AzTehsil.com


Xəbərlər
26 iyul 2018
2 998


"Görünür yeni inşa olunacaq məktəblərdə belə hovuzların yaradılması baş tutacaq"



 

"Yaponiyanın ibtidai (1-6-cı siniflər) və orta məktəblərinin (7-9-cu siniflər) əksəriyyətində üzgüçülük hovuzları var. Üzgüçülük dərsləri məcburidir. Buna səbəb 1955-ci ildə Yaponiyada baş vermiş gəmi qəzasıdır. Ölənlərin əksəriyyəti üzə bilmədikləri üçün boğuldular. Bundan sonra hökümət belə qərara gəldi ki, üzgüçülüyə ibtidai siniflərdən başlamaq lazımdır. Yaponiyadan sonra 2015-ci ildə Cənubi Koreyada məktəblər bu işə başladı.

Buna səbəb 2014-cü ildə Cənubi Koreyada batan gəmiyə köməyə getmiş xilasetmə qüvvələrindən hər 3 nəfərdən 1-nin üzə bilməməsi olub”.

Bunu Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosasiyasının sədri Əlibəy Məmmədov öz sosial şəbəkə hesabında paylaşıb. Düzdür, qeyd edilən kimi məktəblərdə üzgüçülük hovuzlarının yaradılmasına səbəb gəmi qəzalarında ölənlərin əksəriyyətinin üzə bilməməsi olub. Maraqlıdır, Azərbaycan məktəblərində də bu cür hovuzlar olmalıdırmı?

Təhsil eksperti Nadir İsrafilov Modern.az saytına deyib ki,  məktəblərin üzgüçülük hovuzları ilə təchiz edilməsi dünyanın bir sıra dövlətləri ilə müqayisədə ölkəmiz üçün nisbətən yeni məsələdir:

"Bildiyim qədər Yeni Yasamal massivində yerləşən  308 № -li, tam orta məktəbdə,  həmçinin Xətai rayonundakı  59 №-li tam orta məktəbin yeni inşa olunmuş  korpusunda belə hovuzlar fəaliyyət göstərir. Bakı İstedadlar Təhsil Kompleksinin Nizami rayonu ərazisində inşa olunmuş yeni binasında da 2 üzgüçülük hovuzu yaradılıb. Görünür, gələcəkdə yeni inşa olunacaq məktəblərdə və əlavə tədris korpuslarında da belə hovuzların yaradılması nəzərdə tutulacaq”.

Ekspertin sözlərinə görə, hovuz məktəb üçün perspektivli gəlir mənbəyidir:
 
"Azərbaycan idman ölkəsidir və dünyanın bir çox möhtərəm idman yarışlarına ev sahibliyi edir.  Məktəblərdə  hovuzların mövcudluğu idmana və bədən tərbiyəsinə, xüsusilə də su idmanı növlərinə marağı artırmaqla yanaşı, həm də yeniyetmə və gənclərimizin sağlamlığı və fiziki inkişafı deməkdir. Əlbəttə, bəzi özəl liseylər, məsələn bilavasitə şahidi olduğum "İdrak” liseyi xüsusi müqavilə əsasında qonşuluqda yerləşən hovuzlara mütəmadi olaraq öz şagirdlərini aparırlar. Həmçinin hovuz məktəb üçün əlavə xidmət göstərmək baxımından perspektivli gəlir mənbəyidir. Bilavasitə olduğum Kiyev və Minsk şəhərlərinin bir sıra məktəblərində üzgüçülük hovuzlarından özləri istifadə etməklə yanaşı, həm də pullu xidmət göstərib, öz infrastrukturlarının maddi ehtiyaclarını ödəyirlər”.



Загрузка...
Həmçinin oxuyun:
Bakıda şagird sıxlığından əziyyət çəkən məktəblər var - SİYAHI

Bakıda şagird sıxlığından əziyyət çəkən məktəblər var - SİYAHI

Bu il Azərbaycanda 71 yeni məktəb inşa edilib

Bu il Azərbaycanda 71 yeni məktəb inşa edilib

Məlum olub ki, tam orta təhsil verən bir sıra məktəblərdə əslində 10-11-ci siniflər yalnız kağız üzərində “fəaliyyət göstərirmiş”.

