AzTehsil.com


Xəbərlər / Valideyn / Müəllim
20 dekabr 2018
2 488


“İkinövbəli təhsil sistemindən imtina etmək lazımdır” - Deputata dəstək



“İkinövbəli təhsil sistemindən imtina etmək lazımdır” - Deputata dəstək

 

 
 
"Azərbaycanda yeni məktəblərin tikilməsi hesabına ikinövbəli təhsil sistemindən imtina etmək lazımdır. Fikrimcə, respublikanın bütün məktəblərində birnövbəli və beşgünlük təhsil həftəsinə keçmək labüddür”.

Bu sözləri AzEdu.az-a təhsil eksperti  Kamran Əsədov "Ümumi təhsil haqqında" qanun layihəsinin birinci oxunuşunda orta məktəblərdə ikinövbəli tədrisin ləğvi ilə bağlı səslənən fikirlərə münasibət olaraq bildirib. O qeyd edib ki, şagird sayının çox olması ikinövbəli təhsili zəruri edir:

"Amma  birinci növbədə təhsil almaq uşaqlar üçün daha faydalıdır. Bunu dünya təcrübəsi də sübut edir.

Valideynlər işə səhər saatlarında getdiklərinə görə, bu, uşaqların dərsə təhlükəsiz aparılıb-gətirilməsi məsələlərinə də təsir göstərir.

Pedaqoji araşdırmalara əsaslanıb deyə bilərəm ki, dərsə səhər gedən uşaqlar müəllimin izah etdiyi dərsi daha tez qavrayırlar. İbtidai sinifləri uzun müddət müşahidə etmişəm. Səhər növbəsində oxuyan uşaqların əlavə təlimə, məşğuliyyətə marağı olur. Buna görə də, ikinci növbədə məktəbdə şagirdlər üçün müəyyən kurslar, təlimlər, valideyn və müəllim heyəti üçün iclaslar təşkil edilə bilər. Bu baxımdan tədris müəssisələrinin bir növbəli olması daha məqsədəuyğundur”.

Ekspert bildirib ki, ikinövbəli tədrisin mənfi tərəfləri çoxdur. Bu, ən azından, şagirdin gününü yarıya bölür:

"İkinci növbə dərs həm uşaqlara, həm də valideynlərə xoş təsir bağışlamır. Çünki valideynin iş qrafikində qarışıqlıq yaranır. Statistik göstəricilər əsasında deyə bilərəm ki, məktəbdən yayınma halları əsasən ikinci növbədə təhsil alan şagirdlər arasında müşahidə olunur.  Çünki valideyn günün bu saatlarında işdə olur və övladına nəzarət edə bilmir.

Düzdür, xüsusilə də ibtidai sinif şagirdləri səhər saat 8-də dərsdə olmaq üçün oyanmaqda çətinlik çəkirlər. Amma bu, müvəqqətidir. Şagirdlərin inkişafı üçün onların erkən oyanması vacibdir”.

O hesab edir ki, şagird sıxlığı yaşanan məktəblər bu problemi illər üzrə növbəli tətbiq edərək həll edə bilərlər. Yəni, bir tədris ilində səhər oxuyan şagirdlər, növbəti ildə günorta saatlarında dərsə getməlidirlər:

"Azərbaycanda yeni məktəblərin tikilməsi hesabına ikinövbəli təhsil sistemindən imtina etmək lazımdır. Fikrimcə, respublikanın bütün məktəblərində birnövbəli və beşgünlük təhsil həftəsinə keçmək labüddür. Bu, həm şagirdlərin asudə vaxtlarının yaranmasına, həm də vahid tədris müddətinin formalaşmasına şərait yaradacaq.

Qeyd etdiyim məsələ ilə bağlı uzun müddət araşdırma aparmışam. Aydın olub ki, bu problemin həll olunması üçün 6500 yeni məktəb, 730 məktəb üçün korpuslar tikilməli, 2000 məktəb isə təmir edilməlidir. Son 10 il ərzində 3 min məktəbin tikilməsi və ya təmir edilməsi şagird sıxlığını kəskin azaldıb”.

Kamran Əsədovun sözlərinə görə, ikinövbəli tədris həm də bəzi neqativ hallara yol açır:

"Şagirdin hansı növbədə təhsil alması məktəbdə sinif otaqlarının və siniflərin sayına görə müəyyənləşir. İki növbəli və ya bir növbəli sistemin tətbiqi isə pedaqoji şuranın qərarına əsaslanır. Bu zaman bəzi neqativ hallar, valideyinlərdən əsasssız pul yığımları da qaçılmaz olur”.

Qeyd edək ki, bu barədə Milli Məclisin dünən keçirilən iclasında deputat Qüdrət  Həsənquliyev fikir bildirib. O çıxışı zamanı bildirib ki, ikinövbəli tədris ləğv olunmalıdır:

"Avropada iki növbəli tədris ləğv olunub. Əgər məktəb çatışmazlığı varsa, o zaman yeni məktəblər tikilməlidir. Bu məsələləri həll etmədən ciddi dəyişiklərə nail ola bilməyəcəyik”.



