AzTehsil.com


Xəbərlər / Cəmiyyət
22 fevral 2018
3 969


Məktəblərdə telefon qadağan olunsun – TƏKLİF



 

Son zamanlar Bakı məktəblərində əxlaqla bağlı məsələlər tez-tez gündəmə gəlir.

Belə ki, fevralın əvvəli 132-134 saylı Təhsil Kompleksində şagirdlərin cinsi əlaqəyə girməsi, həmin prosesin lentə alınması və məktəbdə yayılması cəmiyyətə böyük müzakirələrə səbəb olub və tənqid olunub.

Bu gün isə Nərimanov rayonu 82 saylı orta məktəbdə yeniyetmə qızın açıq-saçıq görüntüləri yayılıb. Hətta bu məsələdə müəlliminin əli olduğu qeyd edilib. Hadisə ilə əlaqədar polisə müraciət olunub.

Hər iki insident zamanı görüntülər mobil telefonla lentə alınaraq yayılıb. 

Bunları nəzərə alaraq məktəblərdə mobil telefonların qadağan olunması aktuallaşır.

Bəs görəsən, məktəblərdə belə neqativ halların qarşısını almaq üçün telefonlara qadağa qoymaq lazımdırmı?

Məsələ ilə bağlı təhsil sahəsi üzrə ekspert Nadir İsrafilov bildirib ki, məktəblərdə əxlaq problemi hər zaman aktual olub, lakin əvvəllər bu hadisələr belə ictimailəşməyib:

"Bir tərəfdən, yüksək texnologiyaların inkişafı, qloballaşma telefondan imtina edilməsini mümkünsüz edir.

Valideynlər narahat olurlar. Fikirləşirlər ki, uşaqda telefon olmalıdır. Əlaqə saxlamaq, "online” əməliyyatları həyata keçirmək, məktəbə qəbul və uşaqların qiymətlərinin valideynə elektron şəkildə göndərilməsi bu zərurəti ortaya çıxarır. 

Digər tərəfdən, orta məktəbə, yaxud ali təhsil ocağına gedəndə müşahidə edirsən ki, məktəblilər, ya tələbələrin hərəsinin əlində telefon var. Biri oyun oynayır, o biri şəkil çəkir, digəri başqa bir işlə məşğul olur.

Şübhəsiz ki, bu, təhsilin səviyyəsinə, keyfiyyətinə mənfi təsir göstərir.

Qaldı ki mobil telefonlar vasitəsilə şagirdlərin açıq-saçıq şəkillərin yayılması məsələsinə, belə hallar özünü təkcə şagirdlər arasında yox, həm də müəllimlər arasında göstərir”.

Onun sözlərinə görə, məktəblərdə şagirdlərin mobil telefondan istifadəsi respublika üzrə qadağan olunmalıdır:

"Bəzi məktəblərdə şagirdlərin telefondan istifadəsi qadağandır. Lakin bunu kütləvi şəkildə etmək lazımdır. Dünyada belə bir təcrübə var ki, məktəblərin girişində telefonlar yığışdırılıb, bir qutuya qoyulur, dərslər bitəndən sonra isə şagirdlərə qaytarılır. Bunun üçün xüsusi bir vəsaitin ayrılmasına ehtiyac yoxdur”. 

Ekspertin sözlərinə görə, baş verənlər məktəbin nüfuzuna, təhsilə, tərbiyəyə təsir edən amillərdir:

"Hesab edirəm ki, məsələ ilə bağlı yüksək səviyyədə bir qərar qəbul edilməlidir. Neqativ halların qarşısını almaq üçün Milli Məclisdə bununla bağlı qanun qəbul etmək lazımdır”.



