Xəbərlər
09 may 2020
1 774


Pandemiyanın təhsilə təsiri

Pandemiyanın təhsilə təsiri

 

Dünya Bankı: "Vəziyyət xüsusi tədbirlərin görülməsini tələb edir"

COVID-19 pandemiyası və onun yaratdığı fəlakətlər nəticəsində bütün dünyada məktəblərin bağlanması müxtəlif ölkələrdə milli təhsil sistemlərinə ciddi təsir göstərib. Dünya Bankı tərəfindən aparılan  tədqiqatın müəllifləri hesab edirlər ki, vəziyyət xüsusi tədbirlərin görülməsini tələb edir.

Ekspertlərin fikrincə, pandemiya beynəlxalq təhsildə artıq mövcud olan problemləri daha da dərinləşdirib. Pandemiyadan əvvəl 258 milyon məktəbyaşlı uşaq məktəbə getməyib; bir çox məktəbli yetərli şəkildə  və keyfiyyətli təhsil ala bilməyib. Aşağı və orta gəlirli ölkələrdə  on yaşlı uşaqların yarıdan çoxu yaşa uyğun sadə hekayələri oxuya və anlaya bilmirdi.

Pandemiya dünya təhsilinə təhdid kimi

Ekspertlərin rəyinə əsasən, yoxsul ailələrdən olan uşaqlar məktəb təhsilinə daha az giriş imkanlarına malikdir. Onlar təhsildən ən çox uzaqlaşma göstəricilərinə və təlimdə ən böyük boşluqlara malikdirlər. Davamlı inkişaf sahəsində qəbul edilmiş və bütün ölkələr tərəfindən uşaqların "pulsuz, ədalətli, keyfiyyətli ibtidai və orta təhsil" almasının təmin edilməsi öhdəliyinə nail olunmayıb.

 Pandemiyanın  təsiri

Dünya Bankının ekspertləri müəyyən ediblər ki, koronavirus iki əsas amil vasitəsilə bütün dünyada təhsil sahəsindəki irəliləyişi təhdid edir. Birincisi, demək olar ki, bütün səviyyələrdə məktəblərin tam bağlanmasıdır. İkincisi, bu, pandemiyaya qarşı mübarizə tədbirlərindən irəli gələn iqtisadi tənəzzüldür.

"Pandemiya dünyanın demək olar, hər yerində məktəbləri bağlayaraq təhsilə dərin təsir göstərib ki, bu da bütün təhsil sistemləri üçün ən böyük sarsıntıya çevrilib. Koronavirusun vurduğu zərər daha da ciddi olacaq, çünki səhiyyə sahəsindəki fövqəladə vəziyyət dərin qlobal tənəzzülə çevriləcək", -deyə məruzədə bildirilir. Qeyd olunur ki, bu hadisələrin təsirlərinin qarşısını almaq üçün ciddi səylər olmasa, məktəblərin bağlanması şagirdlərin təlimində itkilərə, məktəbdən uzaqlaşmaya və bərabərsizliyin artmasına gətirib çıxaracaq. İqtisadi şok təhsilə olan tələb və təklifi azaltmaqla zərəri daha da dərinləşdirəcək.

Nəticələri necə aradan qaldırmaq olar?

Tədqiqat müəlliflərinin fikrincə, ölkələr tez bir zamanda davamlı öyrənmənin  dəstəklənməsinə keçsələr, zərərin azaldılmasını, hətta tədrisin bərpasını yeni imkanlara çevirə bilərlər. Ekspertlər bu məqsədə nail olmaq üçün tədbirlər təklif edir, onları üç kəsişən mərhələyə bölürlər:
- "aradan qaldırılma siyasəti",
- "davamlı idarəetmə",
  "təkmilləşdirilmə və sürətləndirmə".

Birinci mərhələdə dövlətlərə təhsilalanların sağlamlıq və təhlükəsizliyinin qorunması şərti ilə məktəblərin fəaliyyətinin bərpası ilə uğurla məşğul olmağı, məsafədən təhsil vasitəsilə tələbələrin öyrənmə itkilərinin qarşısını almaq üçün mümkün olan hər şeyi etməyi məsləhət görürlər. "Eyni zamanda, ölkələr məktəblərin yenidən açılmasının planlaşdırılmasına başlamalıdırlar. Bu, məktəbdən uzaqlaşmanın qarşısının alınması, sağlam məktəb şəraitinin təmin edilməsi və tələbələrin məktəbə qayıtmasından sonra əsas sahələrdə tədrisin sürətlə bərpasına kömək edən yeni metodlardan istifadə deməkdir",-deyə araşdırmada bildirilir.

Müəlliflər təhsil sistemlərinin bərpasına  diqqət yönəltməyi tövsiyə edirlər, lakin keçmişin təkrarlanmasına deyil, yeni imkanlara fokuslanmağın vacibliyini irəli sürürlər. Çünki COVID-19-un yayılmasına qədər bir çox ölkələrin məktəb sistemlərində vəziyyət çox aşağı səviyyədə tədrislə, yüksək səviyyədə isə bərabərsizlik və yavaş tərəqqi ilə səciyyələnirdi.

