AzTehsil.com


Xəbərlər / Səhiyyə
19 may 2018
3 146


Beyini, ürəyi və böyrəyi zədələyən xəstəlik- yüksək qan təzyiqi haqqında nə bilirik?



 

17 may - dünya hipertoniya günüdür. Hipertoniya qan təzyiqinin davamlı artmasıdır. Bu, həm müxtəlif xəstəliklərin davamı olaraq, həm də naməlum səbəblərdən yarana bilir.

BBC Azərbaycancanın Bakı müxbiri Cəmilə İbrahimova respublikanın baş kardioloqu, Həkimləri Təkmilləşdirmə İnstitutunun Kardiologiya kafedrasının müdiri Faiq Quliyevlə söhbətləşib.

- Hipertoniyanın əsas əlamətləri nələrdir?

- Xəstələrdə yorğunluq, baş ağrıları, başgicəllənmə, ürək nayihəsində, baş-boyun nayihəsində ağırlıq halları ola bilər. İlk əlamətlər spesifik deyil, daha çox ümumi xarakter daşıyır.

- Hipertoniyanı xəstəlik hesab etmək olarmı?

- Hipertoniya özü növlərə bölünür. Arterial hipertenziya təzyiqin qalxmasıdır. Bu, müxtəlif xəstəliklərdə ola bilər. Məsələn, şəkərli diabet və böyrək xəstələrində, endokrinoloji xəstəliklərdə ola bilər, beyin travmalarından sonra müşahidə oluna bilər.

Arterial hipertoniya növünün isə səbəbləri tam olaraq bilinməsə də, daha çox genetik faktorlara əsaslanır. Valideynlərdə olan bu təzyiq nəsillikcə keçə bilir. Bu, daha çox 40 yaşlarından sonra özünü biruzə verir. 40 yaşdan sonra insanların bəzilərində naməlum mənşəli arterial hipertoniya özünü göstərməyə başlayır. Bu, naməlum mənşəli hipertoniya essential hipertoniya adlanır.

Əsas xəstəliklərin simptomlarından biri təzyiqin qalxmasıdır. Burada proqnoz nisbətən daha yaxşıdır, çünki əsas xəstəliyi müalicə edəndə, məsələn, böyrək xəstəlikləri, şəkərli diabet və sairə xəstəlikləri müalicə edəndə, təzyiq də aşağı düşür. Bu vaxt təzyiqi nəzarətdə saxlamaq nisbətən asan olur. Amma essential hipertoniyanın mənşəyi bilinmədiyi üçün fəsadları daha böyük olur və müalicəsi daha çətin olur.

- Hipertoniya hansı xəstəliklərin xəbərçisi ola bilər?

- Hipertoniyada üç orqanı yoxlamaq lazımdır: beyini, ürəyi və böyrəyi. İlk olaraq bu orqanlar zədələnir, ona görə də, bunları yoxlamaq lazımdır. Bu orqanların erkən zədələnmə faktorları var. Hipertoniya problemi olan insanlar kardioloqa müalicə etməlidir. Bu orqanların zədələnməsini erkən fazada bərpa etmək mümkündür. Geciksək, bu, erkən fazadan stabil formaya keçir və bərpa etmək mümkün olmur.

- Yüksək təzyiqə ev şəraitində nəzarət edilə bilərmi?

- Ümumiyyətlə, Avropa kardiologiya cəmiyyətinin tövsiyyələrinə görə, arterial hipertoniyası olan xəstələr təzyiqini ev şəraitində ölçməlidir. Çünki, xəstə hər dəfə həkimin yanına gələndə ağ xalatı görəndə təzyiq süni olaraq qalxa bilər. İlk dəfə analizlərin verilməsi və diaqnozun qoyulması üçün həkimə gedilməsi ayrı məsələdir, amma təzyiqə nəzarət ev şəraitində olmalıdır. Bu xəstələr 3-6 aydan bir müayinə üçün həkimə müraciət edə bilər.

Bundan başqa, demək istədiyim bir məqam da var. İndi təzyiqölçən aparatlar çoxdur. Biləyə taxılan təzyiqölçən aparatlardan imkan daxilində istifadə edilməməlidir. Çünki onlar keyfiyyətsiz aparatlardır və göstəriciləri çox vaxt düzgün olmur. Qola - çiyindən aşağı olan hissəyə - taxılan avtomatik, yarımavtomatik və ya əllə ölçülən aparatlar daha dəqiq olur. Onların qiyməti nisbətən baha olsa da, daha dəqiq ölçür.

- Qan təzyiqilə bağlı insanların ən böyük səhvləri nə olur?

- Xəstələrə müraciətlə demək istəyirəm ki, arterial hipertoniyanı müxtəlif bioloji aktiv maddələrlə müalicə etmək düzgün deyil. Həm Amerika, həm də Avropa kardiologiya cəmiyyətləri buna qadağa qoyub. Hətta, reseptlərdə həkimlərə bioloji aktiv maddələri yazmağa icazə vermirlər. Təəssüflər ki, bizdə televizor və reklamlarda yalandan hansısa xalq təbabətindən götürüldüyü deyilən bioloji aktiv maddələr göstərilir və insanlar normal müalicənin yerinə bu maddələri qəbul etməyə başlayır. Bunun nəticəsində isə fəsadlarla xəstəxanaya düşürlər.

