Xəbərlər
11 aprel 2017

“Azərbaycan dili” imtahanı ilə bağlı Apelyasiya Komissiyası yaradılıb

“Azərbaycan dili” imtahanı ilə bağlı Apelyasiya Komissiyası yaradılıb

 

Aztehsil.com xəbər verir ki, Aprelin 9-da rus bölməsi abituriyentləri üçün keçirilmiş "Azərbaycan dili” imtahanı ilə əlaqədar abituriyentlərin müraciətlərinə baxılması üçün Dövlət İmtahan Mərkəzində (DİM) Apelyasiya Komissiyası yaradılıb.
 
DİM-in mətbuat xidmətindən verilən məlumata görə, Apelyasiya Komissiyası Bakı Asiya Universitetinin binasında fəaliyyət göstərir. Abituriyentlər Apelyasiya Komissiyasına 11-13 aprel tarixlərində saat 10:00-dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər.
 
apa.az





Загрузка...
loading...