məqsədilə müavinət, yardım və digər ödənclərin verilməsi  QAYDALARI

İşçilərə məzuniyyət vaxtı əlavə sosial - məişət şəraitinin yaradılması məqsədilə müavinət, yardım və digər ödənclərin verilməsi QAYDALARI

Əmək Məcəlləsindən çıxarış  IV bölmə   İş vaxtı

Əmək Məcəlləsindən çıxarış IV bölmə İş vaxtı

Müəllim 3 açıq dərs aparmalıdır.  - Ekspert rəyi

Müəllim 3 açıq dərs aparmalıdır. - Ekspert rəyi

Fərdi əmək mübahisələri

Fərdi əmək mübahisələri

İşçi üçün əmək şəraitinin təmin olunması dedikdə nə nəzərdə tutulur?

İşçi üçün əmək şəraitinin təmin olunması dedikdə nə nəzərdə tutulur?

2 növbəli məktəblərdə rəhbər  işçilərin əmək hüququ pozulur.

2 növbəli məktəblərdə rəhbər işçilərin əmək hüququ pozulur.

İşçinin əmək funksiyası , İşçinin işdən kənar edilməsi

İşçinin əmək funksiyası , İşçinin işdən kənar edilməsi

Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan ,Əmək şəraitinin təmin edilməsi

Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan ,Əmək şəraitinin təmin edilməsi

Əmək məzuniyyəti - Əmək Məcəlləsindən...

Əmək məzuniyyəti - Əmək Məcəlləsindən...

Yeni ildən maaşlar bu QAYDA ilə hesablanacaq

Yeni ildən maaşlar bu QAYDA ilə hesablanacaq

Əmək məzuniyyətinin  verilməsi.

Əmək məzuniyyətinin verilməsi.