Xəbərlər
04 may 2017
1484

"Hər zaman beynəlxalq münasibətlər üzrə təhsil almaq istəmişəm"-700 bal toplayan tələbə

Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

"Hər zaman beynəlxalq münasibətlər üzrə təhsil almaq istəmişəm"-700 bal toplayan tələbə

 

Dövlət İmtahan Mərkəzi aprelin 30-da ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanının nəticələrini açıqlayıb. 
 
İmtahanda II ixtisas qrupu üzrə 2 abituriyent (Ağcabədi şəhəri, 3 saylı  məktəb-lisey və Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin məzunları), III ixtisas qrupu üzrə isə 1 abituriyent (Bakı şəhəri, Zərifə Əliyeva adına liseyin məzunu) onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb.
 
Aztehsil.com xəbər verir ki, modern.az saytı 700 bal toplayan abituriyentlərlə əlaqə saxlayıb. Ağcabədi şəhəri 3 saylı məktəb liseyin şagirdi Arzu Məmmədzadə təəssüratlarını bizimlə bölüşüb.
 
"700 bal toplamağı qarşıma məqsəd olaraq qoymuşdum. İmtahanlara hazırlaşanda içimdə həm inam, həm də məsuliyyət vardı. Yay tətili zamanı telefondan maksimum dərəcədə az istifadə etməyə çalışırdım. Həm ailəm, həm də müəllimlərim imtahanda yüksək nəticə göstərəcəyimə inanırdılar. Ailədə 2 bacıyıq. Bacım da yüksək balla Prezident yanında İdarəçilik Akademiyasında təhsil alır. Mənim də təhsil almaq istədiyim bir neçə ali məktəb var. Hər zaman beynəlxalq münasibətlər üzrə təhsil almaq istəmişəm. Güman ki, ixtisas seçimini müəllimlərimlə birgə edəcəm".
 
Bununla yanaşı, A.Məmmədzadə xaricdə oxumaq istədiyini də gizlətməyib: "Təhsilimi xaricdə davam etdirmək istəyim də var. Əgər alınmasa, bakalavr pilləsini Azərbaycanda oxuyub, magirstraturanı xaricdə davam etdirərəm".”.
 
Zərifə Əliyeva adına liseyin məzunu Səbinə İsmayılova isə bildirib ki, o, 700 bal yığacağını gözləmirdi.
 

"Hər zaman beynəlxalq münasibətlər üzrə təhsil almaq istəmişəm"-700 bal toplayan tələbə

 

"Mən düzü bu nəticəni gözləmirdim. Sadəcə istəyim bu idi ki, prezident təqaüdçüsü olum. Müəllimlərim, valideynlərim çox sevindi. İxtisas seçiminə gəlincə, bunu müəllimlərimlə dəqiqləşdirəcəyəm. Hüququ seçmək istəyirəm”.





DİQQƏT! DİQ və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə əyani və distant hazırlaşmaq istəyənlər Məktəbşünaslıq Kurslarımıza müraciət edə bilər. 0506725911 Zəng və ya votsap yazın.




Загрузка...
loading...