AzTehsil.com


Xəbərlər / Cəmiyyət
20 sentyabr 2017
2 954


Xaricdə dövlət universitetlərinin təhsilhaqqı aşağı salınır, Azərbaycanda isə qaldırılır



 

Dünyanın bir çox ölkəsində dövlət universitetlərinə tələbə cəlb etmək üçün təhsilhaqqı aşağı salınır və ya umumiyyətlə ləğv edilir. Amma Azərbaycanda vəziyyət tamamilə fərqlidir. Bizim dövlət ali məktəblərində ödənişli yerlərin sayı ildən-ilə artır, pulsuz yerlər azalır. 

Bu il Azərbaycanda həm dövlət, həm də özəl universitetlərdə təhsil haqqı artırılıb. Məsələn, keçən il ödənişi 3800 manat olan BDU-nun Hüquq fakültəsinin təhsil haqqı 4300 manata qədər qalxıb. 

"ADA” Universitetində elə ixtisas var ki, illik ödənişi 6500 manatdır. 

Dövlət İdarəçilik Akademiyasında illik ödənişi 2500 AZN, İqtisad Universitetində 1900-2500 AZN, Bakı Mühəndislik Universitetində 2000-2500 AZN, Dillər Universitetində 1000-2500 AZN, Milli Aviasiya Akademiyasında 1600-2500 AZN, Gömrük Akademiyasında 3000 AZN, Memarlıq və İnşaat Universitetində 2300 AZN, Tibb Universitetində 2000-3000 AZN, Bədən Tərbiyəsi və İdman Akademiyasında 2200 AZN olan ixtisaslar var.

Məsələ ilə bağlı Modern.az-a danışan təhsil eksperti Kamran Əsədov deyib ki, Azərbaycanda 54 ali təhsil müəssiəsində 160 minə yaxın tələbə təhsil alır. 

"Onlardan 70 faizi ödənişli əsaslarlarla, 30 faizi isə ödənişsiz əsaslarla (yəni dövlət sifarişli ixtisaslar) təhsil alırlar. Hər il ali məktəblərə qəbul aparılan plan yerinin 70-71 faizi ödənişli əsaslar, 29-30 faizi isə ödənişsiz əsaslar üçün nəzərdə tutulur. Əlbəttə, müqayisə etsək,  Azərbaycanın iqtisadi resursları ilə təbii ki, ödənişi əsaslarla plan yerlərinin sayı olduqca çoxdur. Azərbaycanda universitetlərdə təhsil haqları Azərbaycan vətəndaşının orta əməkhaqqına uyğun deyil. Nəzərə alsaq ki, Azərbayacan ali məktəblərinin heç biri dünyanın reytinq siyahısında yer almır. Halbuki, bizim universitetlərimizin təhsil haqları dünya reytinqində olan universitetlərdəkindən dəfələrlə çoxdur. Hesab edirəm ki, bu, düzgün yanaşma deyil. Dünya təcrübəsi ilə müqayisə etsək, Azərbaycanda təhsil haqları müəyyən olunarkən yalnız universitetin xərcləri və gəlirləri əsasında müəyyən olunur”.
 
K.Əsədov bildirib ki, dünyada bu proses fərqlidir, universitetə tələbə cəlb etmək üçün təhsilhaqqını minimuma endirirlər. 

"Məsələn, Türkiyədə bir çox dövlət universitetlərində bəzi ixtisasların ödənişləri Azərbaycan pulu ilə 90-100 manatdır. Halbuki, həmin universitetlərin təhsil səviyyəsi, dünya reytinqində yeri Azərbaycan universitetlərindən dəfələrlə yüksəkdir. Türkiyənin iri şəhərlərində yerləşən universitetlərin təhsil haqları Azərbaycanın bölgələrindəki ən geridə qalmış universitetin təhsil haqqından 5-6 dəfə aşağıdır, təhsil səviyyəsi isə Azərbaycan təhsilindən dəfələrlə yüksəkdir.  Bundan başqa, Türkiyə universitetlərində dərsin başlama müddətinə, yəni dərsin 1-ci, 2-ci, 3-cü növbə olmasında görə, təhsil haqları müxtəlif olaraq müəyyənləşir. Təhsil haqları daha çox axşam saatlarında keçirilən dərslərə görə müəyyən olunur. Məsələn, əgər birinci növbədə təhsil haqqı 100 manatdırsa, bu, ikinci növbədə 200 manat olur. Hətta Türkiyənin dövlət universitetlərinin əksəriyyətində 1-ci növbə üçün təhsil haqqı müəyyən edilmir. Bütün bunların sayəsində 2-ci növbədə oxuyan tələbə rahat şəkildə işləyir, sonra dərsə gəlir. 
Azərbaycan müstəqillik əldə edənə qədər Sovetlər dövründə bu prinsipdən istifadə olunurdu. Yəni, belə deyək ki, bizdə də axşam saatlarında tədris həyata keçirilirdi. İndi isə Azərbaycanda təhsil yalnız 1-ci və 2-ci növbə olaraq müəyyən olunur. Universitetlərdə daha çox 1-ci, 3-cü kurslar səhər növbəsində, 2-ci, 4-cü kurslar isə ikinci növbədə təhsil alır. Yalnız MBA proqramı üzrə magistratura pilləsində təhsil alanların dərsləri saat 7-dən sonra başlayır. Onların da təhsil haqqı dərsin başlama vaxtına görə təyin olunmur. Amma Azərbaycanda təhsil haqları 1-ci və 2-ci növbə üçün standart olaraq müəyyənləşir. Hesab edirəm ki, resursların cəlb olunmasına görə müxtəlif təhsil haqlarının müəyyən olunması bu sahəyə insanların maraq göstərməsinə səbəb olacaq”.



