Lənkəran təhsil şöbəsinin müdiri işdən çıxarılıb
Lənkəran rayon təhsil şöbəsinin müdiri Şəhanə Əhmədova işdən azad olunub.
Aztəhsil.com bu barədə "Qafqazinfo”ya məlumatı hazırda həmin vəzifəni müvəqqəti icra edən Təhsil şöbəsinin müavini Güloğlan Bağırov verib.
O bildirib ki, eks-rəhbər oktyabrın 9-da ərizəsi ilə işdən ayrılıb.
Hələ ki, rəhbər vəzifəsinə rəsmi təyinat olunmayıb.