AzTehsil.com


Xəbərlər / Ziyalılar
13 iyul 2017
3 149


BANM-in 22 yaşlı məzunu ABŞ universitetinin doktorantı olub



 

Bakı Ali Neft Məktəbinin (BANM) "Neft-qaz mühəndisliyi” ixtisası üzrə məzunu Qurban Orucov ABŞ-nın ən qabaqcıl ali məktəblərindən biri olan Colorado School of Mines-in ən gənc doktorantı olub. O, magistr səviyyəsini keçərək birbaşa Ph.D (doktorantura) pilləsinə təqaüd qazanıb.
 
- Qazandığınız uğura görə sizi təbrik edirik. Buna necə nail oldunuz?
- Bunun üçün tək universitet proqramını oxumaq bəs eləmir. Nüfuzlu  universitetdə magistratura, doktorantura və təqaüd əldə etmək üçün öz üzərində çalışmaq və bilikləri səmərəli şəkildə tətbiq etməyi bacarmaq lazımdır. Qarşıya məqsəd qoyub və onları reallışdırmaq üçün düzgün yolları təyin etməyi bacarmaq lazımdır. Mən əminəm ki, gərgin işimlə belə bir uğura nail olmuşam. Mən öz üzərimdə işləməkdən yorulmadan, çox oxumaqla, BANM-də məşğələlərdə mütəmadi iştirak etməklə, təcrübə dərslərinə qoşulmaqla və hər gün yeni nəsə öyrənməklə buna nail oldum. İnadkarlıq və hər şeyi bilmək marağı - mənim uğurumun şəxsi formuludur.
 
- Özünüz haqqında danışın.
- Mən 21 fevral 1995-ci ildə Qax rayonunda anadan olmuşam. Səkkiz il Qax rayonunda oxuduqdan sonra orta təhsilimi Bakıda yerləşən Zərifə Əliyeva adına liseydə davam etdirmişəm. Liseyi bitirdikdən sonra 2012-ci ildə TQDK-nın ali məktəblərə qəbul imtahanında 675 bal toplayaraq BANM-in "Neft-qaz mühəndisliyi” ixtisasına daxil oldum və Prezident təqaüdünə layiq görüldüm. BANM-də təhsil aldığım dövrdə Ali Məktəb tərəfindən təşkil olunan bir sıra istehsalat təcrübələrində iştirak etmişəm. Bura Halliburton, SOCAR NQÇİ-nin "Neft Daşları”, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu daxildir.
 
- Bakı Ali Neft Məktəbinə daxil olduqdan sonra qarşınıza qoyduğunuz məqsədləri həyata keçirə bilmisiniz? BANM-də aldığınız təhsil sizin Colorado School of Mines universitetinə qəbul olunmağınızda nə kimi rolu olub?
- Şansım üzümə güldü ki, məktəbi bitirdiyi il  Bakı Ali Neft Məktəbi yaradılıb və mən Ali Məktəbin ilk tələbələrindən oldum. Oxuduğum illərdə həmişə özümü hər cəhətdən inkişaf etdirməyə çalışmışam və əlbəttə ki, BANM-in mənə böyük köməyi olub. Ali Məktəb mənə öz sahəmə görə dərin biliklər əldə etməyə şərait yaradıb və düşünürəm ki, bu mənə çox kömək olub və indi də, sonra da kömək edəcək. Buna görə də mən BANM-in rektoruna Elmar Qasımova, professorlarıma və müəllimlərimə öz təşəkkürümü bildirirəm.
 
- Niyə məhz Colorado School of Mines qərarlaşdınız? Bu universitet haqqında hansı məlumatınız var və bu kimi universitetdə alacağınız təhsildən gözləntiləriniz nədir?
- Colorado School of Mines universitetinin Geofizika haqqında oxudum və onların yaratdığı imkanlara görə məhz oranı seçdim. Bu universitetdə elmi-tədqiqatların maliyyələşməsinə xüsusi diqqət yetirilir. Ali təhsil ocağının ABŞ-da dövlət universitetləri arasında yüksək reytinqi var. 2016-2017-ci ildə isə Colorado School of Mines dağ-mədən sənayesi üzrə dünyanın ən yaxşı universiteti seçilib.
 
