Azərbaycan İİV-ə yoluxma səviyyəsinə görə...
Azərbaycan İİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasındadır.
Məlumata görə, bunu Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov deyib.
G.Poladov qeyd edib ki, "2016-2020-ci illər üçün İİV/QİÇS-lə mübarizə üzrə Tədbirlər Proqramı"nın uğurla həyata keçirilməsi nəticəsində Azərbaycan hazırda immun çatışmazlığı vurusuna yoluxma səviyyəsi aşağı olan ölkələr sırasındadır:
"Qeyd edək ki, ölkəmizdə İİV-ə yoluxmuş hamilə qadınların 96 faizi antiretrovirus müalicəsinə cəlb olunub. Nəticədə dünya statistikasında virusun anadan uşağa ötürülməsi 5-11 faizdirsə, Azərbaycanda bu göstərici 1,8 faizdir".
O əlavə edib ki, son 3 ildə Səhiyyə Nazirliyi nəzdinda Viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə xüsusi Komissiya fəaliyyət göstərir:
"Bu quruma müraciət edən bütün xəstələr müayinə olunur, onlara müvafiq təyinat verilir. Hazırda 5404 belə xəstə dövlət hesabına uzunmüddətli müalicə kursualır".