Xəbərlər / Ziyalılar
25 mart 2020
1 439


Azərbaycanlı professordan koronavirusla bağlı vacib AÇIQLAMALAR

Azərbaycanlı professordan koronavirusla bağlı vacib AÇIQLAMALAR

 

Virusun yaşama saatı 24 saatdan 72 saat arasında dəyişir; 5 xəstədən 4-də virusun simptomları…

Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev dünyanı cənginə alan COVİD 19 – koronavirusla bağlı fikirlərini açıqlayıb. Nuran Abdullayev Avtosfer.az-a açıqlamasında vətəndaşlara tövsiyələrini də dilə gətirib.

– Son günlər Azərbaycanda COVİD-19 -la bağlı atılan addımları Avropa ölkələri ilə müqayisə etsək nələri görürük?

– Son günlər ölkədə atılan alqışalayiq profilaktik tədbirlərə nəzər salsaq, həqiqətən onların birbaşa insanların sağlamlığına hesablandığını görürük ki, bu da Avropa ölkələrindən heç də fərqlənmir. Hətta iqtisadiyyata dəyə biləcək zərəri nəzərə almadan, birbaşa insanların sağlamlığını düşünən ölkə başçısının atdığı bu addımlar bir çox Avropa ölkələrindən daha tez atıldı. Avropa ölkələrinin bəzilərinin problemi ümumi iqtisadiyyata mümkün qədər az ziyan vurulmasını düşünüb biraz riskə getməsidir ki, o da pandemiyanın daha da yayılmasına səbəb ola bilir.

– Azərbaycanda bu pandemiyanın yayılma tezliyi barədə nə deyə bilərsiniz? Bu günə qədər olan say o qədər çox deyil (54) və ölüm sayı da belə az olacaqmı?

– Ümumiyyətlə, son elmi araşdırmalar göstərir ki, 5 xəstədən 4-də virusun simptomları gizli və ya çox yüngül formada keçir ki, bunu da onlar özləri bilmir. Virusu təhlükəli edən də elə budur ki, xəstələr daşıyıcı olduqlarını bilmirlər və insanlara virusu yoluxdururlar. 5 xəstədən 1-də isə xəstəliyə uyğun simptomları olur və xəstəlik rəsmi qeydə alınıb izolyasiya və müalicə edilir. Bundan əlavə, bildirilməlidir ki, virusun yayılmasının ən böyük səbəbkarı və təhlükəsi elə o 4 virus daşıyıcısı xəstədir. Belə ki, hər bir daşıyıcı ortalama 3 xəstəni yoluxdurarsa pandemiya təxminən 60-90 gün ərzində özünün maksimum səviyyəsinə qalxmış olar. Ölkələrin də apardığı siyasət bu yoluxma sayını 3-dən aşağı, daha doğrusu maksimum 1-in aşağısına salmaqdır ki, virusun yayılmasının qarşısı maksimum alınsın. Ölüm faizinə gəldikdə isə artıq İtaliyadan gələn son elmi hesabatlara əsasən tam əminliklə demək olar ki, Azərbaycanda ölüm faizinin aşağı olmasını söyləməyə kifayət qədər elmi əsas var.

Vətəndaşların bilməli olduğu vacib məqamlardan biri də ondan ibarətdir ki, artıq elmi sübut olunub ki, müxtəlif materiallarda virusun yaşama saatı 24 saatdan 72 saat arasında dəyişir və bunun üçün bütün gigiyenik amillərə maksimum əməl etmək mütləqdir. Bunlardan da ən vacibi əllərin həmişə təmiz saxlanılmasıdır, çünki adi bir təmas virusa yoluxma deməkdir. Belə ki, bir insan normal həyatında qeyri-iradi olaraq bir dəqiqədə üzünə ortalama 3-5 dəfə toxunur ki, bunun da 1 dəfəsi viruslu əllərdə virusa yoluxma deməkdir.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Azərbaycanda Novruz şənlikləri ləğv edildi - QƏRAR

Azərbaycanda Novruz şənlikləri ləğv edildi - QƏRAR

Azərbaycan İİV-ə yoluxma səviyyəsinə görə...

Azərbaycan İİV-ə yoluxma səviyyəsinə görə...

