Xəbərlər
18 iyun 2019
929

KRİMİNAL HESABLAŞMA - Məktəbin direktoru cidd-cəhdlə hadisəni ört-basdır etməyə çalışır

Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

 

 
Artıq dərs ili yekunlaşsa da məktəblərdə baş verən qanunsuzluqlar barəsində şikayətlər kəsilmir. 

Buzovnada yerləşən Ə.Əliyev adına 125 saylı tam orta məktəbdə cərəyan edən hadisələr barədə Rubrika.az saytına danışan valideynlər təhsil adına baş tutan rəzalətdən söz açıblar.
 
Valideynlər bildirir ki, məktəbdə şagirdlərdən pul toplanması demək olar ki, adi hal alıb. Məktəbdə toplanan qanunsuz vəsaitlərin aylıq məbləği 3-4 min manat təşkil edir. Hər bir şagirddən ayda 2 manatdan pul yığılır. Məktəbdə fəaliyyət göstərən valideyn komitəsinuin təşkilatçılığı ilə toplanan pulların taleyini isə direktor Zeynəb Əliyevadan başqa bilən yoxdur. Fond pulu, kağız pulu, hətta mühafizə pulu adıyla toplanan böyük məbləğli pullar xüsusi ciblərə axır. Guya məktəbin mühafizəsi adıyla toplanan pulların isə harada mühafizə olunduğunu kimsə bilmir. Çünki, məktəbdə heç bir mühafizə sistemi və ya xüsusi mühafizəçi yoxdur. Hərdənbir 11-ci sinif şagirdlərindən biri məktəbin girişində növbətçi qismində dayanır. Fond pulu adıyla toplanan pulların da hansı fonda yığıldığı məlum deyil. Adı,məqsədi bilinməyən bu fondda toplanan pullardan isə nə məktəbin,nə də məktəblilərin xəbəri yoxdur.

Ümumiyyətlə məktəbdə mümkün olan hər vasitə ilə pul toplanılır. Şagirdlərə məcburi surətdə çəkilən fotoşəkillər baha qiymətə satılır. Başqa yerdə 1 manata başa gələn şəkillər burada şagirdlərə 2-3 manata satılır.

Valideynlər bildirir ki, direktor Z.Əliyeva rəhbərlik etdiyi məktəbdə ailə podratı sistemi formalaşdırıb. Qızı,gəlini,digər qohum-əqrəbalarını başına yığan direktor qanunlara məhəl qoymur. Hər biri xüsusi maşınıyla işə gəlib gedən qohumlar məktəbin imtiyazlı təbəqəsi hesab olunurlar.

Rubrika.az saytına danışan valideynlər məktəbdə təlim-tərbiyə prosesinin düzgün qurulmadığını, şagirdlərə ciddi nəzarət edilmədiyini bildirirlər. Başı pul toplamağa qarışan məktəb rəhbərliyi nizam-intizama ciddi yanaşmır. Bu səbəbdən də şagirdlər arasında tez-tez kriminal haqq-hesablaşmaların baş verdiyi söylənilir. Bu günlərdə məktəbin 9-cu sinif şagirdi Məmmədov Nihat Anar oğlu digər şagirdlər tərəfindən amansızcasına döyülüb. Əvvəlcə məktəbin arxasında Nihatı döyəndən sonra onu dəniz kənarına apararaq təkrar döyərək bədən xəsarətləri yetiriblər. Bıçaqla xəsarət yetirəndən sonra onun qolunu da sındırıblar. Hadisə barədə polislər məlumat alsalar və cinayət işi başlansa da məktəbin direktoru Z.Əliyevanın cidd-cəhdiylə hadisə gizlədilməyə çalışır. Direktorun təlimatı ilə Nihatın guya tut ağacından yıxıldığı barədə məlumat verilib. Valideynlər də məcbur qalaraq Z.Əliyevanın təlimatına uyğun ifadə veriblər. Aldığımız məlumata görə polislər direktorun yalan ifadələrinə inanmayaraq araşdırmaları davam etdirirlər.

Direktorun cidd-cəhdlə ört-basdır etməyə çalışdığı hadisə 125 saylı məktəbdə tədrisin,təlim-tərbiyənin hansı səviyyədə olduğunu göstərir. 1996-cı ildən məktəbə rəhbərlik edən Z.Əliyeva uzun illər ərzində formalaşdırdığı idarəetmə üsulu ilə ciddi narazılıq formaılaşdırır.Təhsil nazirliyi məsələni ciddi nəzarətə götürməli, baş verənlərlə bağlı qəti tədbirlər görməlidir. Əks təqdirdə burada daha ciddi kriminal hadisələrin baş verəcəyi istisna edilmir.

