Xəbərlər
08 may 2017
2893

700 bal toplayan abituriyentlər Azərbaycanda ali təhsil almaq istəyirlər

Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

700 bal toplayan abituriyentlər Azərbaycanda ali təhsil almaq istəyirlər

 

I və IV ixtisas qrupları üzrə keçirilən imtahanda 7 nəfər maksimum nəticə göstərib. Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, imtahanda I ixtisas qrupu üzrə 5 abituriyent 700 mal toplayıb. Bu qrup üzrə maksimum nəticə göstərənlər  İsmayıllı rayonu Lahıc qəsəbə orta məktəbi,  Bakı şəhəri 220 saylı məktəb-lisey,  Akademik Z.Əliyeva adına lisey, 162 saylı orta məktəb, Gəncə şəhəri 26 saylı Məktəb-Lisey Kompleksinin məzunları olub.  IV ixtisas qrupu üzrə isə 2 abituriyent - Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziya, Bakı şəhəri 287 saylı "Zəkalar" liseyinin məzunları onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və 700 bal toplayıb.
 
Aztehsil.com xəbər verir ki, modern. az saytı 700 bal toplayan abituriyentlərlə əlaqə saxlayıb.
220 nömrəli məktəbin şagirdi Xalidə Əliyeva imtahan suallarının çətin olmadığını deyir: 
 
"Birinci qrup üzrə imtahan verdim. Çox həyəcanlıyam. Düzü, birinci imtahandan 700 bal yığacağımı gözləmirdim. Daha çox ikinci imtahandan 700 bal yığacağımı bilirdim. Amma birincidən topladım. İmtahan sualları çətin deyildi. Təhsilimi Azərbaycanda davam etdirmək istəyirəm”.
 
Səbail rayonu 162 nomrəli məktəbin şagirdi Mahirə Əsədzadə isə 700 bal toplayacağına inandığını deyir:
 
"Birinci qrup üzrə imtahan verdim. 700 bal toplayacağıma inanırdım. Sınaqlarda həmişə yüksək nəticə göstərirdim. Sadəcə, qəbul imtahanında diqqətimin yayınacağından qorxsam da, biliyimə güvənirdim. Təhsilimə gəlincə, Bakı Ali Neft Məktəbində oxumaq istəyirəm. Məncə, bu ali məktəb birincilər sırasındadır. Həmçinin, sonrakı illərdə təhsilimi xaricdə davam etdirməyi düşünürəm”.
 
Lahıc rayonunun şagirdi Vahab Cəbrayılov da 700 bal toplayacağına inandığını söyləyib:
 
"700 bal toplayacağımdan əmin idim. Hələ 9-cu sinifdə oxuyanda da yüksək nəticələr göstərirdim. Sınaqlardan yaxşı nəticələr toplayırdım. Təhsilimi Azərbaycanda davam etdirmək istəyirəm. Bakı Ali Neft Məktəbində oxumağı düşünürəm. Elə də olar, inşallah”.
 
Zərifə Əliyeva adına liseyin şagirdi  Elmir Əhmədov da təhsilini Azərbaycanda davam etdirmək niyyətindədir:
 
"700 bal toplayacağıma təkcə mən yox, valideynlərim də, müəllimlərim də inanırdı. İmtahana inamla getmişdim. Təhsilimə gəlincə, Bakı Ali Neft Məktəbində oxumaq istəyirəm”.

DİQQƏT! Direktor.az saytı məktəb rəhbərləri üçün metodik saytdır !




DİQQƏT! DİQ və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə əyani və distant hazırlaşmaq istəyənlər Məktəbşünaslıq Kurslarımıza müraciət edə bilər. 0506725911 Zəng və ya votsap yazın.



Загрузка...
loading...