Beynəlxalq tədqiqatın müəllifləri hesab edirlər ki, bu gün ölkələrin " yenidən daha yaxşı qurulmaq" imkanı yaranıb: onlar böhrandan sonra ən effektiv bərpa strategiyalarından qiymətləndirmə, texnologiya və təhsilin maliyyələşdirilməsi, pedaqogika və valideynlərin təhsil prosesində iştirakı kimi sahələrdə uzunmüddətli təkmilləşdirmələrdə əsas kimi istifadə edə bilərlər.


Oruc MUSTAFAYEV
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Məktəblərin yenidən açılmasının "Yol xəritəsi" hazırlanıb

Məktəblərin yenidən açılmasının "Yol xəritəsi" hazırlanıb

YUNESKO təhsil nazirləri üçün videokonfrans keçirdi

YUNESKO təhsil nazirləri üçün videokonfrans keçirdi

Koronavirus təhsilə təsir göstərir

Koronavirus təhsilə təsir göstərir

OECD: Evdə öyrənmə təhsili əbədi dəyişə bilər

OECD: Evdə öyrənmə təhsili əbədi dəyişə bilər

Pandemiya dövründə uşaqların uğurlu olması

Pandemiya dövründə uşaqların uğurlu olması

YUNESKO distant təhsil üzrə beynəlxalq koalisiya yaradır

YUNESKO distant təhsil üzrə beynəlxalq koalisiya yaradır

Yuxusuzluq təhsillə bağlı bütün mərhələlərdə yaddaş və təhsil üçün ciddi problemdir

Yuxusuzluq təhsillə bağlı bütün mərhələlərdə yaddaş və təhsil üçün ciddi problemdir

Ümumi gələcək naminə təhsili qorumaq

Ümumi gələcək naminə təhsili qorumaq

Dünyada müəllimin rolu dəyişməlidir

Dünyada müəllimin rolu dəyişməlidir

YUNESKO təhsil məqsədlərinə yenidən baxmalı olacaq

YUNESKO təhsil məqsədlərinə yenidən baxmalı olacaq

Dövlət Proqramı məzunları pandemiya ilə mübarizənin ön cəbhəsində

Dövlət Proqramı məzunları pandemiya ilə mübarizənin ön cəbhəsində

Məktəbləri yenidən necə aça bilərik?

Məktəbləri yenidən necə aça bilərik?

Nadir İsrafilov: “Bu Azərbaycan nümunəsinin, modelinin xarici ölkələrdə də tətbiq edilməsi çox müsbət haldır”

Nadir İsrafilov: “Bu Azərbaycan nümunəsinin, modelinin xarici ölkələrdə də tətbiq edilməsi çox müsbət haldır”

YUNİSEF-dən dünya ölkələrinə çağırış

YUNİSEF-dən dünya ölkələrinə çağırış

“Virtual məktəb” layihəsinin ən əsas faydaları nələrdir?

“Virtual məktəb” layihəsinin ən əsas faydaları nələrdir?

Təhsildə trendlər: ötən həftə ərzində nələr baş verdi?

Təhsildə trendlər: ötən həftə ərzində nələr baş verdi?

Coğrafiya İnstitutu: – İsti ölkələrdə düyü ilə qidalanma koronavirusun az yayılmasına təsir göstərib

Coğrafiya İnstitutu: – İsti ölkələrdə düyü ilə qidalanma koronavirusun az yayılmasına təsir göstərib

Vəziyyət ciddi nəzarətdədir, əlavə gərginliyə və təşvişə ciddi əsas görmürəm-Nadir İsrafilov

Vəziyyət ciddi nəzarətdədir, əlavə gərginliyə və təşvişə ciddi əsas görmürəm-Nadir İsrafilov

Nə üçün indiki vəziyyətdə məktəbləri açmaq təhlükəlidir?

Nə üçün indiki vəziyyətdə məktəbləri açmaq təhlükəlidir?

Dünya ölkələrində məktəblər yenidən necə açıldı?

Dünya ölkələrində məktəblər yenidən necə açıldı?

Nobel laureatından çağırış

Nobel laureatından çağırış

Dünya təhsil sistemlərinə təlimat

Dünya təhsil sistemlərinə təlimat

Elnur Məmmədov: “Mədəniyyət” kanalı BBC kanalı ilə teledərslərin qısa müddətdə təşkil edilməsi sahəsində öz təcrübəsini bölüşə bilər

Elnur Məmmədov: “Mədəniyyət” kanalı BBC kanalı ilə teledərslərin qısa müddətdə təşkil edilməsi sahəsində öz təcrübəsini bölüşə bilər

ABŞ-ın təhsil sistemi pandemiyadan ciddi itkilər verir

ABŞ-ın təhsil sistemi pandemiyadan ciddi itkilər verir