Xəbərlər
22 mart 2017
4 799


"Azərbaycan dili" imtahanında "məqbul" alan 59 abituriyent bu il müsabiqəyə imtahansız buraxılacaq

"Azərbaycan dili" imtahanında "məqbul" alan 59 abituriyent bu il müsabiqəyə imtahansız buraxılacaq

 

Ali və orta təhsil müəssisələrinə qəbul olmaq üçün 11 033 abituriyent sənəd verib
 
Ali təhsil müəssisələrinin I-V ixtisas qruplarının və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu davam edir. APA-nın xəbərinə görə, bu gün saat 11:00-dək 11 033 abituriyent (8 649-u Azərbaycan, 2384-ü Rus bölməsinin məzunu) I-V ixtisas qruplarının və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisaslarını seçərək qeydiyyatdan keçib. Onlardan 4020-si (3141-i Azərbaycan, 879-u Rus bölməsinin məzunu) I, 3551-i (2687-si Azərbaycan, 864-ü Rus) II, 2494-ü (2079-u Azərbaycan, 415-i Rus) III, 968-i (742-si Azərbaycan, 226-sı Rus) isə IV ixtisas qrupları üzrə sənəd verib.
 
Bu saata kimi qeydiyyatdan keçən 11 033 abituriyentdən 10 741-i qəbul imtahanının I mərhələsində (yaz imtahanında) iştirak edəcək. 
 
Rus bölməsini seçmiş 2523 abituriynet isə aprelin 9-da keçiriləcək "Azərbaycan dili” fənni üzrə test imtahanında iştirak edəcək. 2016-cı ildə "Azərbaycan dili" fənni üzrə test imtahanında "məqbul" alan 59 abituriyent isə cari ildə bu imtahanda iştirak etmədən müsabiqəyə buraxılacaq. 
 
apa.az
Məqalə Göndər








Загрузка...