Məlum olub ki, tam orta təhsil verən bir sıra məktəblərdə əslində 10-11-ci siniflər yalnız kağız üzərində “fəaliyyət göstərirmiş”.

Təhsil naziri Balakənin ucqar kəndində yeni inşa edilmiş məktəb binasında yaradılan şəraitlə tanış olub

Təhsil naziri Balakənin ucqar kəndində yeni inşa edilmiş məktəb binasında yaradılan şəraitlə tanış olub

Səbail rayonunun məktəblərində təmir işləri aparılır

Səbail rayonunun məktəblərində təmir işləri aparılır

Müəllimlik qadın peşəsidirim?...ARAŞDIRMA

Müəllimlik qadın peşəsidirim?...ARAŞDIRMA

Azərbaycanda bu məktəblərdə müəllimlər üçün pul yığılır - SİYAHI

Azərbaycanda bu məktəblərdə müəllimlər üçün pul yığılır - SİYAHI

Prezident Bakı Ali Neft Məktəbinin kampusunun açılışında

Prezident Bakı Ali Neft Məktəbinin kampusunun açılışında

Prezident Bakıda 257 nömrəli məktəbin yeni korpusunun açılışında iştirak edib - YENİLƏNİB

Prezident Bakıda 257 nömrəli məktəbin yeni korpusunun açılışında iştirak edib - YENİLƏNİB

Orta məktəblərdə bütün siniflər təmayüllü olacaq

Orta məktəblərdə bütün siniflər təmayüllü olacaq

Orta məktəblərin idman dərslərində monitorinq aparılacaq

Orta məktəblərin idman dərslərində monitorinq aparılacaq

Tələbələrin çözülməyən yataqxana problemi

Tələbələrin çözülməyən yataqxana problemi

Təhsil Nazirliyi keçirilən "bədən tərbiyəsi" dərslərini dəyərləndirib

Təhsil Nazirliyi keçirilən "bədən tərbiyəsi" dərslərini dəyərləndirib

Yaponiyada Azərbaycanla bağlı seminar keçirilib

Yaponiyada Azərbaycanla bağlı seminar keçirilib

Uşaqlar üçün idman növü seçəndə diqqətli olun – Valideynlərə tövsiyə

Uşaqlar üçün idman növü seçəndə diqqətli olun – Valideynlərə tövsiyə

Uşaqlar üçün idman növü seçərkən diqqətli olun- Aqressiya yaradır

Uşaqlar üçün idman növü seçərkən diqqətli olun- Aqressiya yaradır

Nizami rayonunda 10 saylı tam orta məktəb əsaslı yenidənqurmadan sonra istifadəyə verilib

Nizami rayonunda 10 saylı tam orta məktəb əsaslı yenidənqurmadan sonra istifadəyə verilib

Özəl ali məktəblər boş qaldı

Özəl ali məktəblər boş qaldı

“MİQ imtahanlarında məntiqə aid suallara ehtiyac yoxdur” – Ekspertdən irad və təkliflər

“MİQ imtahanlarında məntiqə aid suallara ehtiyac yoxdur” – Ekspertdən irad və təkliflər

Məktəblərdə telefon qadağan olunsun – TƏKLİF

Məktəblərdə telefon qadağan olunsun – TƏKLİF

Sabahdan ibtidai siniflər üçün 5 günlük tətil başlayır

Sabahdan ibtidai siniflər üçün 5 günlük tətil başlayır

İlham Əliyev Masazırda məktəb açılışında olub

İlham Əliyev Masazırda məktəb açılışında olub

Nadir İsrafiliov:-“Bu, özfəaliyyətin yeni metodudur”… İbtidai sinif müəllimləri imtahan ediləcək ?

Nadir İsrafiliov:-“Bu, özfəaliyyətin yeni metodudur”… İbtidai sinif müəllimləri imtahan ediləcək ?

Ölkəmizdə modul tipli yüz məktəb inşa edilib

Ölkəmizdə modul tipli yüz məktəb inşa edilib