Bildiyiiz kimi Azərbaycan Respublikasında Əmək Qanunvericiliyinə görə həftəlik iş saatının miqdarı 40 saatdan,gündəlik iş saatlarının miqdarı isə 8 saatdan artıq ola bilməz ...( Maddə 89. Tam iş vaxtı və onun müddəti 1. Tam iş vaxtı — müddəti bu Məcəllədə nəzərdə tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır. 2. Gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq ola bilməz. 3. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz. )
Qeyd edim ki bizim qanunvericilikdə iki növbəli məktəb anlayışı yoxdur .Məktəblər bir tipli ( əvvəlcədən məktəb kimi tikilən binalara malik ) və uyğunlaşdırılmış ( sonralar məktəb binasına çevrilən binalara malik ) binalarda yerlləşən məktəb.
Hal-hazırda şəhərlərdə yerləşən məktəblərimizin tam ( xüsusi ilə Bakı şəhərində ) orta məktəblərin əksəriyyəti 2 növbəli dərs cədvəli ilə işləyir.
" Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri" haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 3 avqus 2012-ci il tarixli 171 №-li Qərarının III bölməsinin (Təhsil müəssisələrində ümumi sanitariya-gigiyena tələbləri) 2.2-ci bəndinə əsasən (2.2.11. Dərslərin səhər saat 8-də başlaması məqsədəuyğundur.
Ayrı-ayrı fənlərin dərindən tədris edildiyi ümumi təhsil müəssisələrin-də, liseylərdə və gimnaziyalarda dərslər bir qayda olaraq birinci növbədə həyata keçirilir. Bir neçə növbədə işləyən ümumi təhsil müəssisələrində 1-ci, 5-ci və buraxılış siniflərində dərslər birinci növbədə keçirilməlidir.) məktəblərdə dərslərin saat 8.00-da başlanması tövsiyə olunur.
Hal-hazırda şəhərlərdə yerləşən ümumi təhsil məktəblərində dərslər saat 8.00-da , qəsəbə və kəndlərdə yerləşən ümumi təhsil məktəblərində dərslər saat 8.30-da , internat tipli lisey,gimnaziya və digər ümumi təhsil məktəblərində isə dərslər saat 9.00-da başlayır.
Bu gün 2 növbə ilə işləyən məktəblərdə çalışan rəhbər işçilər gündə minimum 10 saat ( saat 7.30-dan -18-30 -a qədər ) məktəbdə işdə olmağa məcburdurlar. Və bu hal həftəlik iş şaatına çevriləndə 5 günlük iş həftəsi ilə çalışan məktəblərdə 50+ saat , 6 günlük iş həftəsi ilə işləyən məktəblərdə isə 60 saata yaxın iş həftəsi deməkdir.
Bir çox hallarda texniki işçilər , tədris köməkçi heyət ( lobarantlar və kitabxanaçılar ) ,digər rəhbər işçilər iş günün sonunda evə gedə bilsələrdə , məktəb direktorları və direktor müavinləri bunu edə bilmirlər.
Nəticədə iş vaxtından artıq işlərin görülməsinə şərait yaranır ki, bu da qanunvericiliklə məhdudlaşdırılır. (Maddə 99. İş vaxtından artıq iş 1. İş vaxtından artıq iş — işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır. 2. Təbii fəlakətin, istehsalat qəzasının və digər fövqəladə hadisələrin qarşısının alınması, onların nəticələrinin aradan qaldırılması, hərbi vəziyyət rejiminin təmin edilməsi, habelə tezkorlanan malların itkisinin qarşısını almaq məqsədi ilə bu Məcəllə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla işçinin iş vaxtından artıq işlərə cəlb edilməsinə yol verilir. 3. Xüsusilə ağır və zərərli sahələrdə işləyən işçilərin və bu Məcəllədə nəzərdə tutulmuş digər hallarda iş vaxtından artıq işə cəlb edilməsinə yol verilmir. 4. Əmək şəraiti ağır və zərərli olan sahələrdə bütün iş günü (növbəsi) ərzində iş vaxtından artıq işlərin müddəti 2 saatdan çox ola bilməz. 5. İş vaxtından artıq işlərin görülməsinə cəlb olunmuş işçilər üçün işəgötürən bu Məcəllənin «Əməyin mühafizəsi» bölməsində nəzərdə tutulmuş normalara uyğun istehsalat və sosial-məişət şəraiti yaratmalı, əməyin təhlükəsizliyini təmin etməlidir.)
NƏTİCƏ : Bu yazımla demək istəyirəm ki , bu gün həm "yuxarıdan " həm də kollektivin üzvləri və valideyinlər tərəfindən sıxışdırılan , tənqid ,bəzən isə təhqir olunan , sosial şəbəkədə müzakirə mövzusu olan məktəb direktorları və müavinləri məktəbdə hər gün əmək hüququ pozulan şəxslərdir.