AzTehsil.com


Xəbərlər / Müəllim
18 may 2020
1 551


Məktəblərin yenidən açılması



Məktəblərin yenidən açılması

 

YUNESKO rəsmisi : "Məktəblərin açılması məsələsində məsləhətləşmək və ünsiyyət problemin həllinə yanaşma açarıdır "

YUNESKO-nun  Beynəlxalq Təhsil Planlaşdırma İnstitutunun direktoru  (təşkilatın bu yaxınlarda məktəblərin açılmasına hazırlıq və bu prosesin idarə edilməsinə həsr olunmuş veb-seminarında əsas məruzəçisi)  

Suzanne Qrant Lyuis  hesab edir ki,  pandemiyanın kəskin mərhələsindən sonra  şagirdlərin görünməmiş problemlərlə qarşılaşacaqlarını nəzərə alan təhsil müəssisələri bütün dünyada təcili olaraq tədrisin başlanmasına hazırlaşmalıdırlar. O, qarşıda duran həlli vacib vəzifələrdən danışıb.

Üç təxirəsalınmaz məsələ

 Koronavirus pandemiyasının ortamüddətli və uzunmüddətli perspektivdə təhsilə ciddi təsir göstərəcəyini etiraf edən S. Lyuis israrla ölkələri əsasən  qısamüddətli perspektivə diqqət yetirməyə çağırıb. O, öz çıxışında hökumətlərin və digər maraqlı tərəflərin diqqətinə  üç kritik və təxirəsalınmaz məsələni  çatdırıb.

 1. Vaxt: məktəblər nə zaman yenidən açıla bilər?

"Əsas prioritet məsələ insanların həyatını və rifahını qorumaqdır",- deyən S. Lyuis əlavə edib: "Valideynlər,  pedaqoqlar, məktəb icmaları məktəb sisteminin- şagirdlərin, müəllimlərin və digər təhsil işçilərinin fiziki, psixi sağlamlığını qoruya biləcəklərinə  əmin olmalıdırlar".  Onun sözlərinə görə,  məktəblərin açılmasının virusun yayılmasına təsiri, məktəblərdə lazımi gigiyena vasitələrinə malik olub-olmamaq,  siniflərdə şagird sayını  necə azaltmaq və məktəb icmasına hansı psixoloji dəstəyin  lazım olması kimi məsələlər  suallar yaradır.  Çünki hər bir ölkədə  vəziyyət fərqlidir və məktəblərin işinin bərpası ilə bağlı tədbirlər konkret kontekstdə olmalıdır.

S. Lyuis, həmçinin təhsil nailiyyətlərinin qorunması və hər kəs üçün təhsilin davamlılığının vacibliyini vurğulayıb: "Məktəblərin bağlanmasının nəticələri yəqin ki, qeyri-bərabər olacaq. Tədris proqramının yenilənməsi  və ya imtahanların yenidən təşkili ilə fərqləri aradan qaldırmaq lazımdır".  

2. Şərtlər: məktəblər yenidən açılana qədər hansı ilkin şərtlər yerinə yetirilməlidir?

Məktəblərin işinin bərpası üçün əsas meyarlar koronavirusa qarşı fiziki müdafiə tədbirləri olacaq.  Səlahiyyətli təşkilatlar xəstəliyin yayılmasından  ən az təsirə məruz qalan və ya ən uyğun gigiyena vasitələri olan məktəblərin açılmasından başlaya bilərlər. S. Lyuis deyib: "İkinci praktiki müayinə məktəb heyətinə, xüsusilə də müəllimlərə aiddir. Siniflərdə müəllim və şagirdlərin  sayı  çox ehtimal ki, dəyişə və tədris gününü yenidən təşkil etmək lazım ola bilər". O, məktəbdə  iki növbədə  təhsil almaq imkanlarının öyrənilməsini tövsiyə edib.
 
Üçüncü şərt yerli idarələrin və müəssisələrin lazımi dəyişikliklər etmək qabiliyyətidir. "Submilli təhsilin subyektləri, orta məktəb direktorları təhsili iki növbədə həyata keçirə bilərmi? Yoxsa, onlar bəzi şagirdlərin təhsilə geri qayıtmasını alqışlamaqla,  digərləri ilə distant  təhsil  təcrübəsini  davam  etdirə bilərlər? Biz işə qayıtmaq istəyən müəllimlərin və təhsildən ayrılmaq riski olan şagirdlərin sayına diqqət yetirməliyik"-deyə S.Lyuis bildirib.

3. Dövlətlər məktəblərin praktiki səviyyədə yenidən işləməsini necə təşkil edə bilərlər?

Dövlətlərin vəzifəsi  hansı strategiya və hərəkətlərin həyata keçirilməli olduğunu müəyyən etməkdir. Onun sözlərinə görə, bu məsələdə ortaya çıxan  ilk sual  budur: " Kimlər, ilk növbədə, məktəbə gedir?".

YUNESKO rəsmisi qeyd edir ki, bəzi ölkələr distant təhsilə çıxış imkanlarını əsas amil kimi nəzərdən keçirərək coğrafi yanaşma haqda qərar qəbul edə bilər:” Buna əsasən də,  ilk olaraq yoxsulluq səviyyəsi yüksək rayonlarda məktəblər açılır". Digər strategiyalar da var. Çində, məktəblərin açılışı şagirdlərin daha az sıx məskunlaşdığı ərazilərdə başladı. Digər ölkələrdə, Danimarka və Norveçdə isə əvvəlcə  azyaşlı şagirdlər məktəbə geri döndülər, çünki onlar yuxarı sinif şagirdlərindən fəqli olaraq məsafədən təhsil sahəsində elə də bacarıqlı deyillər.

