AzTehsil.com

Xəbərlər / Müəllim
18 dekabr 2018
2 987

“Müəllimlərin maaşı qaldırılmalıdır!” - TƏKLİF

"Bu gün təhsildə əsas problem repetitor məsələsidir. Lakin "Ümumi təhsil haqqında” qanun layihəsində bununla bağlı heç bir müddəa yer almayıb. İndi kim repetitor yanına getmir, demək olar ki, o, ali məktəbə daxil ola bilmur. Bu gün ali məktəbə qəbul olunanlar arasında barmaq sayı qədər tələbə var ki, o, repetitor yanına getməyib”. 

Bunu Milli Məclisin iclasında Qüdrət Həsənquliyev qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib. Deputat bildirib ki, repetitor tutmaq valideynlərin büdcəsinə ziyan vurur: 

"Bəzən valideynlər öz uşaqlarını lazımı qidalandırmır, amma onları müəllim yanına hazırlığa göndərir. Bunun qarşısının alınması üçün müəllimlərin maaşı qaldırılmalıdır. Əgər repetitorluq dövlət tərəfindən qəbul olunursa, o zaman qanunda nəzərdə tutulmalıdır. Yox əgər qəbul olunmursa, o zaman bunun həlli tapılmalıdır”. 

Q. Həsənquliyev çıxışı zamanı iki növbəli məktəblərlə bağlı fikirlərini bildirib. O deyib ki, iki növbəli tədris olmamalıdır: 

"Avropada iki növbəli tədris ləğv olunub. Əgər məktəb çatışmazlığı varsa, o zaman yeni məktəblər tikilməlidir. Bu məsələləri həll etmədən ciddi dəyişiklərə nail ola bilməyəcəyik”. 

Deputatın sözlərinə görə, Azərbaycan ali təhsil müəssisələrinin sayına görə, region dövlətlərindən geri qalır: 

"Bundan başqa, Azərbaycanda ali məktəblərə qəbul sadələşdirilməlidir. Ali məktəbə qəbul orta məktəblərin buraxılış imtahanlarının nəticələri əsasında həyata keçirilməlidir. Əgər bu həll olunarsa, o zaman repetitorla bağlı məsələlər həllini tapacaq. Əks halda, nə qədər ciddi qanunlar qəbul olunsa da müsbət heç nəyə nail ola bilməcəyik”.

Загрузка...
Həmçinin oxuyun:
Qızıl medal alan məzunlarla bağlı güzəşt ləğv olundu - Qəbul imtahanı verəcəklər

Orta məktəblərin statusu DƏYİŞDİRİLİR

Orta məktəblərin statusu DƏYİŞDİRİLİR

“Azərbaycan ali təhsillilərin sayına görə region dövlətlərindən xeyli geri qalır”

"Abituriyentin tədrisi mənimsəmə bacarığı yoxdursa, repetitor nə edə bilər ki!”

Ali məktəblərə imtahansız qəbul mümkün olmayacaq – Spiker aydınlıq gətirdi

“Müəllim, şagird məktəbə qaytarılmalı və…”

"2 növbəli məktəblərdə nəinki bu gün, gələcəkdə də məktəbə hazırlıq təlimlərini təşkil etmək mümkün olmayacaq"

“Biz bu mövzunu müzakirə etməmişik” – Deputatdan qızıl medal olayına reaksiya

Belə bir qanun indiyə kimi olmayıb

Belə bir qanun indiyə kimi olmayıb

Tələbələrin çoxdan gözlədiyi qanun qəbul edilməlidir – Deputatdan ÇAĞIRIŞ

Əvvəlki illərin məzunları ali məktəblərə necə imtahan verəcəklər?- Hamı niyə narahatdır?

Bu həm tələbələr, həm valideynlər, həm də elə universitetlər üçün sərfəli olacaq

İsa Həbibbəyli: Ölkədə məktəbəqədər təhsil şəbəkəsi genişlənəcək

“Məktəbəqədər təhsil haqqında" qanun layihəsi qəbul olunub

"Aztəminatlı, repetitor hazırlığına gücü çatmayacağını düşünən valideynlər..."

Tələbələrə şad xəbər -Kreditlərlə bağlı yeni qanun layihəsi hazırlanacaq

Repetitorlar Azərbaycanda təhsilinin bəlasına çevrilib - Günün problemi

Bu tələbələr maaş da ala biləcəklər - Yeni qanun

Deputat ali məktəblərə qəbulu asanlaşdırıb, bitirməyi çətinləşdirməyi təklif edib

Deputatla direktor məktəbdə pul yığımının əsas günahkarı kimi valideyn və müəllimləri suçladı

"Təhsil Qanunu"ndakı dəyişikliklər ekspertlərin gözü ilə...RƏYLƏR

Məktəblərdə dərsliklərin keyfiyyəti artırılmalıdır.

Təhsil Nazirindən müəllimlərin maaşı ilə bağlı AÇIQLAMA

"Şounun əməkdar artistini tanıyırıq, amma əməkdar müəllimi tanımırıq"