Xəbərlər / Direktor / Müəllim
03 oktyabr 2018
2 426


Deputatla direktor məktəbdə pul yığımının əsas günahkarı kimi valideyn və müəllimləri suçladı

Deputatla direktor məktəbdə pul yığımının əsas günahkarı kimi valideyn və müəllimləri suçladı

 

 
 
Oktyabrın 5-i Beynəlxalq Müəllimlər Günüdür. Hər il Müəllimlər günü ərəfəsində məktəblərdə pul yığımı ilə bağlı söz söhbətlər, şikayətlər olur. Maraqlıdır ki,  bu məsələdə çox zaman valideynlərin aktivliyi müşahidə edilir. Müəllimlər, məktəb direktorları deyil, valideynlər canfəşanlıq göstərirlər.

Milli Məclisin deputatı  Tahir Kərimli AzEdu.az-a açıqlamasında deyib ki, pul yığımı ilə bağlı iki hal mövcuddur:

"Bildiyiniz kimi, ötən gün  Milli Məclisdə "Təhsil haqqında” qanunla bağlı çıxış edib, təklif irəli sürdüm. Dərslərin yenidən sentyabrın 1-də başlamasını və Müəllimlər gününün də  həmin vaxt olmasını, uşaqların dərs yükünün azaldılmasını bildirdim. Yəni, bu, bütöv təhsil sistemini başdan-ayağa pozur. Ümumiyyətlə, bu kontekstdə demək istəyirəm ki,  pul yığımı ilə bağlı iki hal mövcuddur. Birincisi, müəllim heyətinin maddi marağı, qazanc əldə etmək istəyidir.  İkincisi, arada olan  valideynlərin vasitəçiliyi nəticəsində  özlərinin yaxşı göstərilməsi, bəlkə  yığılan puldan mükafatlandırılması və.s.  Hər iki hal qanunsuzluq, birbaşa hüquq pozuntusudur. Təəssüf ki, illərlə bu məsələ ətrafında müzakirələr aparılsa da, eyni vəziyyət davam edir”.

Deputat deyib ki, bu kimi hallar təhsilin keyfiyyətinə mənfi təsir edir:

"Dünyada yeganə xalqlardanıq ki, pul verib övladımızı əsgərlikdən saxlayırıq, yaxud pulla onların oxumamağını təmin edirik. Bəzən, müəllimlərin əmək haqqının kifayət qədər olmaması ilə əlaqəli pul yığımına haqq qazandırırlar. Lakin indi müəllimlərin əmək haqqı müəyyən qədər artırılıb, gələcəkdə də bu tendensiyanı davam etdirmək lazımdır. Həqiqətən, müəllimlərə  kifayət qədər pul vermək lazımdır ki, gözləri valideynlərin pulunda olmasın.

Əslində, əlavə qanuna ehtiyac yoxdur. Bununla bağlı dediyim kimi qanunla nəzərdə tutulan inzibati tədbirlər var, lakin əməl edən yoxdur. Görünür, maarifləndirici hərəkatdan tutmuş, hüquqi məsuliyyətə cəlbetmə hallarına kimi məsələlər davam etdirilməlidir. Digər tərəfdən burda valideynlərdən, müəllimlərdən danışmaq lazım deyil. Birinci, direktorlar məsuliyyət daşıyır. Əgər məktəbdə pul yığılması kimi hallar varsa, direktor buna görə məsuliyyət daşıyırsa, o, müəllim və valideynin kontakta girib bu işi görməsinə imkan verməz”.

Bakı şəhəri 165 saylı tam orta məktəbin direktoru Vüqar Məmmədov saytımıza danışarkən bildirib ki, bu məsələyə bəzən məktəb direktorları özləri rəvac verir:

"Amma bəzən də valideynlər öz təşəbbüsü ilə bu addımı atır. Amma qətiyyən yol verilməz bir haldır. Məsələn, mən valideyn və müəllimlərlə görüşlər təşkil edib, bunun qanuni tərəfini izah edib, bu işdən çəkindirə bilirəm. Artıq öz məktəbimizdə bu işi tam nəzarətdə saxlayıram ki, neqativ söz-söhbətlər olmasın. Əsasən, valideynlərin maarifləndirilməsi vacibdir. Valideyn iclasları təşkil pul yığılması kimi halların olmaması üçün tədbirlər görməlidir”.

Professor, sosioloq alim Əhməd Qəşəmoğlunun sözlərinə görə, geniş mənada götürəndə bu məsələdə valideynin günahı yoxdur:

"Valideyn ordan-burdan başqa valideynlərin hədiyyə aldığını, pul verdiyini, bunun hesabına uşaqlarına güzəşt edildiyini eşidir və ictimai rəy yaranır. Əgər bu olmasa, valideyn belə hərəkət etməz. İstənilən davranışın formalaşmasında üç amil ciddi rol oynayır:mühit, alınan informasiya, üstünlük verilən dəyərlər. Əgər mühitdə  bu qayda-qanun olmasa, valideyn elə iş görməz. Deməli, mühit artıq bu istiqamətdə korlanıb.

Digər tərəfdən sabah məlum olsa ki, məktəblərdə pul verən müəllimlərə qarşı tədbir görülür, ictimai qınaq var, valideynlər bu yola əl atmayacaqlar. Həmçinin cəmiyyətdə mənəvi dəyərlər öndə olsa, insanlar ədalətli, düzgün prinsiplər əsasında yaşadıqlarını göstərməyə çalışsa, o zaman problemin qarşısı alına bilər. Cəmiyyətdə baş verənlər bir neçə komponentin təsiri altındadır. O cümlədən bu məsələdə valideyn, ondan da öncə, mühit günahkardır”.

