AzTehsil.com


Xəbərlər / Yazarlar
16 oktyabr 2017
3 321


Şərəfli adlar sahibi



Tədqiqatçı, alim, əməkdar müəllim, şair, Prezident təqaüdçüsü və el ağsaqqalı Mirhaşım Talışlını qiyabi olaraq 30 il bundan əvvəl, hələ orta məktəbdə oxuyarkən tanıyırdım. Həmin vaxt tez-tez yerli "Leninçi” (indiki "Lənkəran”) qəzetinin səhifələrində dərc olunan yazılarını böyük həvəslə oxuyurdum. Mirhaşım müəllim maraqlı yazıları ilə yanaşı eyni zamanda Sovet dönəmi üçün nadir olan Talışlı soyadı ilə də diqqətimi cəlb etmişdir. 

 

O, Talış xanlarının nəsil davamçısı kimi Talış (lı) etnonimini soyadında gəzdirir. Bölgəmiz o cümlədən, Lənkəranla bağlı tədqiqatların nəticəsi olaraq  Mirhaşım müəllim kimya elmləri üzrə fəlsəfə dokoru, mərhum Böyükağa Hüseynbalaoğlu (Həsənov) ilə birlikdə 1990-cı ildə 512 səhifəlik "Lənkəran” kitabını yazıb biz lənkəranlılara hədiyyə etmişdir. Lənkəranlıların masaüstü kitabı hesab olunan  "Lənkəran” kitabı şəxsi kitabxanamın ən qiymətli nümunələrindən hesab olunur.


Tanınmış yazıçı-jurnalist Hacı Etibar Əhədovun vasitəçiliyi ilə 2007-ci ildə Mirhaşım müəllimlə şəxsən tanış oldum. Həmin vaxta qədər bölgəmizin tarixi keçmişi, etnoqrafiyası və toponimləri ilə bağlı dövrü mətbuatda tədqiqat xarakterli bir çox məqalələrim dərc olunmuş və eyni zamanda mətbuatdakı çıxışlarıma görə mən artıq Azərbaycan Jurnalistlər Birliyinə üzv qəbul olunmuşdum. Kitabxananı xatırladan evində Hacı Etibar Əhədov məni Mirhaşım müəllimlə tanış etdikdən sonra o, sanki uzun illərin tanışı kimi mənimlə görüşüb , işlərimlə maraqlandı. Sözarası yazılarıma böyük diqqət verdiyini və məni mətbuat vasitəsilə qiyabi tanıdığını bildirdi.

 

Bu şəxsi tanışlığımız sonradan dostluğa çevrildi. Dəfələrlə evində olmuş, rayonda keçirilən ictimai, siyasi və mədəni tədbirlərdə çox hallarda bir yerdə iştirak etmiş və eyni zamanda 2009-cu ildə işıq üzü görmüş "Havzava” (həmmüəllif H.E.Əhədov) və "Havzava məktəbi” kitablarımın elmi məsləhətçisi olmuşdur. 2012-ci ildə çap olunmuş "Lənkəran toponimləri” kitabı üzərində işləyərkən ədəbiyyat kimi ən çox istinad etdiyim kitablardan biri də məhz Mirhaşım müəllimin həmmüəllifi olduğu "Lənkəran” kitabı idi.


Tanınmış filoloq-alim, pedaqoq, vətənpərvər insan, el ağsaqqalı Mirhaşım Talışlı 1926-cı ildə, gözəl və tarixi bir gündə , martın 21-də Novruz bayramında Lənkəran şəhərində anadan olmuşdur. 90 yaşı olmasına baxmayaraq o, bu gündə gənclik eşqi ilə yazıb-yaradır.

 

O, Lənkəran və lənkəranlılarla bağlı çoxlu sayda kitabların müəllifi, tərəddüd etmədən "lənkəranşünas” adlandırdığım, tədqiqatçı, yazıçı-jurnalist Hacı Etibar Əhədovla birlikdə Lənkəran Ensiklopediyasını işləyib hazırlamaq üçün axtarışlara başlamış və onların çoxillik gərgin əməyinin nəticəsi olaraq 2014-cü ildə 500 səhifəlik "Lənkəran:ensiklopedik məlumat” kitabı işıq üzü görmüşdür. Böyük fəxarət hissi ilə qeyd etmək istəyirəm ki, kitabla əlaqədar faktların toplanmasında bir müəllim və tədqiqatçı kimi onlara yaxından kömək etmişəm.


Bu gün şəxsi kitabxanamda Mirhaşım Talışlının müəllifi olduğu "125 yaşlı məktəb” (1983), "Lənkəran” (1990), "Dedim ki, sözüm qala” (1996) , "Xatirəmdə yaşayanlar” (2010) və "Lənkəran:ensiklopedik məlumat”kitabları da vardır ki, onların da ikisini "Dedim ki, sözüm qala” və "Xatirəmdə yaşayanlar” kitablarını avtoqraf yazıb mənə bağışlamışdır.


Ömrünün ahıl çağını yaşayan Mirhaşım müəllim adında seyid, müəllim, alim, şair və el ağsaqqalı kimi şərəfli adları daşıyır. O, xoşbəxt insandır ki, hələ sağlığında Lənkəran şəhərində abidəsi ucaldılmış və şəxsi kitabxanası üçün bina tikilmişdir.


Məhəmməd peyğəmbər (s) buyurmuşdur: "Ən yaxşı adam xalqa xeyir verən adamdır.” Bəli, Mirhaşım Talışlı məhz öz qələmi ilə xalqa xeyir verən belə insanlardan biridir.

