AzTehsil.com


Xəbərlər / Müəllim
18 may 2020
1 384


Finlandiya məktəbləri karantindən sonra



 

Məktəblərin həyatında nə dəyişib?⠀

Finlandiya şəhərlərinin ibtidai və orta məktəb şagirdləri yenidən tədris prosesinə qayıdıblar.  Ölkənin Təhsil Nazirliyi Səhiyyə Nazirliyi ilə birgə koronavirusa yoluxma riskinin azaldılmasına xidmət edən təhlükəsizlik tədbirlərini həyata keçirib.  

Bəs, karantin ləğv edildikdən sonra məktəblərin həyatında nə dəyişib?⠀

-  Pandemiya səbəbindən təhsildən kənarda qalanların heç də hamısı məktəbə qayıtmayıb. Paytaxt regionunda, məsələn, şagirdlərin təxminən 8% - i evdə qalmaq və distant təhsili davam etdirmək hüququndan yararlanmağa meyillidir.

- Tədris prosesinə geri dönən təhsilalanlar virusun yayılmasının qarşısının alınması zərurəti ilə qarşılaşıblar. Hər bir məktəbdə profilaktika tədbirləri fərqlidir: bəzi məktəblərdə şagirdlər əlcəklər geyinir, başqa  bir yerdə dərsin əvvəlində və sonunda əllərini yuyurlar.  Bəzi məktəblərdə müstəqil olaraq qapıları açmaq və binada  təkbaşına hərəkət etmək qadağan edilib.⠀

 - Bütün məktəblərdə dərslərarası fasilələrin vaxtı və  təmiz havada gəzintilərin müddəti uzadılıb. İbtidai siniflərdə isə  dərslər tamamilə açıq havada keçirilir. 

- Hər hansı bir fiziki əlaqə, qucaqlaşma, əlsıxma  qadağandır. Həm də uşaqlar ayrı-ayrılıqda otururlar. Hətta yeməkxanada nahar edən şagirdlər  2 nəfərlik masalara yerləşdirilir.  Siniflərin əksəriyyətində yeməkləri müəllimlər özləri gətirirlər və uşaqlar dərs öyrəndikləri yerdə yeməklərini yeyirlər.

Qeyd edək ki, məktəblərin açılması COVID-19 pandemiyasının səbəb olduğu  məhdudiyyətləri aradan qaldırmaq üçün tədbirlərin birincisidir. İyunun 1-dən kitabxanalar, muzeylər, hovuzlar və digər ictimai yerlərin açılması nəzərdə tutulub. Hazırda Finlandiyada  6347 xəstə və gündə,  təxminən 60-70 yoluxma faktı  var. Hökumət  iki həftədən bir infeksiyaya yoluxma dinamikasını izləyərək  tədricən digər məhdudiyyətləri də aradan qaldıracaq.



Загрузка...
Həmçinin oxuyun:
Dünya ölkələrində məktəblər yenidən necə açıldı?

Dünya ölkələrində məktəblər yenidən necə açıldı?

Norveç və Danimarkada məktəblər karantindən çıxır

Norveç və Danimarkada məktəblər karantindən çıxır

Məktəbləri yenidən necə aça bilərik?

Məktəbləri yenidən necə aça bilərik?

Cənubi Koreyada məktəblərin açılması ilə heç də hamı razı deyil.

Cənubi Koreyada məktəblərin açılması ilə heç də hamı razı deyil.

Məktəblərin yenidən açılması

Məktəblərin yenidən açılması

Məktəblərdə yoxlama olacaq - Qripli uşaqlar dərsə buraxılmayacaq

Məktəblərdə yoxlama olacaq - Qripli uşaqlar dərsə buraxılmayacaq

4 maydan sonra 9-11-ci siniflərdə dərslər o halda başlaya bilər ki…

4 maydan sonra 9-11-ci siniflərdə dərslər o halda başlaya bilər ki…

Bəzi məktəblərdə bütün fənnlər ləğv edilib -  Finlandiya təhsili haqda BİLMƏDİKLƏRİNİZ + FOTOLAR

Bəzi məktəblərdə bütün fənnlər ləğv edilib - Finlandiya təhsili haqda BİLMƏDİKLƏRİNİZ + FOTOLAR

İranda orta məktəblər mayın 16-da açılacaq

İranda orta məktəblər mayın 16-da açılacaq

Məktəblər yayda açılacaq?

Məktəblər yayda açılacaq?

Məktəblərdə dərslər dayandırılsın? – Ekspertlər

Məktəblərdə dərslər dayandırılsın? – Ekspertlər

Məktəblərdə telefon qadağan olunsun – TƏKLİF

Məktəblərdə telefon qadağan olunsun – TƏKLİF

Bağçalar məktəblərdən tez açıla bilər?..

Bağçalar məktəblərdən tez açıla bilər?..

Məktəb və universitetlər aprelin 20-dək bağlı olacaq – Rəsmi

Məktəb və universitetlər aprelin 20-dək bağlı olacaq – Rəsmi

Cənubi Koreyada məktəblərin açılması təxirə salınıb

Cənubi Koreyada məktəblərin açılması təxirə salınıb

Çində məktəblərdə dərslər bərpa olunur

Çində məktəblərdə dərslər bərpa olunur

Məktəblərin yenidən açılmasının "Yol xəritəsi" hazırlanıb

Məktəblərin yenidən açılmasının "Yol xəritəsi" hazırlanıb

Karantindən sonra məktəbləri açan ilk Avropa ölkəsi

Karantindən sonra məktəbləri açan ilk Avropa ölkəsi

Məktəbdə tədris ili distant rejimdə başa çatacaq

Məktəbdə tədris ili distant rejimdə başa çatacaq

Nazirlik 11 illik məktəblərin ləğv olunması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib  Böyüt

Nazirlik 11 illik məktəblərin ləğv olunması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib Böyüt

Bakı Dövlət Universitetinin Psixoloji Yardım Sektoru: təşvişə düşməmək üçün nə etməli

Bakı Dövlət Universitetinin Psixoloji Yardım Sektoru: təşvişə düşməmək üçün nə etməli

"Görünür yeni inşa olunacaq məktəblərdə belə hovuzların yaradılması baş tutacaq"

"Görünür yeni inşa olunacaq məktəblərdə belə hovuzların yaradılması baş tutacaq"

“Şagirdlərin evdə qalması doğru deyil” - İctimai Şuranın sədri

“Şagirdlərin evdə qalması doğru deyil” - İctimai Şuranın sədri

Azərbaycanda xüsusi karantin rejiminin müddəti mayın 31-dək uzadılıb

Azərbaycanda xüsusi karantin rejiminin müddəti mayın 31-dək uzadılıb