AzTehsil.com


Xəbərlər
01 oktyabr 2019
2 039


Gözətçi ümidinə qalan mühafizəsiz məktəblər: TƏHLÜKƏ VARMI?



Gözətçi ümidinə qalan mühafizəsiz məktəblər: TƏHLÜKƏ VARMI?

 

Heç kimə sirr deyil ki, ölkənin əksər orta ümumtəhsil məktəblərində, ali təhsil müəsissələrində mühafizə zəif təşkil olunur. Dərs vaxtı məktəbin xadimələri, bəzən müəllimlər qapıda dayanaraq şagirdlərin giriş-çıxışına nəzarət edir və vəssalam. Gecə isə həmin nəzarəti əsasən yaşlı və təqaüdçü kişilər məktəbin ətrafında dolanmaqla yerinə yetirir. Təbii ki, bu da həm şagirdlərin, həm də təhsil işçilərinin təhlükəsizliyinin təminatı üçün yetərli deyil. Elə bu səbəbdən də bəzən məktəblərdə xoşagəlməz hallara şahid oluruq. Bunlardan ən dəhşətlisi isə hələ 10 il bundan əvvəl Neft akademiyasındakı qətliam idi. Görəsən indi necə, təhsil ocaqlarımız yetərincə mühafizə olunurmu? Məktəblərin mühafizəsi necə təşkil olunur?

Lent.az -ın suallarını orta ümumtəhsil məktəblər üzrə təhsil eksperti Elşən Qafarov cavablandırıb. Ekspertin sözlərinə görə, əksər məktəblərin mühafizəsi valideynlərdən yığılan pullar hesabına başa gəlir:
 

 

"Nazirlər Kabinetinin 26 may 1996-cı il tarixli 59 nömrəli qərarına əsasən orta ümumtəhsil məktəblərində iki gözətçi ştatı var. Məsələnin əsas tərəfi bu gün məktəblərdə mühafizənin olmasıdır. Hansı məktəblərin ki, ayrıca hesabları var, nazirlik onlara pul ödəyir. Onlar da mühafizə idarəsi yaxud şirkətlərlə müqavilə bağlayaraq məktəbin mühafizəsini təşkil edə bilirlər. Ancaq digər məktəblərin öz hesabları və bank rekvizitləri olmadığı üçün mühafizəni təşkil edə bilmirlər. Həmin məktəblərin hansında mühafizə varsa bu da valideyn-məktəb assosiasiyasının səyi nəticəsində meydana gəlir. Belə ki, bu məktəblərdə mühafizənin təşkili valideynlərdən yığılan könüllü ianələr hesabına başa gəlir. Məktəb rəhbərliyi yığılan pullarla mühafizə şirkəti ilə müqavilə bağlayır və xidməti təşkil edir. Hansı məktəblərdə ki, valideyn assosiasiyası yoxdur, o məktəblər yalnız iki gözətçi ştatının ümidinə qalırlar”.
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi Elşad Hacıyev Lent.az -a verdiyi açıqlamada, polisin məktəblərin mühafizəsinə nəzarət etdiyini bildirib:
 

 

"Paytaxtda fəaliyyət göstərən təhsil ocaqlarının təhlükəsizliyinə və mühafizəsinə tərəfimizdən nəzarət olunur, krimonogen durum fasiləsiz izlənililir. Təhsil Nazirliyi ilə Daxili İşlər Nazirliyinin müvafiq strukturları təhsil müəssisələrinin mühafizəsi istiqamətində birgə iş aparır. Təhsil müəsissələrinin daxili təhlükəsizliyinin təmin olunmasında polislə birgə mülki şəxslər, yaxud mühafizə şirkətləri ilə bağlanan müqavilə əsasında fəaliyyət təşkil olunur”.

Ekspertin açıqlamasından da göründüyü kimi, bəzi məktəblərdə mühafizə sistemi valideynlərin pulu hesabına təşkil olunur. Ancaq valideyn assosiasiyası olmayan məktəblərdə isə, mühafizədən ümumiyyətlə söhbət getmir. Əsasən də Bakıda bir məktəbdə 2000-ə yaxın şagirdin oxuduğunu nəzərə alsaq, mühafizənin vacib olduğunu demək olar. Əks halda ikinci Neft akademiyası faciəsini yaşamamaq üçün bu lazımdır.



Загрузка...
Həmçinin oxuyun:
Sumqayıt məktəbləri necə mühafizə olunur? - ARAŞDIRMA

Sumqayıt məktəbləri necə mühafizə olunur? - ARAŞDIRMA

Sumqayıt məktəbləri necə mühafizə olunur? - Araşdırma

Sumqayıt məktəbləri necə mühafizə olunur? - Araşdırma

Məktəblərimizin mühafizə problemi: Şagirdləri kim və necə qoruyur?