Загрузка...
Həmçinin oxuyun:
“Müəllimlərin maaşı qaldırılmalıdır!” - TƏKLİF

“Müəllimlərin maaşı qaldırılmalıdır!” - TƏKLİF

Xaricdə dövlət universitetlərinin təhsilhaqqı aşağı salınır, Azərbaycanda isə qaldırılır

Xaricdə dövlət universitetlərinin təhsilhaqqı aşağı salınır, Azərbaycanda isə qaldırılır

“Özəl məktəbdə oxuyan hər şagirdin müəllim və valideyninin hesabına 1000 manat köçürülməlidir, çünki...” – Təklif

“Özəl məktəbdə oxuyan hər şagirdin müəllim və valideyninin hesabına 1000 manat köçürülməlidir, çünki...” – Təklif

Uşaqlar məktəbdən niyə qorxur?- Psixoloqdan valideynlərə məsləhət

Uşaqlar məktəbdən niyə qorxur?- Psixoloqdan valideynlərə məsləhət

Salyan şəhər 2 saylı tam orta məktəbin yeni binası istifadəyə verilib

Salyan şəhər 2 saylı tam orta məktəbin yeni binası istifadəyə verilib

Məhəbbət Vəliyeva: “Bu il I sinfə gedən uşaqların heç biri təhsildən kənarda qalmayacaq”

Məhəbbət Vəliyeva: “Bu il I sinfə gedən uşaqların heç biri təhsildən kənarda qalmayacaq”

Bakıda şagird sıxlığından əziyyət çəkən məktəblər var - SİYAHI

Bakıda şagird sıxlığından əziyyət çəkən məktəblər var - SİYAHI

Məktəblilər "Mavi balina"nın sehrinə düşüb - EKSPERT

Məktəblilər "Mavi balina"nın sehrinə düşüb - EKSPERT

Direktor olmaq istəyənlərə müsahibə zamanı ən çox verilən suallar – Fərdi təhsil bilgiləri

Direktor olmaq istəyənlərə müsahibə zamanı ən çox verilən suallar – Fərdi təhsil bilgiləri

Valideynlərə çağırış: övladlarınız məktəbdən çıxanda görəcəklər ki...

Valideynlərə çağırış: övladlarınız məktəbdən çıxanda görəcəklər ki...

Azərbaycan Texniki Universitetində magistratura pilləsi üzrə axşam dərsləri ləğv olundu - RƏSMİ

Azərbaycan Texniki Universitetində magistratura pilləsi üzrə axşam dərsləri ləğv olundu - RƏSMİ

"Hər bir məktəblinin şəxsi gigiyenası ailəsindən və özündən asılıdır”

"Hər bir məktəblinin şəxsi gigiyenası ailəsindən və özündən asılıdır”

Dərs ilinin ilk günü ağlayan birincilər - Məktəbdə onlarla necə davranmaq lazımdır?

Dərs ilinin ilk günü ağlayan birincilər - Məktəbdə onlarla necə davranmaq lazımdır?

Məktəblərdə telefon qadağan olunsun – TƏKLİF

Məktəblərdə telefon qadağan olunsun – TƏKLİF

Məktəblərdə vahid forma necə müəyyənləşdirilir?- Dizayn və qiymət fərqləri

Məktəblərdə vahid forma necə müəyyənləşdirilir?- Dizayn və qiymət fərqləri

Bakıda 3-cü sinif şagirdi məktəbi bir-birinə qatıb: Valideynlər etiraz edir – VİDEO

Bakıda 3-cü sinif şagirdi məktəbi bir-birinə qatıb: Valideynlər etiraz edir – VİDEO

Orta məktəblər hansı yolla  alternativ pul qazana bilərlər? – “Əgər bunlara əməl etsələr...”

Orta məktəblər hansı yolla alternativ pul qazana bilərlər? – “Əgər bunlara əməl etsələr...”

Orta məktəblərlə bağlı növbəti həyəcan təbili çalınır

Orta məktəblərlə bağlı növbəti həyəcan təbili çalınır

Bakı məktəblərinin 15 faizində şagird sıxlığı müşahidə edilir

Bakı məktəblərinin 15 faizində şagird sıxlığı müşahidə edilir

Qubada modul tipli məktəb istifadəyə verildi

Qubada modul tipli məktəb istifadəyə verildi

Bəzi məktəblərdə müəllim çatışmazlığı problemi qalır -SƏBƏBSƏ...

Bəzi məktəblərdə müəllim çatışmazlığı problemi qalır -SƏBƏBSƏ...

Məktəblərdə 10-11-ci siniflər ləğv olunacaqmı? - RƏSMİ AÇIQLAMA

Məktəblərdə 10-11-ci siniflər ləğv olunacaqmı? - RƏSMİ AÇIQLAMA

Müəllim-valideyn münasibətləri necə tənzimlənməlidir?

Müəllim-valideyn münasibətləri necə tənzimlənməlidir?

Bakıda 2-ci sinif şagirdi dünyasını dəyişdi

Bakıda 2-ci sinif şagirdi dünyasını dəyişdi