AzTehsil.com


Xəbərlər
02 may 2020
1 301


Nobel laureatından çağırış



 

Pol Romer COVID -19 üçün 1 milyard funt-sterlinq həcmində mükafat ayrılmasını təklif edir

Nobel mükafatı laureatı, Nyu-York Universitetinin iqtisadiyyat professoru  Pol Romer hesab edir ki, pandemiya ilə mübarizə çərçivəsində yeni kütləvi test üsullarının işlənib hazırlanması üçün maliyyə stimulları hazırlanmalıdır. Onun fikrincə,  bu, tədqiqatların mərkəzləşdirilmiş koordinasiyasından daha səmərəli olardı.  

Pol Romerin sözlərinə görə, universitetlər koronavirus tədqiqatları sahəsində əməkdaşlığa  təşviq edilməlidir. Bu məqsədlə alim gün ərzində 10 milyon test yaradan və tətbiq etməyə imkan verən tədqiqatlar üçün 1 milyard funt-sterlinq həcmində (1,25 milyard ABŞ dolları) mükafatın təsis olunmasını təklif edib.

2018-ci ildə digər iqtisadçı alim  Uilyam Nordxausla birlikdə iqtisadiyyat sahəsində Nobel mükafatına layiq görülən P.Romer "Times Higher Education"-a bildirib ki, ABŞ-da və bir çox digər ölkələrdə testin olmaması qismən test  aparmaq və ya daha effektiv müayinə üsullarına sərmayə qoymaq üçün kifayət qədər maliyyə stimullarının çatışmazlığı ilə izah olunur.

Dünya Bankının keçmiş baş iqtisadçısı, bazar şərtlərinin yeni innovasiyalara təsiri üzrə tədqiqatları ilə tanınan professor P.Romer hesab edir ki,  1 milyard funt-sterlinq həcmində mükafat  universitetləri test bazarının bu uğursuzluğunun öhdəsindən necə gələ biləcəyinə bir daha baxmağa sövq edəcək.

"Biz İkinci Dünya müharibəsi zamanı universitet laboratoriyalarında zəncirvari reaksiya yaradan alimlərdən atom bombasının hazırlanması  xahiş edildikdə, belə bir ssenari ilə üzləşdik", - deyə professor Romer Manhetten layihəsinə istinad edib.  "İndi biz universitet laboratoriyalarında aparılan işləri gücləndirməli və onu gün ərzində milyonlarla test istehsal edə biləcək istehsal sisteminə çevirməliyik", - deyə o bildirib.

Alimin ehtimalına görə,  bu, sənaye ilə əməkdaşlıq şəraitində olacaq, lakin  koronavirus üzərində kütləvi test aparmağa imkan verəcək yeni testlərin hazırlanması üçün universitetlər əsas əhəmiyyət kəsb edəcək.   "Hesab edirəm ki, tamamilə fərqli bir test növü lazımdır, amma əgər tüpürcək testini kimin edə biləcəyini düşünsəniz, bunun məhz universitetlər olduğunu görərsiniz. Universitetlər sənayedə  müəyyən növ ehtiyatların bitdiyi zaman yeni reaktivlərin yaradılması kimi yeniliklər etmək qabiliyyətinə malikdirlər", - deyə o əlavə edib. Professor Romer hesab edir ki, universitetə və ya kütləvi test yaratmış tədqiqat qrupuna 1 milyard funt-sterlinq məbləğində mükafat təklif etmək beynəlxalq səviyyədə tədqiqatları əlaqələndirmək cəhdindən daha səmərəli olacaq.

"Mən narahatlıq hissi ilə problemlərin həlli üçün işə başlayan bir çox tədqiqatçıların çoxsaylı cəhdlərinin şahidi oldum. Onlar bu sualı verirdilər: "Nəyə nail olmağa çalışırıq?".  Lakin insanları problemin həllinə maliyyə cəhətdən həvəsləndirmək daha səmərəlidir", - deyən professor düşünür ki,  bu mükafat əczaçılıq firmalarının, logistika üzrə ekspertlərin və özəl sektorun digər oyunçularının kütləvi sınağın keçirilməsində zəruri iştirakına gətirib çıxara bilər.
Nobel laureatı xatırladır ki, "Netflix" şirkəti  müəyyən bir hesablama problemini həll etmək üçün 1 milyon dollar mükafat təqdim edərkən, bu, müxtəlif insanların və qrupların əlbir işləməsinə gətirib çıxardı.