Məktəblərimizin mühafizə problemi: Şagirdləri kim və necə qoruyur?

Məktəblərdə köhnə miras - “Valideyn-Müəllim Assosiasiyaları” kimlərə xidmət edir...

Məktəblərdə köhnə miras - “Valideyn-Müəllim Assosiasiyaları” kimlərə xidmət edir...

Universitetlərimizin təhlükəsizliyi necə qorunur?...

Universitetlərimizin təhlükəsizliyi necə qorunur?...

Bakıda əsaslı təmir olunan məktəblərin siyahısı açıqlanıb

Bakıda əsaslı təmir olunan məktəblərin siyahısı açıqlanıb

Təhsil İdarəsindən məktəblərin istilik təchizatı ilə bağlı AÇIQLAMA

Təhsil İdarəsindən məktəblərin istilik təchizatı ilə bağlı AÇIQLAMA

Rus bölmələri məktəblərdə üstünlük təşkil edirmi?

Rus bölmələri məktəblərdə üstünlük təşkil edirmi?

O təhsil müəssisələrinin sayı artırılacaq - RƏSMİ

O təhsil müəssisələrinin sayı artırılacaq - RƏSMİ

Nazirlik: Təhsil müəssisələri vaxtaşırı olaraq yanğından mühafizə balonları və lövhələri ilə təmin edilir

Nazirlik: Təhsil müəssisələri vaxtaşırı olaraq yanğından mühafizə balonları və lövhələri ilə təmin edilir

KRİMİNAL HESABLAŞMA - Məktəbin direktoru cidd-cəhdlə hadisəni ört-basdır etməyə çalışır

KRİMİNAL HESABLAŞMA - Məktəbin direktoru cidd-cəhdlə hadisəni ört-basdır etməyə çalışır

Məktəblərdə vahid forma necə müəyyənləşdirilir?- Dizayn və qiymət fərqləri

Məktəblərdə vahid forma necə müəyyənləşdirilir?- Dizayn və qiymət fərqləri

Nazirlik 11 illik məktəblərin ləğv olunması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib  Böyüt

Nazirlik 11 illik məktəblərin ləğv olunması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib Böyüt

Qış mövsümü oktyabrın 1-dən başlansa, təhsil müəssisələrində...

Qış mövsümü oktyabrın 1-dən başlansa, təhsil müəssisələrində...

Qaradağ rayonunun daha üç məktəbində görüşlər keçirilib

Qaradağ rayonunun daha üç məktəbində görüşlər keçirilib

İnternat məktəblərində ştat cədvəlləri necə tərtib olunur?- Fərqlər və istisnalar

İnternat məktəblərində ştat cədvəlləri necə tərtib olunur?- Fərqlər və istisnalar

“İkinövbəli təhsil sistemindən imtina etmək lazımdır” - Deputata dəstək

“İkinövbəli təhsil sistemindən imtina etmək lazımdır” - Deputata dəstək

Hökumət uşaq bağçaları ilə bağlı qərar vedi - Yeni qayda təsdiqləndi

Hökumət uşaq bağçaları ilə bağlı qərar vedi - Yeni qayda təsdiqləndi

Yeni dərs ilinin başlanması ilə əlaqədar yollarda təhlükəsizlik tədbirləri gücləndiriləcək

Yeni dərs ilinin başlanması ilə əlaqədar yollarda təhlükəsizlik tədbirləri gücləndiriləcək

Bakıda orta məktəblər pullu olacaq? (YENİLƏNİB)

Bakıda orta məktəblər pullu olacaq? (YENİLƏNİB)

Məlum olub ki, tam orta təhsil verən bir sıra məktəblərdə əslində 10-11-ci siniflər yalnız kağız üzərində “fəaliyyət göstərirmiş”.

Məlum olub ki, tam orta təhsil verən bir sıra məktəblərdə əslində 10-11-ci siniflər yalnız kağız üzərində “fəaliyyət göstərirmiş”.

Tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiqi necə həyata keçiriləcək?

Tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiqi necə həyata keçiriləcək?

Dərnəklər,HBƏT,indi də SİNİF RƏHBƏRLİYİ ?

Dərnəklər,HBƏT,indi də SİNİF RƏHBƏRLİYİ ?

Məktəblərdə 10-11-ci siniflər ləğv olunacaqmı? - RƏSMİ AÇIQLAMA

Məktəblərdə 10-11-ci siniflər ləğv olunacaqmı? - RƏSMİ AÇIQLAMA