“Nobel” mükafatını alan ilk qadın, o həm də...
Mariya Skladovska 1867-ci ildə Polşada dünyaya gəlmişdir, o, radioaktivlik sahəsində fəaliyyətinə görə məşhurdur.
Məlumata görə, Mariya Küri iki dəfə Nobel mükafatına layiq görülmüşdür. 1903-cü ildə Henri Bekkerel və həyat yoldaşı Pyer Küri ilə bərabər fizika üzrə Nobel Mükafatı qazanmış və daha sonra 1911-ci ildə kimya üzrə Nobel mükafatının tək laureatı olmuşdur. Radium elementini kəşf etmişdir. Mariya Küri yeganə alimdir ki, Nobel mükafatına iki ayrı-ayrı sahədə almağa nail olmuşdur.
Həmçinin Nobel mükafatına ilk dəfə iki dəfə layiq görülmüş yeganə qadındır. Elementlərin öz-özünə şualanmasına radioaktivlik adını məhz Mariya və Pyer Küri vermişdir. Həyat yoldaşı Pyer Küri ilə birlikdə polonium və radium elementini kəşf etmişdir.