 

İldırım ŞÜKÜRZADƏ, tədqiqatçı-tarixçi




Загрузка...
Həmçinin oxuyun:
Vətənə sədaqətli insan  Mirhaşım Talışlı - 90

Vətənə sədaqətli insan Mirhaşım Talışlı - 90

Lənkəran şəhər S.Kazımbəyov adına 6 saylı tam orta məktəb - liseydə ƏLİFBA BAYRAMI keçirilib

Lənkəran şəhər S.Kazımbəyov adına 6 saylı tam orta məktəb - liseydə ƏLİFBA BAYRAMI keçirilib

Müstəqilliyimizin bərpasının 25-ci il dönümünə həsr olunmuş silsilə bayram tədbirləri Lənkəran məktəblərində davam etdirilir.

Müstəqilliyimizin bərpasının 25-ci il dönümünə həsr olunmuş silsilə bayram tədbirləri Lənkəran məktəblərində davam etdirilir.

25 yaşlı qız yoxa çıxdı - Müəllim olmaq üçün Bakıya gəlibmiş

25 yaşlı qız yoxa çıxdı - Müəllim olmaq üçün Bakıya gəlibmiş

Meksika səfiri Lənkəran Dövlət Universitetində olub

Meksika səfiri Lənkəran Dövlət Universitetində olub

Ağstafa məktəbliləri "Ölkəmizi tanıyaq" lahiyəsi üzrə “Ağstafa – Lənkəran – Lerik- Masallı- Astara- Ağstafa” marşrutu üzrə ekskursiyaya yola düşüblər

Ağstafa məktəbliləri "Ölkəmizi tanıyaq" lahiyəsi üzrə “Ağstafa – Lənkəran – Lerik- Masallı- Astara- Ağstafa” marşrutu üzrə ekskursiyaya yola düşüblər

Lənkəran və Masallıda tədbir keçirilib

Lənkəran və Masallıda tədbir keçirilib

Tanınmış yazıçı Varis Yolçiyev Qərb Universitetin filoloq tələbələrinə seminar keçib

Tanınmış yazıçı Varis Yolçiyev Qərb Universitetin filoloq tələbələrinə seminar keçib

Lənkəran Dövlət Universitetində  professor-müəllim heyəti üçün hazırlanmış xidməti mənzillərin açarları bu  gün təntənəli şəkildə sahiblərinə təqdim olunub.

Lənkəran Dövlət Universitetində professor-müəllim heyəti üçün hazırlanmış xidməti mənzillərin açarları bu gün təntənəli şəkildə sahiblərinə təqdim olunub.

Lənkəran təhsil şöbəsinin müdiri işdən çıxarılıb

Lənkəran təhsil şöbəsinin müdiri işdən çıxarılıb

LDU-da “İnsan və ətraf mühit münasibətləri” mövzusunda respublika elmi konfransı keçirilib

LDU-da “İnsan və ətraf mühit münasibətləri” mövzusunda respublika elmi konfransı keçirilib

Mikayıl Cabbarov Lənkəranda vətəndaşları qəbul edib

Mikayıl Cabbarov Lənkəranda vətəndaşları qəbul edib

Bu gün 9-cu sinif şagirdləri üçün imtahanlar keçirilir

Bu gün 9-cu sinif şagirdləri üçün imtahanlar keçirilir

Azərbaycanda məktəblilərin olduğu maşın kanala düşdü- Yaralılar var

Azərbaycanda məktəblilərin olduğu maşın kanala düşdü- Yaralılar var

İmtahandan kəsilənlər bu gün yenidən imtahan verir

İmtahandan kəsilənlər bu gün yenidən imtahan verir

ŞOK: IX-XI sinif şagirdləri arasında yazıb-oxuya bilməyənlər var - təhsilin qara ləkəsi

ŞOK: IX-XI sinif şagirdləri arasında yazıb-oxuya bilməyənlər var - təhsilin qara ləkəsi

"Vaxtilə bunu etsəydilər, məktəblərdə saxta diplomlu müəllimlər olmazdı"

"Vaxtilə bunu etsəydilər, məktəblərdə saxta diplomlu müəllimlər olmazdı"

Təhsil naziri Yardımlı şəhərində vətəndaşları qəbul edəcək

Təhsil naziri Yardımlı şəhərində vətəndaşları qəbul edəcək

"Biliksiz müəllim susuz bulağa, işıqsız lampaya bənzəyir" - Y.A.Komenski

"Biliksiz müəllim susuz bulağa, işıqsız lampaya bənzəyir" - Y.A.Komenski

Prezidentin fəxri ad verdiyi müəllim işdən çıxarıldı - FOTOLAR

Prezidentin fəxri ad verdiyi müəllim işdən çıxarıldı - FOTOLAR

ADU-nun prorektoru Dünyamin Yunusov vəfat etdi

ADU-nun prorektoru Dünyamin Yunusov vəfat etdi

Şərəfli və məsuliyyətli peşə sahibi- ELŞAD ŞİVƏXANOV

Şərəfli və məsuliyyətli peşə sahibi- ELŞAD ŞİVƏXANOV

Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun direktoru vəfat edib

Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun direktoru vəfat edib

İnternat uşaqları Beynəlxalq Uşaq Kitabı Günündə

İnternat uşaqları Beynəlxalq Uşaq Kitabı Günündə