AzTehsil.com


Xəbərlər
06 dekabr 2018
2 740


Orta məktəblər hansı yolla alternativ pul qazana bilərlər? – “Əgər bunlara əməl etsələr...”



Orta məktəblər hansı yolla  alternativ pul qazana bilərlər? – “Əgər bunlara əməl etsələr...”

 

 
Azərbaycanda ümumi təhsil müəssisələrinin sahibkarlıq fəaliyyəti ilə məşğul olması nəzərdə tutulur.

Bu barədə məsələ Milli Məclisin Elm və təhsil komitəsinin iclasında müzakirəyə çıxarılan yeni hazırlanmış "Ümumi təhsil haqqında” Qanun layihəsində əksini tapıb.

Layihədə  bildirilib ki, ümumtəhsil müəssisəsi əlavə gəlir əldə etmək məqsədilə profili və fəaliyyət istiqamətlərinə uyğun olaraq və təhsilin prioritetliyini əsas götürməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi sahibkarlıq fəaliyyəti növləri ilə məşğul ola bilər. Bu fəaliyyətlərə isə ödənişli təhsil xidmətləri, yardımçı təsərrüfatlardan əldə olunan məhsulların, şagirdlərin əl işlərinin satışından, icarədən əldə olunan gəlirlər və s. daxildir.

Bəs layihə müzakirəyə çıxarılıb təsdiq edilsə, nəticəsi necə ola bilər? Onun ümumtəhsil müəssisələrində hansı müsbət və neqativ dəyişikliklərə səbəb olma ehtimalı var?

"Onsuz da məktəblər bununla qeyri-formal məşğul olurlar”

Məsələ ilə bağlı AzEdu.az-a danışan təhsil eksperti Etibar Əliyev deyib ki, layihənin təsdiqi və tətbiq olunması qeyri-müəyyən mühit yarada bilər:

"Bu gün məktəblər necə sahibkarlıqla məşğul ola bilərlər? Ümumtəhsil müəssisəsinin normal bir kampusu yox, müəllimlərin məktəb daxilində hansısa sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları üçün şərait yox... Bu məsələ hələ müzakirə olanda xeyli suallar doğurdu.

Belə hesab edirlər ki, məktəblər ödənişli kurslar açmalıdır. Məktəb ödənişli kurs açdıqda isə repetitor xidməti genişlənəcək. Yəni, bunun müəyyən fəsadları var. Fəsadların əksəriyyəti isə elə ödənişli kursların yaradılması ilə bağlıdır. Onsuz da ki, məktəblər bununla qeyri-formal məşğul olurlar. Hamı bilir ki, müəllimlər repetitorluq edirlər. Direktorların əksəriyyəti də onlar üçün həmin şəraiti yaradırlar. Şübhəsiz ki, burada heç bir vergi ödəmədən söhbət getmir. Sadəcə direktor və müəllimlərin marağı çərçivəsində həyata keçirilir”.

"Bu, ortaya atılsa da, praktikası nəzərdə tutulmayan fəaliyyətdir”

Ekspertin fikrincə, 12 illik orta təhsilə keçid nəzərdə tutulsaydı, bu layihənin tətbiqi  mümkün olardı:

"Bu fikri mən Milli Məclisdə də səsləndirdim. 4 il ibtidai, 6 il orta, 2 il isə tam orta təhsil olmaqla 12 illik təhsil sisteminə keçid olsa və bu 2 il müddətdə təmayülləşmə prosesinə imkan yaradılsa, məktəblər sahibkarlıqla məşğul ola bilərdilər. Yəni, bu 2 il müddətində uşaqları bənnalıq, təmir tikinti işlərinə yönləndirmək olardı. Amma indiki 11 illik təhsildə bu çox mürəkkəb məsələdir. Bu, ortaya atılsa da, praktikası nəzərdə tutulmayan fəaliyyətdir”.