- Gecikmiş və səhv müalicənin fəsadları nələrdir?

- Gecikmiş müalicənin fəsadlarında bu gün birinci yerdə beyin qan dövranının pozulması durur. Bundan sonra isə ürək qan dövranının pozulması, ürək çatışmazlığı problemləri durur. Bu xəstəliklərə nəzarət nisbətən mümkün olsa da, beyin qan dövranının pozulmasında isə ölüm halları və əlillik daha çox olur. Nisbətən az, amma yenə təhlükəli olan böyrək qan dövranının pozulmasıdır ki, xroniki böyrək çatışmazlığına gətirib çıxarır. Onlar da həftədə 2-3 dəfə dializ müalicəsi almalıdır. Bütün bunlar gecikmiş fəsadlardır.

Erkən fəsadlar haqqında danışsaq, beyin qan dövranının tam pozulması olmayaraq yarımçıq pozulması olur. Belə fəsadlar xəstələrin koqnitiv fəaliyyətinin, yaddaşının, danışıq qabiliyyətinin pozulmasına gətirib çıxarır. Bunun nəticəsində insan iş qabiliyyətini itirir, artıq işləyə bilmir.

Arterial hipertoniyaya nəzarət edilməyəndə beyin qan dövranının qısa dövrlü pozulmaları təkrarlananda bu cür əlillik hallarına gətirib çıxara bilir.

Bəzən görürəm ki, xəstə həkimə getməyib, amma aptek işçisindən soruşur ki, təzyiqim var, hansı dərmanı qəbul edim. Aptek işçisi də istifadə müddətinin bitməyinə az qalmış dərmanları verəcək. Satıcı həkim deyil. Xəstə tənbəllik edir, həkimə getmir, sonra da fəsadlarla xəstəxanaya reanimasiyaya düşür. Əhalinin özünün vaxtında həkimə müraciət etməməsi və xəstələrin hardasa eşitdiyi bioloji aktiv maddələri qəbul etməsi problem mövcuddur. Hipertoniya ömürlük xəstəlikdir, bir qutu dərman atmaqla sağalan deyil. Belə səhvlərə tez-tez rast gəlirik.

- Bu xəstəliyin yaşı "gəncləşirmi?"

- Yaşlılarda arterial hipertoniya daha çox olur. Bizə arterial hipertoniyası olan və həm də bunun fəsadları ilə müraciət edənlərin sayı çoxdur. Digər illərlə müqayisə etsək, gənclərdə arterial hipertenziya son vaxtlarda daha çoxdur. Bunun səbəblərindən ən birincisi kimi stresin daha çox yayılmasını göstərmək olar. Bizə müraciət edən gənclərlə danışanda görürük ki, onlar vaxtında yatmır, gecələri kompüter arxasında keçirir, yuxusu, sutkalıq ritmi pozulur. Ayaqüstü yeməklər, çox duz-istiotlu qidalar, qazlı şirin içkilər təzyiqi qaldırır. Xarici ölkələrdə məktəblərin yaxınlığında yerləşən yeməkxanalarda şirin və qazlı içkilərin satışına icazə verilmir. Çünki, bu həm piylənməyə, həm də arterial hipertenziyaya gətirib çıxarır.

- Yüksək təzyiqin bir nömrəli düşməni nədir?

- Hipertoniyanın bir nömrəli düşməni stresdir. Stres təkcə Azərbaycanda deyil, bütün dünyada texnologiyanın sürətli artması, ümumi həyat tərzinin dinamikasının artması stress səviyyəsini artırır. İnsanlar bir-biri ilə rəqabətə girir. Əhali arasında social bərabərliyin pozulmasının özü stresə səbəb olur. Digər tərəfdən də, təlabatlar artıb. Əvvəl bilirdin ki, universitetə daxil ola bilməsə də, hardasa işə daxil ola biləcək. İndi isə, universitet bitirsələr də, iş tapa bilmirlər. Gərək əlavə xarici dil, kompüter və sairə biləsən. Bütün bunlar stres yaradan faktorlardır.

- Həyat tərzi təzyiqimizə necə təsir edir?

- Əvvəlki uşaqlar həyətdə oynayardılar, indi isə onlara o qədər ev tapşırığı verirlər ki, buna imkan olmur. Buna həm də şərait yoxdur ki, uşaq atlansın, oynasın. Beləliklə, fiziki məşğuliyyət kənarda qalır. Uşaqlar ancaq kompüterə baxırlar, sonra dərsə gedirlər. Orda da ayaqüstü dönər yeyirlər. Əlbəttə ki, təzyiq qalxacaq.