Müsahibimiz düşünür ki, problemin həlli üçün kompleks metodlar həyata keçirilməlidir:

"Cəmiyyətimiz elə vəziyyətə çatıb ki, burda nə təkcə maarifləndirmə bir problemi həll edə bilir, nə də hər hansı inzibati metod. Burda kompleks metodlar həyata keçirilməlidir. Bir tərəfdə sərt tədbirlər, o biri tərəfdə isə maarifləndirmə nəzərdə tutulmalıdır. Məsələn, televiziyalarda bu istiqamətdə maarifləndirmə işləri aparıla bilər. Cəmiyyətdə getdikcə maddi dəyərlər rol oynamağa başlayırsa, problemi həll etmək çətinləşir. Çalışmalıyıq ki, ölkəmizdə mənəvi dəyərlər daha aparıcı rol oynasın. Mənəvi dəyərlər arxa plana keçdikcə, məsələnin qarşısını almaq mümkün olmur”.

 

Deputatla direktor məktəbdə pul yığımının əsas günahkarı kimi valideyn və müəllimləri suçladı

 

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
"Qısası, bəzi valideynlərin düşüncələri düzəlsə, o biri problemlər də düzələcək”..700 bal toplayanlar

"Qısası, bəzi valideynlərin düşüncələri düzəlsə, o biri problemlər də düzələcək”..700 bal toplayanlar

Tərbiyədə ailə  yoxsa məktəb? - Mehriban  Məmmədova

Tərbiyədə ailə yoxsa məktəb? - Mehriban Məmmədova

Müəllimlər ciddi psixoloji sarsıntı keçirir - Əsas səbəblər

Müəllimlər ciddi psixoloji sarsıntı keçirir - Əsas səbəblər

Sizcə, yaxşı valideynsiniz ?

Sizcə, yaxşı valideynsiniz ?

Məsuliyyətsiz valideynlərə CƏZA? - Parlament layihəni gözləyir

Məsuliyyətsiz valideynlərə CƏZA? - Parlament layihəni gözləyir

Dərsə gedən bir uşaq, əlində telefon qoçaq…

Dərsə gedən bir uşaq, əlində telefon qoçaq…

Bu gün döyülən uşaq, sabah döyən valideyn olacaq - EKSPERT

Bu gün döyülən uşaq, sabah döyən valideyn olacaq - EKSPERT

Hansı valideyn tipisən?- ÖYRƏN!

Hansı valideyn tipisən?- ÖYRƏN!

Məktəblərdə telefon qadağan olunsun – TƏKLİF

Məktəblərdə telefon qadağan olunsun – TƏKLİF

Məktəblərdə köhnə miras - “Valideyn-Müəllim Assosiasiyaları” kimlərə xidmət edir...

Məktəblərdə köhnə miras - “Valideyn-Müəllim Assosiasiyaları” kimlərə xidmət edir...

Valideynlərin tədris prosesinə cəlb edilməsi nə deməkdir?

Valideynlərin tədris prosesinə cəlb edilməsi nə deməkdir?

Məktəblərin rus bölmələrinə maraq niyə artır?

Məktəblərin rus bölmələrinə maraq niyə artır?

"Əsəblərini cilovlaya bilməyən müəllim işləyə bilməz"

"Əsəblərini cilovlaya bilməyən müəllim işləyə bilməz"

Əxlaqsız şagird olayı - Daha dəhşətliləri var – Gizlədilənlər...

Əxlaqsız şagird olayı - Daha dəhşətliləri var – Gizlədilənlər...

Deputat: Abituriyentlərin intiharına görə mətbuat günahkardır

Deputat: Abituriyentlərin intiharına görə mətbuat günahkardır

Müəllim-valideyn münasibətləri necə tənzimlənməlidir?

Müəllim-valideyn münasibətləri necə tənzimlənməlidir?

”2 “qiymət  alan şagirdlərin əsas günahkarı kimdir?”

”2 “qiymət alan şagirdlərin əsas günahkarı kimdir?”

Yazın məktəblərə gətirdiyi xəstəliklər: Pediatr valideynlərə çağırış etdi

Yazın məktəblərə gətirdiyi xəstəliklər: Pediatr valideynlərə çağırış etdi

Bakıda 3-cü sinif şagirdi məktəbi bir-birinə qatıb: Valideynlər etiraz edir – VİDEO

Bakıda 3-cü sinif şagirdi məktəbi bir-birinə qatıb: Valideynlər etiraz edir – VİDEO

Bəzi məktəblərdə müəllim çatışmazlığı problemi qalır -SƏBƏBSƏ...

Bəzi məktəblərdə müəllim çatışmazlığı problemi qalır -SƏBƏBSƏ...

Müəllimi dərs saatından edən direktora hansı cəza verilə bilər? – Hüquqi rəy

Müəllimi dərs saatından edən direktora hansı cəza verilə bilər? – Hüquqi rəy

Nadir İsrafilov: “Məktəbin günahı böyükdür, lakin güahkar təkcə məktəb deyil…”

Nadir İsrafilov: “Məktəbin günahı böyükdür, lakin güahkar təkcə məktəb deyil…”

Dərs ilinin ilk günü ağlayan birincilər - Məktəbdə onlarla necə davranmaq lazımdır?

Dərs ilinin ilk günü ağlayan birincilər - Məktəbdə onlarla necə davranmaq lazımdır?

Azərbaycanda bu məktəblərdə müəllimlər üçün pul yığılır - SİYAHI

Azərbaycanda bu məktəblərdə müəllimlər üçün pul yığılır - SİYAHI