Xəbərlər
07 iyul 2017

Bu məktəb qəbul imtahanlarında hər il 100 faizlik nəticə göstərir

 

Yüksək bilik və bacarıqlara sahib, bugünkü iş dünyasının tələblərinə uyğun kadrların yetişdirilməsi ilk növbədə orta məktəb təhsilinin hansı səviyyədə təşkil olunmasından asılıdır. Yüksək biliklərə sahib şagird sabahın lazımi bilik və bacarıqlara yiyələnə biləcək tələbəsi, belə tələbə isə sabahın yüksək ixtisaslı kadrıdır.

2003-2004-cü tədris ilində fəaliyyətə başlayan Qərb Universiteti tam orta məktəbi tədrisi müasir dövrün çağırışlarına uyğun qurur, şagirdlərin yüksək bilik və bacarıqlara yiyələnməsi üçün ən müasir metodları, kurikulum standartlarını tətbiq edir.

Xarici dillərin tədrisi

Məktəbdə yüksək beynəlxalq kriteriyalara cavab verən tam orta təhsillə yanaşı xarici dillərin - ingilis dilinin, ikinci xarici dil kimi fransız və alman dillərinin tədrisinə xüsusi yer verilir, şagirdlərin bu dilləri ən yüksək səviyyədə mənimsəməsi üçün dərslər interaktiv formada, yüksək maddi-texniki baza əsasında və rəngarəng şəkildə təşkil edilir. Xarici mütəxəssislərin iştirakı ilə aparılan danışıq klubları xarici dilləri mənimsəmək üçün əlverişli şərait yaradır.

Maddi-texniki baza

Məktəbdə təhsil sisteminin informasiyalaşdırılması üzrə təhsilin bütün pillələrində İKT-dan, müasir təchizata malik laboratoriyalardan, Mimio kabineti və elektron lövhələrdən istifadə edilir. Həmçinin elmi, bədii ədəbiyyat və dərsliklərlə təmin olunmuş kitabxana da şagirdlərin ixtiyarındadır. https://www.youtube.com/watch?v=2on2R4JnOkw

Dərsdənkənar məşğuliyyətlər

Təhsilin daha maraqlı və rəngarəng olması üçün tədris ili ərzində müxtəlif festivallar, müsabiqələr, viktorinalar, yarışlar, ekskursiyalar, aksiyalar və digər tədbirlər təşkil olunur. Keçirilmiş müsabiqələrin qalibləri mükafatlandırılır, daha yaxşı nəticələr üçün stimullaşdırılır.

Avropada yay məktəbi

Şagirdlərin yay tətilində qrup rəhbərləri ilə birlikdə İngiltərənin London şəhərində yerləşən "Katherine and King’s College of London” və Bekenham şəhərində yerləşən "English language school”da yay məktəblərində təcrübə mübadiləsində iştirak imkanı yaradılır.

Qəbul imtahanlarında 100 faizlik nəticə

Tədrisin keyfiyyətli təşkilinin nəticəsidir ki, məktəbin məzunları son 10 ildə ali məktəblərə qəbul imtahanlarında 100 faiz
lik nəticə göstəriblər. Onların arasında qəbul imtahanlarında yüksək nəticə göstərdiyi üçün Prezident təqaüdünə layiq görülənlər də var.

Qərb Universitetinin tam orta məktəbinin məzunları hər il yüksək bal toplayaraq (100%) təkcə ölkəmizin deyil, həmçinin dünyanın müxtəlif ölkələrinin nüfuzlu ali məktəblərinə daxil olurlar. Bu universitetlər arasında ABŞ-ın Texas Universiteti, Ceyms Medison Universiteti, Çexiyanın Praqa Dövlət Texniki Universiteti, Türkiyənin İstanbul Bilgi Universiteti, Sankt-Peterburq dövlət sənaye texnologiyaları və dizayn universiteti, Şimali Kiprin Kipr Beynəlxalq Universiteti, MİTSO Beynəlxalq Universiteti və başqa təhsil ocaqları var.
 
moderator.az





Загрузка...
loading...

