AzTehsil.com


Xəbərlər
04 may 2017
4 452


Bakı Türk Liseyinin son 8 ildə 15-ci məzunu 700 bal toplayıb



Bakı Türk Liseyinin son 8 ildə 15-ci məzunu 700 bal toplayıb

 

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzinin (DİM) aprelin 30-da II və III ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanında 3 nəfər 700 bal toplayıb. 
 
İmtahanda II ixtisas qrupu üzrə 2 abituriyent (Ağcabədi şəhəri, 3 saylı  məktəb-lisey və Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin məzunları), III ixtisas qrupu üzrə isə 1 abituriyent (Bakı şəhəri, Zərifə Əliyeva adına liseyin məzunu) onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə göstərib.
 
Qeyd edək ki, son illər keçirilən bütün qəbul imtahanlarında Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin məzunlarının 700 bal toplayan abituriyentlər sırasına düşməsi artıq bir ənənə halını alıb.
 
Liseyin builki məzunlarından ilkin olaraq Cavid Əliyev adını rekordçu abituriyentlər siyahısına yazdırıb. Amma lisey rəhbərliyi mayın 7-də keçiriləcək I-IV ixtisas qrupu üzrə imtahanlarda da bir neçə məzunun 700 bal toplayacaöına ümid bəsləyir.
 

Bakı Türk Liseyinin son 8 ildə 15-ci məzunu 700 bal toplayıb

 

Aztehsil.com xəbər verir ki, bunu modern.az saytına açıqlamasında Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin direktoru Kadir Bektaşoğlu da bildirib. Onun sözlərinə görə, builki məzun Cavid Əliyev son 8 ildə Bakı Türk Liseyinin 700 bal toplayan 15-ci yetirməsidir.
 
"Cavidi, ailəsini, sinfini, fədakar müəllimlərini və dostlarını bu nailiyyət münasibətilə təbrik edirəm”,-deyə Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin direktoru Kadir Bektaşoğlu əməkdaşımıza açıqlamasında qeyd edib.
 
Cavid özü də deyib ki, yüksək nəticə göstərməsində müəllimlərinin böyük əməyi olub. 
C.Əliyev təhsilini iqtisadiyyat üzrə davam etdirəcəyini bildirib.



Загрузка...