Albert Eynşteyn dərslərindən “2” alırdı? – ATTESTAT FOTOSU
Gördüyünüz kimi, 17 yaşlı Eynşteynin cəbr, həndəsə, fizika, tarix fənləri üzrə bilikləri altı ballıq sistemlə ən yüksək qiymətə layiq görülüb. Gələcək dahinin cəmir bir "3”ü olub: fransız dilindən.
Bəs elə isə Eynşteynin "pis şagird” olmadı haqqında əfsanə necə yaranıb?
Gənc Albert 1895-ci ilə qədər Münxenin Luitpold gimnaziyasında təhsil alıb. Qiymətlər yüksək, müəllimlərlə münasibəti isə həmişə gərgin olub. Azad düşüncəli şagirdin avtoritar müəllimlərdən, hərbi qaydaları xatırladan davranış qaydalarından zəhləsi gedirdi. Bir dəfə hətta müəllimi Eynşteynin üzünə deyib ki, "Sən bu gimnaziyadan çıxıb gedəndə bilirsən necə yaxşı olacaq! Sənin burda olmağın..bütün məktəbin nüfuzuna xələl gətirir.”
Beləliklə, Eynşteyn pis oxuyan yox, müəllimlərinin nəzərində "pis”, daim itaətsizlik göstərən şagird olub.
Əlavə olaraq onu da qeyd edək ki, Albert Eynşetyn çoxluğun bildiyi kimi Nisbilik nəzəriyyəsinə görə deyil, Fotoeffektlə bağlı işlərinə görə Nobel Mükafatına layiq görülüb.