AzTehsil.com


Xəbərlər
01 may 2017
3 014


Abituriyentlər üçün Apellyasiya Komissiyası yaradıldı



Abituriyentlər üçün Apellyasiya Komissiyası yaradıldı

 

Aprelin 30-da Dövlət İmtahan Mərkəzi  (DİM) tərəfindən II və III ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanında istifadə olunmuş test tapşırıqlarının məzmunu ilə əlaqədar abituriyentlərin müraciətlərinə baxılması üçün Apelyasiya Komissiyası yaradılıb.
 
Aztehsil.com xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, Apellyasiya Komissiyası Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərir.
 
Abituriyentlər Apellyasiya Komissiyasına 1-3 may 2017-ci il tarixlərində saat 10-dan 17-dək şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə şəxsən müraciət edə bilərlər.
 
Aprelin 30-da respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində keçirilən qəbul imtahanlarında
 
bəzi abituriyentlər tələb olunan sənədləri özləri ilə gətirmədikləri üçün imtahana buraxılmayıblar. Bundan əlavə, imtahana köməkçi vasitələr, o cümlədən mobil telefon gətirən, imtahanın gedişi zamanı köçürməyə cəhd edən, imtahan qaydalarına zidd hərəkətlərə yol verən abituriyentlər imtahandan xaric olunub və nəticələri ləğv edilib.
 
Mayın 1-dən etibarən DİM-də imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. İmtahan nəticələrinin yaxın 3-4 gün ərzində elan edilməsi nəzərdə tutulur. 
 
Yeri gəlmişkən, aprelin 30-da ali təhsil müəssisələrinin II və III ixtisas ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanlarında istifadə olunmuş test tapşırıqlarının düzgün cavabları da DİM-in saytında yerləşdirlib. Abituriyentlər düzgün cavabları aşağıdakı linkdən öyrənə bilərlər:
 
modern.az



Загрузка...