Həmçinin oxuyun:
İyun ayı üzrə mətbuatda yer alan mənfi xəbərlər bu universitetə məxsusdur/ANALİZ

İyun ayı üzrə mətbuatda yer alan mənfi xəbərlər bu universitetə məxsusdur/ANALİZ

ADU-nun yenidən təşkili məsələlərinə həsr olunmuş iclas keçirildi

ADU-nun yenidən təşkili məsələlərinə həsr olunmuş iclas keçirildi

Bakıda iki dövlət universiteti birləşdirilə bilər

Bakıda iki dövlət universiteti birləşdirilə bilər

Özəl ali məktəblərə tələbə qəbulu planı azaldıldı

Özəl ali məktəblərə tələbə qəbulu planı azaldıldı

Magistratura üzrə ən yüksək bal toplayan ilk üçlük hansı ali məktəbi seçdi?

Magistratura üzrə ən yüksək bal toplayan ilk üçlük hansı ali məktəbi seçdi?

Ali məktəblər üzrə ən az və ən çox plan yeri hansı universitetlərə ayrılıb?

Ali məktəblər üzrə ən az və ən çox plan yeri hansı universitetlərə ayrılıb?

Dillər Universiteti işçi axtarır: VAKANT YERLƏRİN SİYAHISI

Dillər Universiteti işçi axtarır: VAKANT YERLƏRİN SİYAHISI

"Bu onu göstərir ki, Azərbaycan təhsil sistemi çox yaxşı inkişaf edib"

Qərb Universiteti mühəndislər hazırlayacaq

Qərb Universiteti mühəndislər hazırlayacaq

ADU Xarici Dillər Universitetlərinin Qlobal Alyansına üzv seçildi

ADU Xarici Dillər Universitetlərinin Qlobal Alyansına üzv seçildi

700 bal toplayan abituriyentlər UNEC-də

700 bal toplayan abituriyentlər UNEC-də

Qərb Universitetinin Kolleci bu ixtisaslara qəbul elan edir

Qərb Universitetinin Kolleci bu ixtisaslara qəbul elan edir

“Qərb Universitetinin məqsədi uğurlar əldə edəcək kadrlar hazırlamaqdır”

“Qərb Universitetinin məqsədi uğurlar əldə edəcək kadrlar hazırlamaqdır”

Qərb Universiteti illik təhsil haqlarını aşağı saldı

Qərb Universiteti illik təhsil haqlarını aşağı saldı

"Abituriyentin tədrisi mənimsəmə bacarığı yoxdursa, repetitor nə edə bilər ki!”

Qərb Universitetindən daha bir yenilik: Tələbə imtahan formasını özü seçəcək

Qərb Universitetindən daha bir yenilik: Tələbə imtahan formasını özü seçəcək

Tanınmış yazıçı Varis Yolçiyev Qərb Universitetin filoloq tələbələrinə seminar keçib

Tanınmış yazıçı Varis Yolçiyev Qərb Universitetin filoloq tələbələrinə seminar keçib

Hacettepe Universiteti UNEC-i seçir

Hacettepe Universiteti UNEC-i seçir

BDU Türkiyənin üç universiteti ilə müqavilə imzalayıb

BDU Türkiyənin üç universiteti ilə müqavilə imzalayıb

Qərb Universiteti bu aktual istiqamət üzrə də kadr hazırlayacaq

Qərb Universiteti bu aktual istiqamət üzrə də kadr hazırlayacaq

Qərb Universitetinin Kolleci qəbul elan edir

Qərb Universitetinin Kolleci qəbul elan edir

Eyni zamanda iki diploma sahib olmaq istəyirsinizmi?

Eyni zamanda iki diploma sahib olmaq istəyirsinizmi?

Abituriyentlər üçün növbəti tədris ilindən etibarən yeni ixtisasları seçmək imkanı yaranıb

Abituriyentlər üçün növbəti tədris ilindən etibarən yeni ixtisasları seçmək imkanı yaranıb

ADNSU ilə Banqladeşin Stamford Universiteti arasında əməkdaşlıq genişlənir

ADNSU ilə Banqladeşin Stamford Universiteti arasında əməkdaşlıq genişlənir