"Öncə hazırkı direktorlarda maliyyənin idarə edilməsi bacarıqlarını formalaşdırmaq lazımdır”

Təhsil eksperti Kamran Əsədov isə bildirib ki, məktəbin biznesin hər hansı sahəsi ilə məşğul olması, istər-istəməz, təhsilin keyfiyyətinə təsir edə bilər:

"Məktəblər yalnız öz predmetinə uyğun sahələr üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilərlər. Orta ümumtəhsil müəssisələri yüksək keyfiyyətli tədris biznesi ilə məşğul ola, həmçinin, elmi ixtiraları satışa çıxara bilər. Orta ümumtəhsil məktəbləri elmi sahədə hər hansı bir ideyanı patentləşdirib sata bilər. Sahibkarlıq subyekti ilə müəyyən əməkdaşlıq çərçivəsində laborator fəaliyyət göstərmək  də mümkündür.  Amma bunun üçün öncə hazırkı direktorları müxtəlif təlimlərə cəlb etməklə onlarda maliyyənin idarə edilməsi bacarıqlarını formalaşdırmaq lazımdır”.

Ekspertin sözlərinə görə, bu gün ölkədəki 4535 orta məktəbin hər biri dövlət büdcəsindən asılı haldadır. Məktəblər yalnız dövlət büdcəsi hesabına öz infrastrukturunu qurub, əməkdaşların əməkhaqqını ödəyirlər:

"Universitetlərdən fərqli olaraq, orta məktəblərdə təhsil haqqı ödənilmədiyi üçün, onların əlavə maliyyə mənbələrinin olmasına ehtiyac var. Orta məktəblərin həyatyanı sahəsi olur. Həmin sahədən səmərəli şəkildə istifadə etmək olar. Bu, kənd əraziləri və ya uzaq qəsəbələrdə reallaşa bilər. Həmçinin, məktəbin inzibati binasından səmərəli şəkildə istifadə oluna bilər. Orta ümumtəhsil məktəblərində müəllim heyətinin müəyyən xidmətlər qarşılığında çalışması da mümkündür. Məsələn, xarici dil müəllimləri tərcüməçi kimi çalışa bilərlər. Məktəbin stadionunda pullu xidmət qarşılığında idman yarışlarının keçirilməsi mümkündür. Peşə dərslərində istehsal olunan hər hansı bir məhsul satışa çıxarıla, əldə olunan gəlir məktəbin hesabına daxil ola bilər”.

"Ən neqativ halda daxil olan vəsaitləri məktəb rəhbərliyi mənimsəyə bilər”

Qanunvericilikdə məktəbin öz resurslarından səmərəli istifadə etməli olduğu qeyd edilib. Amma Kamran müəllim düşünür ki, mütləq bütün maliyyə dövriyyəsi şəffaf, hesabatlı olmalı, daxil olan vəsaitlər ancaq ehtiyac olan istiqamətlərə sərf olunmalıdır:

"Hazırda hansısa bir fəaliyyət üçün orta məktəb yuxarı təşkilatdan maliyyə gözləyir. Bu da çevikliyi azaldır. Amma orta məktəbin öz büdcəsi olsa, qarşıya çıxan problemi çevikliklə həll edə bilər və daha sürətlə inkişaf edər.

Ən neqativ halda daxil olan vəsaitləri məktəb rəhbərliyi mənimsəyə, öz məqsəd və maraqları üçün istifadə edə bilər. Bunun aradan qaldırılması üçün hesabatlılıq mütləqdir”.



Загрузка...
Həmçinin oxuyun:
Təhsil müəssisəsinin əlavə gəlir əldə etmək məqsədi ilə məşğul olmasına yol verilən sahibkarlıq fəaliyyəti növlərinin müəyyən edilməsi haqqında

Təhsil müəssisəsinin əlavə gəlir əldə etmək məqsədi ilə məşğul olmasına yol verilən sahibkarlıq fəaliyyəti növlərinin müəyyən edilməsi haqqında

Məktəblərdə vahid forma necə müəyyənləşdirilir?- Dizayn və qiymət fərqləri

Məktəblərdə vahid forma necə müəyyənləşdirilir?- Dizayn və qiymət fərqləri

TEST 2 Direktor olmaq istəyənlər üçün Təhsil müəssisələrinin  tipləri və növləri

TEST 2 Direktor olmaq istəyənlər üçün Təhsil müəssisələrinin tipləri və növləri

Peşə təhsili üçün böyük stimullaşdırma- Peşə təhsili hüququ kimlərə verilir?