Загрузка...
Həmçinin oxuyun:
Dərsə gedən bir uşaq, əlində telefon qoçaq…

Dərsə gedən bir uşaq, əlində telefon qoçaq…

Mobil telefonlar xərçəng yaradır?- XƏBƏRDARLIQ

Mobil telefonlar xərçəng yaradır?- XƏBƏRDARLIQ

Mobil telefonların yaratdığı və yaradacağı fəsadlar özünüzü qoruyun

Mobil telefonların yaratdığı və yaradacağı fəsadlar özünüzü qoruyun

Məktəblərdə telefon və planşetlərdən istifadə qadağan ediləcək? - Nazirlikdən cavab

Məktəblərdə telefon və planşetlərdən istifadə qadağan ediləcək? - Nazirlikdən cavab

Bu məktəblərdə mobil telefonlar qadağan edilə bilər

Bu məktəblərdə mobil telefonlar qadağan edilə bilər

"Fiziki tərbiyə dərsinin ilk saatlara salınması yolverilməzdir" - VİDEO

"Fiziki tərbiyə dərsinin ilk saatlara salınması yolverilməzdir" - VİDEO

Uşaqları planşet, kompüter, mobil telefondan uzaq tutun - Həkim məsləhəti

Uşaqları planşet, kompüter, mobil telefondan uzaq tutun - Həkim məsləhəti

Bakıda müəllim qız şagirdinin açıq-saçıq görüntülərini yaydı - ŞOK İDDİA-FOTO

Bakıda müəllim qız şagirdinin açıq-saçıq görüntülərini yaydı - ŞOK İDDİA-FOTO

Sumqayıt məktəbləri necə mühafizə olunur? - ARAŞDIRMA

Sumqayıt məktəbləri necə mühafizə olunur? - ARAŞDIRMA

Azərbaycanda bu məktəblərdə müəllimlər üçün pul yığılır - SİYAHI

Azərbaycanda bu məktəblərdə müəllimlər üçün pul yığılır - SİYAHI

Mobil telefon təhsilə zərbə vurur -ARAŞDIRMA

Mobil telefon təhsilə zərbə vurur -ARAŞDIRMA

Smartfonlar tələbələrin təhsilinə mənfi təsir göstərir -ARAŞDIRMA

Smartfonlar tələbələrin təhsilinə mənfi təsir göstərir -ARAŞDIRMA

Şagirdlərə "2" yazılması qadağan edilir

Şagirdlərə "2" yazılması qadağan edilir

Bu telefonlar Azərbaycan üçün nəzərdə tutulmayıb

Bu telefonlar Azərbaycan üçün nəzərdə tutulmayıb

Sumqayıt məktəbləri necə mühafizə olunur? - Araşdırma

Sumqayıt məktəbləri necə mühafizə olunur? - Araşdırma

Mobil telefonlar bu xəstəlikləri yaradır -ARAŞDIRMA

Mobil telefonlar bu xəstəlikləri yaradır -ARAŞDIRMA

“Uşaq bağçalarında bütün otaqlarda kameralar quraşdırılmalıdır”

“Uşaq bağçalarında bütün otaqlarda kameralar quraşdırılmalıdır”

Məktəblilər "Mavi balina"nın sehrinə düşüb - EKSPERT

Məktəblilər "Mavi balina"nın sehrinə düşüb - EKSPERT

Valideyn qızına görə polisə şikayət etdi - "Bu müəllim..."

Valideyn qızına görə polisə şikayət etdi - "Bu müəllim..."

Xeyir və zərəri ilə mobil telefonlar

Xeyir və zərəri ilə mobil telefonlar

“Ləhcə və dialektlə danışan müəllimlərin auditoriyaya girməsi arzuedilən deyil”

“Ləhcə və dialektlə danışan müəllimlərin auditoriyaya girməsi arzuedilən deyil”

Müəllimi ittiham eləmək asandır-Müəllim-şagird qovğası: kimdir günahkar?

Müəllimi ittiham eləmək asandır-Müəllim-şagird qovğası: kimdir günahkar?

Məktəblərdə 10-11-ci siniflər ləğv olunacaqmı? - RƏSMİ AÇIQLAMA

Məktəblərdə 10-11-ci siniflər ləğv olunacaqmı? - RƏSMİ AÇIQLAMA

Nadir İsrafilov: “Məktəbin günahı böyükdür, lakin güahkar təkcə məktəb deyil…”

Nadir İsrafilov: “Məktəbin günahı böyükdür, lakin güahkar təkcə məktəb deyil…”