Böyüklərin də həyat tərzi onlara təsir edir. Cavanlar idmanla məşğul olsa, siqaret də çəkməz. İnsanda depressiya var ki, siqaret çəkir. Bu depressiyanı da siqaretlə aradan qaldırır. Spirtli içkilər, xüsusilə də enerji içkiləri içmək böyrək fəaliyyətinin pozulmasına gətirib çıxarır. Bütün bunlar arterial hipertoniyanı üzə çıxarır.

Müraciət edən xəstələrin bəzilərinin həyat tərzini normallaşdırmaqla, depressiyaya qarşı dərman verməklə təzyiqlərini də normallaşdıra bilmişik.



Загрузка...
Həmçinin oxuyun:
Azərbaycanda bu xəstəliklər niyə artıb? - ARAŞDIRMA

Azərbaycanda bu xəstəliklər niyə artıb? - ARAŞDIRMA

Bu xəstəliklər nəyə görə artıb? -VİDEO

Bu xəstəliklər nəyə görə artıb? -VİDEO

İnsultun əlamətləri - 2 dəqiqəniz var!

İnsultun əlamətləri - 2 dəqiqəniz var!

"Bəzi revmatizm xəstəlikləri şikəstliklə nəticələnə bilər” - EHTİYATLI OLUN

"Bəzi revmatizm xəstəlikləri şikəstliklə nəticələnə bilər” - EHTİYATLI OLUN

Bütün xəstəliklərin dərmanı olan YUXU VƏ YUXUSUZLUQ

Bütün xəstəliklərin dərmanı olan YUXU VƏ YUXUSUZLUQ

Alimlərdən XƏBƏRDARLIQ: Duz...

Alimlərdən XƏBƏRDARLIQ: Duz...

Uşağınızın yaddaşını yoxlayın! - TEST

Uşağınızın yaddaşını yoxlayın! - TEST

TV-yə baxmaqdan yaranan Qorxulu Xəstəlik

TV-yə baxmaqdan yaranan Qorxulu Xəstəlik

Yaddaş zəifliyi olanlara həkim məsləhəti- Bunlara diqqət

Yaddaş zəifliyi olanlara həkim məsləhəti- Bunlara diqqət

Soyuq havalarda uşaqları xəstəliklərdən necə qoruyaq? – PEDİATR TÖVSİYƏSİ

Soyuq havalarda uşaqları xəstəliklərdən necə qoruyaq? – PEDİATR TÖVSİYƏSİ

ATU-da I kurs tələbələrinin dərs sistemində yenilik edilib

ATU-da I kurs tələbələrinin dərs sistemində yenilik edilib

Fitodizayn və tibb -Bir çox xəstəliklərin...

Fitodizayn və tibb -Bir çox xəstəliklərin...

Sarışan hallar nevrozu nədir?- Bu üsulla müalicə...

Sarışan hallar nevrozu nədir?- Bu üsulla müalicə...

“İntihar hadisələrinin bölgələrdə daha çox baş verməsi həyat tərziylə bağlıdır...”

“İntihar hadisələrinin bölgələrdə daha çox baş verməsi həyat tərziylə bağlıdır...”

Eşitmə qüsurunu neçə yaşa qədər aradan qaldırmaq mümkündür?

Eşitmə qüsurunu neçə yaşa qədər aradan qaldırmaq mümkündür?

Dəcəl, yoxsa hiperaktiv?– UŞAQLARINIZI TANIYIN!

Dəcəl, yoxsa hiperaktiv?– UŞAQLARINIZI TANIYIN!

Çox çay içmək nə üçün ziyanlıdır?

Çox çay içmək nə üçün ziyanlıdır?

Azərbaycanda cırtdanboyluların sayı artır - Problemin çox olduğu bölgələr

Azərbaycanda cırtdanboyluların sayı artır - Problemin çox olduğu bölgələr

Bu şirniyyatları uşaqlara verməyin - HƏKİMDƏN QADAĞA

Bu şirniyyatları uşaqlara verməyin - HƏKİMDƏN QADAĞA

Uşaqlarda bu xəstəliklər daha da artıb - Həkim SƏBƏBLƏRİ sadaladı

Uşaqlarda bu xəstəliklər daha da artıb - Həkim SƏBƏBLƏRİ sadaladı

Uşaqların şirniyyata olan həvəsi yalnız dadla bağlı deyil -DİQQƏT

Uşaqların şirniyyata olan həvəsi yalnız dadla bağlı deyil -DİQQƏT

"Hər bir məktəblinin şəxsi gigiyenası ailəsindən və özündən asılıdır”

"Hər bir məktəblinin şəxsi gigiyenası ailəsindən və özündən asılıdır”

Əllərin üşüməsi bu xəstəliyin əlaməti ola bilər- DİQQƏT

Əllərin üşüməsi bu xəstəliyin əlaməti ola bilər- DİQQƏT

Uşaqlar niyə torpaq yeyir? – Bu xəstəlik ölümə də səbəb olur

Uşaqlar niyə torpaq yeyir? – Bu xəstəlik ölümə də səbəb olur