S. Lyuis hesab edir ki, məktəblərin açılması məsələsində  məsləhətləşmək, əlaqələndirmək və ünsiyyət  problemin həllinə yanaşma açarıdır:”Bütün maraqlı tərəflər arasında etimadı möhkəmləndirmək çox vacibdir. Bu,  təhsildən ayrılma riskinə məruz qalan uşaqların məktəbə qaytarılması üzrə məktəb icması  və təhsil qurumları ilə  ünsiyyət vasitəsilə əldə edilə bilər".

Məruzəçi hesab edir ki, məktəblərin bağlanması,  böyük ehtimalla  təhsil sahəsindəki bərabərsizliyi daha da ağırlaşdıracaq. Bu,  davamlı inkişaf  məqsədləri sahəsində 4 hədəfə çatmaq üçün təhlükə yaradır və bütün ölkələr məktəb təhsilində  fasilələrin həssas uşaqlar üçün daimi olmamasını təmin etməlidirlər. Təhsilin yaxın gələcəyini planlaşdırmaq və ona hazırlaşmaq vaxtıdır.
Oruc MUSTAFAYEV




Загрузка...
Həmçinin oxuyun:
Məktəblərin yenidən açılmasının "Yol xəritəsi" hazırlanıb

Məktəblərin yenidən açılmasının "Yol xəritəsi" hazırlanıb

Pandemiyanın təhsilə təsiri

Pandemiyanın təhsilə təsiri

YUNESKO distant təhsil üzrə beynəlxalq koalisiya yaradır

YUNESKO distant təhsil üzrə beynəlxalq koalisiya yaradır

Məktəbləri yenidən necə aça bilərik?

Məktəbləri yenidən necə aça bilərik?

Finlandiya məktəbləri karantindən sonra

Finlandiya məktəbləri karantindən sonra

YUNESKO təhsil nazirləri üçün videokonfrans keçirdi

YUNESKO təhsil nazirləri üçün videokonfrans keçirdi

Dünya ölkələrində məktəblər yenidən necə açıldı?

Dünya ölkələrində məktəblər yenidən necə açıldı?

Cənubi Koreyada məktəblərin açılması təxirə salınıb

Cənubi Koreyada məktəblərin açılması təxirə salınıb

Cənubi Koreyada məktəblərin açılması ilə heç də hamı razı deyil.

Cənubi Koreyada məktəblərin açılması ilə heç də hamı razı deyil.

Koronavirus təhsilə təsir göstərir

Koronavirus təhsilə təsir göstərir

Məktəblərdə 10-11-ci siniflər ləğv olunacaqmı? - RƏSMİ AÇIQLAMA

Məktəblərdə 10-11-ci siniflər ləğv olunacaqmı? - RƏSMİ AÇIQLAMA

Bakıda əsaslı təmir olunan məktəblərin siyahısı açıqlanıb

Bakıda əsaslı təmir olunan məktəblərin siyahısı açıqlanıb

Nazirlik 11 illik məktəblərin ləğv olunması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib  Böyüt

Nazirlik 11 illik məktəblərin ləğv olunması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib Böyüt

Bağçalar məktəblərdən tez açıla bilər?..

Bağçalar məktəblərdən tez açıla bilər?..

OECD: Evdə öyrənmə təhsili əbədi dəyişə bilər

OECD: Evdə öyrənmə təhsili əbədi dəyişə bilər

“İkinövbəli təhsil sistemindən imtina etmək lazımdır” - Deputata dəstək

“İkinövbəli təhsil sistemindən imtina etmək lazımdır” - Deputata dəstək

YUNESKO təhsil məqsədlərinə yenidən baxmalı olacaq

YUNESKO təhsil məqsədlərinə yenidən baxmalı olacaq

Təhsilin gələcəyini nələr müəyyən edəcək?

Təhsilin gələcəyini nələr müəyyən edəcək?

Təhsil Nazirliyi orta məktəblərdə psixoloji işin təşkili sahəsindəki problemləri açıqlayıb

Təhsil Nazirliyi orta məktəblərdə psixoloji işin təşkili sahəsindəki problemləri açıqlayıb

Qəzalı məktəblərin problemi gələn ilə kimi həll ediləcək - İlham Əliyev

Qəzalı məktəblərin problemi gələn ilə kimi həll ediləcək - İlham Əliyev

Modul tipli məktəbləri ənənəvi məktəblərdən nə fərqləndirir?

Modul tipli məktəbləri ənənəvi məktəblərdən nə fərqləndirir?

Gözətçi ümidinə qalan mühafizəsiz məktəblər: TƏHLÜKƏ VARMI?

Gözətçi ümidinə qalan mühafizəsiz məktəblər: TƏHLÜKƏ VARMI?

Məktəb direktorları üzərlərinə düşən məsuliyyəti düzgün dəyərləndirməlidirlər

Məktəb direktorları üzərlərinə düşən məsuliyyəti düzgün dəyərləndirməlidirlər

Distant  təhsilə  doğru ilk  kövrək  addımlar.

Distant təhsilə doğru ilk kövrək addımlar.