Загрузка...
Həmçinin oxuyun:
Hansı universitetlər təhsil haqlarını artırıblar?

Hansı universitetlər təhsil haqlarını artırıblar?

Bəzi univeritetlərdə təhsil haqqları artırıldı – SİYAHI

Bəzi univeritetlərdə təhsil haqqları artırıldı – SİYAHI

«Təhsil haqları 500-800 manatdan artıq olmamalıdır»

«Təhsil haqları 500-800 manatdan artıq olmamalıdır»

Özəl universitetlərdə hansı ixtisasların təhsil haqları endirildi... - SİYAHI

Özəl universitetlərdə hansı ixtisasların təhsil haqları endirildi... - SİYAHI

Təhsil haqqı artırılır, təhsil səviyyəsi düşür: çıxış yolu varmı?

Təhsil haqqı artırılır, təhsil səviyyəsi düşür: çıxış yolu varmı?

Özəl ali məktəblər qiymətləri 50 faiz endirdi

Özəl ali məktəblər qiymətləri 50 faiz endirdi

Qafqaz Universitetinin tələbələri üçün Bakı Mühəndislik Universitetində təhsil haqqı cari tədris ili üçün sabit qalacaq

Qafqaz Universitetinin tələbələri üçün Bakı Mühəndislik Universitetində təhsil haqqı cari tədris ili üçün sabit qalacaq

"İndi ali təhsil kasıb ailələr üçün də əlçatan olacaq"

"İndi ali təhsil kasıb ailələr üçün də əlçatan olacaq"

Özəl ali məktəblər boş qaldı

Özəl ali məktəblər boş qaldı

Ali təhsil müəssisələrinin magistraturalarına 6361 bakalavr qəbul olunub

Ali təhsil müəssisələrinin magistraturalarına 6361 bakalavr qəbul olunub

TƏLƏBƏLƏRƏ 7 MİN MANAT KREDİT VERİLƏCƏK-Nadir İsrafilov rəy bildirir

TƏLƏBƏLƏRƏ 7 MİN MANAT KREDİT VERİLƏCƏK-Nadir İsrafilov rəy bildirir

Müəllimlərin əmək haqları artırılacaq

Müəllimlərin əmək haqları artırılacaq

Azərbaycanda müəllimlərin əmək haqları artırıldı

Azərbaycanda müəllimlərin əmək haqları artırıldı

Əlaçılar peşə məktəblərinə niyə üz tutur? – Ekspert

Əlaçılar peşə məktəblərinə niyə üz tutur? – Ekspert

Tarif Şurası universitetlərə gedən yolu bağladı

Tarif Şurası universitetlərə gedən yolu bağladı

"Amma əlbəttə ki, zibildən konfet düzəltmək olmaz"..ekspertin fikirləri

"Amma əlbəttə ki, zibildən konfet düzəltmək olmaz"..ekspertin fikirləri

Universitet seçimində tərəddüd edənlər üçün

Universitet seçimində tərəddüd edənlər üçün

Xaricdə təhsil alanlar imtahansız, daxildə oxuyanlar imtahanla - Dövlət qulluğuna qəbulda ədalətsizlik...

Xaricdə təhsil alanlar imtahansız, daxildə oxuyanlar imtahanla - Dövlət qulluğuna qəbulda ədalətsizlik...

Azərbaycanda hamilə və 2 yaşadək uşağı olan qadınların ödənişsiz əsaslarla ali təhsil alması təklif edilir

Azərbaycanda hamilə və 2 yaşadək uşağı olan qadınların ödənişsiz əsaslarla ali təhsil alması təklif edilir

150 bal toplayanlara ŞAD XƏBƏR! – Azərbaycan Kooperasiya Universitetinə qəbul ola bilərsiz

150 bal toplayanlara ŞAD XƏBƏR! – Azərbaycan Kooperasiya Universitetinə qəbul ola bilərsiz

"Azərbaycan ali təhsillilərin sayı görə dünyada qəbul olunmuş normadan azdır"

"Azərbaycan ali təhsillilərin sayı görə dünyada qəbul olunmuş normadan azdır"

Hesablama Palatası daha bir universitetin fəaliyyətində nöqsanlar aşkar etdi

Hesablama Palatası daha bir universitetin fəaliyyətində nöqsanlar aşkar etdi

Ali məktəblərə qəbul olunmuş bəzi gənclər təhsildən imtina etdilər – SİYAHI

Ali məktəblərə qəbul olunmuş bəzi gənclər təhsildən imtina etdilər – SİYAHI

İmtahan qiymətlərindən aydın olur ki, əsas hədəf daha çox qazanc götürməkdir

İmtahan qiymətlərindən aydın olur ki, əsas hədəf daha çox qazanc götürməkdir