Peşə təhsili üçün böyük stimullaşdırma- Peşə təhsili hüququ kimlərə verilir?

Ali məktəblər publik hüquqi şəxs statusunda...

Ali məktəblər publik hüquqi şəxs statusunda...

Orta məktəblərin statusu DƏYİŞDİRİLİR

Orta məktəblərin statusu DƏYİŞDİRİLİR

“Peşə təhsili haqqında” qanun layihəsi 2-ci oxunuşda qəbul edildi

“Peşə təhsili haqqında” qanun layihəsi 2-ci oxunuşda qəbul edildi

Bakıda orta məktəblər pullu olacaq? (YENİLƏNİB)

Bakıda orta məktəblər pullu olacaq? (YENİLƏNİB)

Bir daha ümumtəhsil məktəbinin strukturu haqqında

Bir daha ümumtəhsil məktəbinin strukturu haqqında

Müəllimlərin nəticələri şagirdlərdən aşağıdır – Rayon təhsil şöbələrinə sərt İTTİHAM

Müəllimlərin nəticələri şagirdlərdən aşağıdır – Rayon təhsil şöbələrinə sərt İTTİHAM

Bakıda saxta dərsliklər satışa çıxarıldı – FOTO

Bakıda saxta dərsliklər satışa çıxarıldı – FOTO

Bu qərar minlərlə insanın işsiz qalmasına səbəb olacaq (ŞƏRH)

Bu qərar minlərlə insanın işsiz qalmasına səbəb olacaq (ŞƏRH)

“Məlum yenilik heç də dövlət təhsil müəssisələrinin pullu olması anlamına gəlmir”

“Məlum yenilik heç də dövlət təhsil müəssisələrinin pullu olması anlamına gəlmir”

Repetitorlar Azərbaycanda təhsilinin bəlasına çevrilib - Günün problemi

Repetitorlar Azərbaycanda təhsilinin bəlasına çevrilib - Günün problemi

Pedaqoji idarəetmədə hesabatlılıq

Pedaqoji idarəetmədə hesabatlılıq

"Yetər artıq, müəllimlərin "imtahan-imtahan" oyununu bitirmək lazımdır"

"Yetər artıq, müəllimlərin "imtahan-imtahan" oyununu bitirmək lazımdır"

Orta məktəblər pullu olmayacaq - RƏSMİ AÇIQLAMA

Orta məktəblər pullu olmayacaq - RƏSMİ AÇIQLAMA

"Digər məmurlar dərs dediyi halda niyə təhsil işçiləri dərs deməsinlər?"

"Digər məmurlar dərs dediyi halda niyə təhsil işçiləri dərs deməsinlər?"

Məktəblərin reytinq cədvəlinin hazırlanması göründüyü qədər asan məsələ deyil.

Məktəblərin reytinq cədvəlinin hazırlanması göründüyü qədər asan məsələ deyil.

Orta məktəblərdən başlamaq lazımdır -EKSPERT

Orta məktəblərdən başlamaq lazımdır -EKSPERT

Məktəblərimizin mühafizə problemi: Şagirdləri kim və necə qoruyur?

Məktəblərimizin mühafizə problemi: Şagirdləri kim və necə qoruyur?

“Müəllim, şagird məktəbə qaytarılmalı və…”

“Müəllim, şagird məktəbə qaytarılmalı və…”

"Təhsil Qanunu"ndakı dəyişikliklər ekspertlərin gözü ilə...RƏYLƏR

"Təhsil Qanunu"ndakı dəyişikliklər ekspertlərin gözü ilə...RƏYLƏR

Ali məktəblər Bakının mərkəzindən köçürüləcək - SƏBƏB

Ali məktəblər Bakının mərkəzindən köçürüləcək - SƏBƏB