 

 





DİQQƏT! DİQ və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə əyani və distant hazırlaşmaq istəyənlər Məktəbşünaslıq Kurslarımıza müraciət edə bilər. 0506725911 Zəng və ya votsap yazın.



Whatsapp'ta Paylaş



Загрузка...
loading...

Həmçinin oxuyun:
Məktəb direktoru işdən qovuldu

Məktəb direktoru işdən qovuldu

Bakı məktəbində zarafat ölümə səbəb oldu

Bakı məktəbində zarafat ölümə səbəb oldu

Direktor məktəbdə ölən şagirdin yaxınlarına başsağlığı verdi – Bilinməyənləri dedi

Direktor məktəbdə ölən şagirdin yaxınlarına başsağlığı verdi – Bilinməyənləri dedi

10 məktəb “başsız” qalıb

10 məktəb “başsız” qalıb

Bit-birə basdığı deyilən kənd məktəbinin direktoru danışdı: “Bu, böhtan, iftiradır”

Bit-birə basdığı deyilən kənd məktəbinin direktoru danışdı: “Bu, böhtan, iftiradır”

Kürdəmirdə məktəbin tavanı uçub - FOTO

Kürdəmirdə məktəbin tavanı uçub - FOTO

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı – Nazirlik hərəkətə keçdi

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı – Nazirlik hərəkətə keçdi

Müəllim və valideynlərlə saçyolduya çıxan qadın direktor barədə yeni faktlar üzə çıxıb.

Müəllim və valideynlərlə saçyolduya çıxan qadın direktor barədə yeni faktlar üzə çıxıb.

Direktorla bağlı RƏSMİ AÇIQLAMA

Direktorla bağlı RƏSMİ AÇIQLAMA

Təhsil Şöbəsi məktəb direktorunun döyülməsini təsdiqlədi:

Təhsil Şöbəsi məktəb direktorunun döyülməsini təsdiqlədi: "Hazırda xəstəxanadadır"

Məktəbdə dava- Müəllim direktorun çənəsini qırdı

Məktəbdə dava- Müəllim direktorun çənəsini qırdı

“Uşağım polisin köməyi ilə dərsə gedir...” - Məktəbdə nə baş verir?

“Uşağım polisin köməyi ilə dərsə gedir...” - Məktəbdə nə baş verir?

Bakıda direktor və müəllim şagirdi döydü? - Valideynlər belə iddia edir - VİDEO

Bakıda direktor və müəllim şagirdi döydü? - Valideynlər belə iddia edir - VİDEO

Valideynlər HƏR ŞEYİ ÜZƏ ÇIXARTDI - Son günlər gündəmdə olan məktəbdən - VİDEO

Valideynlər HƏR ŞEYİ ÜZƏ ÇIXARTDI - Son günlər gündəmdə olan məktəbdən - VİDEO

Bakıda məktəbin qarşısında uşaqlara... -VİDEO

Bakıda məktəbin qarşısında uşaqlara... -VİDEO

Bakı Avropa Liseyindən şikayət gəldi: 100 manat fond pulu yığırlar - İDDİA

Bakı Avropa Liseyindən şikayət gəldi: 100 manat fond pulu yığırlar - İDDİA

Bakıdakı 14 nömrəli məktəbdə nə baş verir? – TƏFƏRRÜAT

Bakıdakı 14 nömrəli məktəbdə nə baş verir? – TƏFƏRRÜAT

Valideynlər məktəbin qarşısında aksiya keçirdi

Valideynlər məktəbin qarşısında aksiya keçirdi

Gəncədə ara qarışıb: Nazirlik adından məktəbi yoxlayan kim imiş? - Şok təfsilat

Gəncədə ara qarışıb: Nazirlik adından məktəbi yoxlayan kim imiş? - Şok təfsilat

Bakı məktəbində valideynlərdən sinif otaqlarını təmizləmək tələb olunur - İDDİA

Bakı məktəbində valideynlərdən sinif otaqlarını təmizləmək tələb olunur - İDDİA

Azərbaycanda bu məktəblərdə müəllimlər üçün pul yığılır - SİYAHI

Azərbaycanda bu məktəblərdə müəllimlər üçün pul yığılır - SİYAHI

Azərbaycanda məktəbi su basdı - şagirdlər evə göndərildi-FOTO

Azərbaycanda məktəbi su basdı - şagirdlər evə göndərildi-FOTO

Sumqayıtda müəllim 1-ci sinfə gedən uşağı döyüb — Valideyn şikayəti

Sumqayıtda müəllim 1-ci sinfə gedən uşağı döyüb — Valideyn şikayəti

Bakıda məktəb rəhbəri jurnalisti hədələdi: “Sənin başın bədəninə ağırlıq edir!” - SƏS YAZISI

Bakıda məktəb rəhbəri jurnalisti hədələdi: “Sənin başın bədəninə ağırlıq edir!” - SƏS YAZISI