Romerin sözlərinə görə, 1 milyard dollarlıq mükafat, hazırda davam edən pandemiyanın yaratdığı misli görünməmiş maliyyə zərəri  nəzərə alınsa, sözsüz ki,  əhəmiyyətsiz rəqəmdir:”ABŞ hökuməti bu böhrana trilyon dollar xərcləyir,  1 milyard dollar və ya 1 milyard funt-sterlinq, bu kontekstdə kifayət qədər kiçik məbləğdir".

www.timeshighereducation.com/news/nobelist-calls-ps1-billion-covid-19-research-prize

Oruc MUSTAFAYEV



Загрузка...
Həmçinin oxuyun:
"Facebook"u geridə qoydu - 523 milyard dollar

"Facebook"u geridə qoydu - 523 milyard dollar

“Microsoft”un bazar dəyəri 600 milyard dolları ötdü

“Microsoft”un bazar dəyəri 600 milyard dolları ötdü

“Google” “ağıllı” rayon yaradır - 1 MİLYARD DOLLARA

“Google” “ağıllı” rayon yaradır - 1 MİLYARD DOLLARA

Dünya üzrə ən çox maaş alan müəllimlər bu ölkədə çalışır – ARAŞDIRMA

Dünya üzrə ən çox maaş alan müəllimlər bu ölkədə çalışır – ARAŞDIRMA

Nobel mükafatı qadın alimlərdən niyə üz döndərib?

Nobel mükafatı qadın alimlərdən niyə üz döndərib?

Təhsilə büdcədən 2.5 milyard pul ayrılacaq- ARTIM GÖZLƏNİR

Təhsilə büdcədən 2.5 milyard pul ayrılacaq- ARTIM GÖZLƏNİR

"Simsiz şəbəkələrin yayılma dinamikası sahəsində biz aparıcı dövlətlərin səviyyəsindəyik” İT sahəsinə böyük yatırım

"Simsiz şəbəkələrin yayılma dinamikası sahəsində biz aparıcı dövlətlərin səviyyəsindəyik” İT sahəsinə böyük yatırım

“Facebook” siyasi reklam qaydalarını dəyişəcək

“Facebook” siyasi reklam qaydalarını dəyişəcək

ABŞ-ın təhsil sistemi pandemiyadan ciddi itkilər verir

ABŞ-ın təhsil sistemi pandemiyadan ciddi itkilər verir

Dünyanın ali təhsil almayan, orta məktəbdən qovulan ən zəngin adamları

Dünyanın ali təhsil almayan, orta məktəbdən qovulan ən zəngin adamları

Aziz Sancar-“Bir daha dünyaya gəlsəm, müəllimlik peşəsini seçərdim”

Aziz Sancar-“Bir daha dünyaya gəlsəm, müəllimlik peşəsini seçərdim”

Koronavirusla bağlı ŞAD XƏBƏR AÇIQLANDI - Sabahdan etibarən....

Koronavirusla bağlı ŞAD XƏBƏR AÇIQLANDI - Sabahdan etibarən....

Ekspertdən problemli kreditlərin həlli üçün TƏKLİF

Ekspertdən problemli kreditlərin həlli üçün TƏKLİF

Aziz Sancar İqtisad Universitetində azərbaycanlıları nəyə çağırdı? - İBRƏT DƏRSİ...

Aziz Sancar İqtisad Universitetində azərbaycanlıları nəyə çağırdı? - İBRƏT DƏRSİ...

Azərbaycanlı doktorant ABŞ Milli Elm Fondunun mükafatına layiq görülüb

Azərbaycanlı doktorant ABŞ Milli Elm Fondunun mükafatına layiq görülüb

Təhsilini yarıda ataraq milyarder olan iş adamları - SİYAHI

Təhsilini yarıda ataraq milyarder olan iş adamları - SİYAHI

“Nobel” mükafatını alan ilk qadın, o həm də...

“Nobel” mükafatını alan ilk qadın, o həm də...

Ən çox maaşı hansı peşənin sahibləri alır?  -SİYAHI

Ən çox maaşı hansı peşənin sahibləri alır? -SİYAHI

Müsabiqənin qalibləri açıqlandı – İlk yer 5 min dollar…

Müsabiqənin qalibləri açıqlandı – İlk yer 5 min dollar…

2019-cu ilin büdcəsində təhsil xərcləri məlum oldu - 2 milyard 274 milyon manat

2019-cu ilin büdcəsində təhsil xərcləri məlum oldu - 2 milyard 274 milyon manat

AMEA-nın direktorlarından deputatlara sərt CAVAB: “Onlar məsuliyyətsiz danışırlar”

AMEA-nın direktorlarından deputatlara sərt CAVAB: “Onlar məsuliyyətsiz danışırlar”

Təhsildə trendlər: ötən həftə ərzində nələr baş verdi?

Təhsildə trendlər: ötən həftə ərzində nələr baş verdi?

Elnur Məmmədov: “Mədəniyyət” kanalı BBC kanalı ilə teledərslərin qısa müddətdə təşkil edilməsi sahəsində öz təcrübəsini bölüşə bilər

Elnur Məmmədov: “Mədəniyyət” kanalı BBC kanalı ilə teledərslərin qısa müddətdə təşkil edilməsi sahəsində öz təcrübəsini bölüşə bilər

Məktəblilər üçün 20 000 dollarlıq mükafat şansı

Məktəblilər üçün 20 000 dollarlıq mükafat şansı