Məktəblərdə dərslər dayandırılsın? – Ekspertlər

Məktəblərdə dərslər dayandırılsın? – Ekspertlər

Koronavirusla bağlı son STATİSTİKA

Koronavirusla bağlı son STATİSTİKA

Epidemiyanın sonu nə vaxt çatır: faktlar və proqnozlar

Epidemiyanın sonu nə vaxt çatır: faktlar və proqnozlar

Yalan məlumatlar virus qədər təhlükəlidir – ŞƏRH

Yalan məlumatlar virus qədər təhlükəlidir – ŞƏRH

COVID-19-un nə vaxtadək yayılacağı açıqlandı

COVID-19-un nə vaxtadək yayılacağı açıqlandı

Bakıda uşaqlar “koksaki” virusuna tutulub? - VALİDEYNLƏR NARAHATDIR

Bakıda uşaqlar “koksaki” virusuna tutulub? - VALİDEYNLƏR NARAHATDIR

Azərbaycanda məktəblərdə yeni virus yayılıb - FOTO

Azərbaycanda məktəblərdə yeni virus yayılıb - FOTO

DİQQƏT !:SU ÇİÇƏYİ XƏSTƏLİYİ GENİŞ YAYILIB - AĞIR FƏSADLAR

DİQQƏT !:SU ÇİÇƏYİ XƏSTƏLİYİ GENİŞ YAYILIB - AĞIR FƏSADLAR

Qrip sürətlə yayıla bilən bir xəstəlikdir.

Qrip sürətlə yayıla bilən bir xəstəlikdir.

Koronavirus təşvişindən necə xilas olmalı?-MƏSLƏHƏTLƏR

Koronavirus təşvişindən necə xilas olmalı?-MƏSLƏHƏTLƏR

Əgər virusa yoluxma baş veribsə… Pediatrdan MƏSLƏHƏT

Əgər virusa yoluxma baş veribsə… Pediatrdan MƏSLƏHƏT

Qubad İbadoğludan koronovirus təklifləri – “Dərslər Novruza qədər dayandırılsın”

Qubad İbadoğludan koronovirus təklifləri – “Dərslər Novruza qədər dayandırılsın”

Milli Məclis koronavirusla bağlı qanun qəbul edə bilər

Milli Məclis koronavirusla bağlı qanun qəbul edə bilər

Azərbaycan Xarici İşlər Nazirliyi vətəndaşlara müraciət edib - "Təşvişə ehtiyac yoxdur"

Azərbaycan Xarici İşlər Nazirliyi vətəndaşlara müraciət edib - "Təşvişə ehtiyac yoxdur"

Kişilərin ölüm təhlükəsi qan nəqlindədir... - ARAŞDIRMA

Kişilərin ölüm təhlükəsi qan nəqlindədir... - ARAŞDIRMA

Operativ Qərargah: Bu gecədən etibarən ölkə ərazisində sosial izolyasiya tədbirləri tətbiq edilir

Operativ Qərargah: Bu gecədən etibarən ölkə ərazisində sosial izolyasiya tədbirləri tətbiq edilir

Təhsil Nazirliyi valideynlərə müraciət edərək koronavirusla bağlı bəzi tövsiyələr verib.

Təhsil Nazirliyi valideynlərə müraciət edərək koronavirusla bağlı bəzi tövsiyələr verib.

“Xəstəlik daşıyıcısı olan uşaq məktəbə buraxılmamalıdır”

“Xəstəlik daşıyıcısı olan uşaq məktəbə buraxılmamalıdır”

Nazirlik şagirdlər və müəllimlər arasında qızılca və A (H1N1) virusunun yayılmasına aydınlıq gətirdi

Nazirlik şagirdlər və müəllimlər arasında qızılca və A (H1N1) virusunun yayılmasına aydınlıq gətirdi

Təhsillə bağlı atılan bütün addımlar kosmetik xarakter daşıyır

Təhsillə bağlı atılan bütün addımlar kosmetik xarakter daşıyır

Təhsil karantin dövründə.

Təhsil karantin dövründə.

Beyini, ürəyi və böyrəyi zədələyən xəstəlik- yüksək qan təzyiqi haqqında nə bilirik?

Beyini, ürəyi və böyrəyi zədələyən xəstəlik- yüksək qan təzyiqi haqqında nə bilirik?