- Ph.D pilləsini bitirərkən nə ilə məşğul olacaqsınız?
- Ph.D pilləsindən sonra sahəm üzrə təcrübə qazanmaq istərdim. Sonra isə qazandığım təcrübəni və bilikləri Bakıda tətbiq etmək arzusundayam.
 
apa.az



Загрузка...
Həmçinin oxuyun:
BANM-in müəllimi: “Ali Məktəbin məzunları hazır kadrlardır”

BANM-in müəllimi: “Ali Məktəbin məzunları hazır kadrlardır”

Bakı Ali Neft Məktəbi beynəlxalq foruma hazırlaşır

Bakı Ali Neft Məktəbi beynəlxalq foruma hazırlaşır

BANM magistr səviyyəsinə ödənişsiz əsaslarla qəbul elan edib

BANM magistr səviyyəsinə ödənişsiz əsaslarla qəbul elan edib

BANM Hyuston Universiteti ilə əməkdaşlığı genişləndirir

BANM Hyuston Universiteti ilə əməkdaşlığı genişləndirir

BANM-in tələbələri Səngəçal terminalında olublar

BANM-in tələbələri Səngəçal terminalında olublar

Britaniyalı müəllimlər BANM-də semestr imtahanlarını keçirir

Britaniyalı müəllimlər BANM-də semestr imtahanlarını keçirir

Bakı Ali Neft Məktəbi beynəlxalq forum keçirəcək

Bakı Ali Neft Məktəbi beynəlxalq forum keçirəcək

BANM Kuala Lumpur Universiteti ilə müqavilə imzalayıb

BANM Kuala Lumpur Universiteti ilə müqavilə imzalayıb

BANM-də Gənclər Fondunun növbəti layihəsi ilə bağlı tədbir keçirilib

BANM-də Gənclər Fondunun növbəti layihəsi ilə bağlı tədbir keçirilib

BANM-də EBSCO-nun növbəti təlimi keçirilib

BANM-də EBSCO-nun növbəti təlimi keçirilib

Universitetdə “ASAN School” könüllülük məktəbi çərçivəsində görüş təşkil olunub - Foto

Universitetdə “ASAN School” könüllülük məktəbi çərçivəsində görüş təşkil olunub - Foto

Bu il 700 bal toplayan abituriyentlər ikinci dəfə imtahan verəcəklərmi?

Bu il 700 bal toplayan abituriyentlər ikinci dəfə imtahan verəcəklərmi?

Prezident Bakı Ali Neft Məktəbinin kampusunun açılışında

Prezident Bakı Ali Neft Məktəbinin kampusunun açılışında

Cocuq Mərcanlıdan olan abituriyent qəbul imtahanında 700 bal toplayıb - REPORTAJ

Cocuq Mərcanlıdan olan abituriyent qəbul imtahanında 700 bal toplayıb - REPORTAJ

Magistratura imtahanından ən yüksək bal toplayan tələbələr

Magistratura imtahanından ən yüksək bal toplayan tələbələr

700 bal toplayan abituriyentlər Azərbaycanda ali təhsil almaq istəyirlər

700 bal toplayan abituriyentlər Azərbaycanda ali təhsil almaq istəyirlər

May ayında ən çox mənfi xəbərləri paylaşılan universitetlər..siyahı

May ayında ən çox mənfi xəbərləri paylaşılan universitetlər..siyahı

"School is fun" adlı maarifləndirici seminar keçirilib

"School is fun" adlı maarifləndirici seminar keçirilib

ADNSU-nun rektoru Azərbaycan-Rusiya ali təhsil müəssisələrinin II Forumunda iştirak edir

ADNSU-nun rektoru Azərbaycan-Rusiya ali təhsil müəssisələrinin II Forumunda iştirak edir

Son illər ali məktəblərə qəbul olanların sayında artım var

Son illər ali məktəblərə qəbul olanların sayında artım var

Ucqar kənd məktəbinə işə qəbul olunanda  fikirləşdim ki, mənə çətin olacaq...GƏNC MÜƏLLİM

Ucqar kənd məktəbinə işə qəbul olunanda fikirləşdim ki, mənə çətin olacaq...GƏNC MÜƏLLİM

Yüksək balla kənd məktəbini seçən gənc müəllim

Yüksək balla kənd məktəbini seçən gənc müəllim

İyun ayı üzrə mətbuatda yer alan mənfi xəbərlər bu universitetə məxsusdur/ANALİZ

İyun ayı üzrə mətbuatda yer alan mənfi xəbərlər bu universitetə məxsusdur/ANALİZ

Bu məktəb qəbul imtahanlarında hər il 100 faizlik nəticə göstərir

Bu məktəb qəbul imtahanlarında hər il 100 faizlik nəticə göstərir