AzTehsil.com


Xəbərlər
18 noyabr 2017
4 068


Peşə təhsili üçün böyük stimullaşdırma- Peşə təhsili hüququ kimlərə verilir?



Peşə təhsili üçün böyük stimullaşdırma- Peşə təhsili hüququ kimlərə verilir?

Gənclərin peşə təhsilinə marağının artırılması istiqamətində önəmli rol oynayacaq "Peşə təhsili haqqında” ilk qanun layihəsinə tezliklə Milli Məclisin plenar sessiyasında baxılacaq.

 

Noyabrın 15-də Milli Məclisin elm və təhsil komitəsinin iclasında baş tutan müzakirədən sonra buna qərar verilib.


Məlum olduğu kimi, peşə təhsili müasir standartlara uyğun olaraq tamamilə yenidən qurulur. Həm Bakıda, həm də ayrı-ayrı rayonlarda yeni peşə məktəbləri istifadəyə verilir, əvvəlcədən fəaliyyət göstərən peşə təhsil müəssisələrinin şəraiti yaxşılaşdırılır. Bu məsələdə ən qabaqcıl təcrübənin tətbiqinə çalışılır. Təhsilin inkişafında prioritet istiqamətlərdən olan peşə təhsili ilə bağlı qanun layihəsi hazırlanarkən də məhz ayrı-ayrı ölkələrin qanunvericilik sənədləri və təcrübəsi öyrənilib. Müzakirələrdən belə məlum olub ki, beynəlxalq təcrübə yerli reallıqlar da nəzərə alınmaqla yeni qanun layihəsində öz əksini tapıb.


Peşə təhsilinə marağı artırmaq, bu sahənin inkişafını sürətləndirmək məqsədi ilə müəyyən güzəştlər nəzərdə tutan bəzi qərarlar qəbul edilib. Peşə təhsili alanlara hərbi xidmətdən möhlət hüququ, təcrübə sahəsində əməkhaqqı alma hüququ, xüsusi imtiyazlara sahiblənmə hüququ verilib. Beləliklə, peşə təhsili müəssisələrində tam orta təhsil alan şəxslərə təhsili başa vurduqdan sonra növbəti təhsil pilləsinə qəbul prosesində iştirak üçün 1 çağırış müddətinə həqiqi hərbi xidmətdən möhlət hüququ verilir.


Peşə təhsili müəssisələrinə dövlət dəstəyinin göstərilməsini məqsədəuyğun sayan İşçi Qrup peşə təhsili müəssisələrinin məzunlarına növbəti təhsil pilləsinə keçid zamanı üstünlük verməyə qərar verib. Dövlət təhsil müəssisələrində təhsil alanlar xüsusi iş geyim formaları ilə də təmin ediləcək. Layihədə nəzərdə tutulub ki, Azərbaycanda peşə təhsili müəssisələrinə və onların müdavimlərinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları üçün dövlət tərəfindən xüsusi imtiyazlar verilsin. Peşə təhsili müəssisələrində təhsil alanların təcrübə keçmələri üçün xüsusi meyarlar əsasında seçilmiş idarə, müəssisə, fermer təsərrüfatı və təşkilatlara müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən imtiyazlar (vergi güzəştləri, aşağı faizli kreditlər, yeni texnika və texnologiyaların əldə olunması və sair) da nəzərdə tutulub.


Yeni qanun layihəsi ölkəmizdə peşə hazırlığının səmərəliliyinin artırılması və rəqabətqabiliyyətli ixtisaslı kadrların hazırlanması məqsədilə bu sahədə dövlət siyasətinin prinsiplərini, təhsil və təlim sisteminin təşkilati-hüquqi, iqtisadi əsaslarını müəyyən edir. Qanun təhsil və elm vasitəsilə ölkənin gələcək tərəqqisi üçün peşə hazırlığının bütün formalarına şamil edilir.


5 fəsil, 26 maddədən ibarət yeni qanunda bir sıra anlayışların - formal, informal, qeyri-formal peşə təhsili, ixtisaslaşma, peşə standartları, peşə təhsilinin inkişafı fondu, təhsildə inteqrasiya və digər - mənası açıqlanır.


Sənəddə peşə təhsili almaq üçün bərabər imkanların yaradılması, peşə təhsilinin milli və dünya təhsil sisteminin, elmin, iqtisadiyyatın nailiyyətləri, ailə və ictimai tərbiyənin məqsədyönlü inteqrasiyası əsasında təşkili, bu sahədə fasiləsiz öyrənmənin, varisliyin və mobilliyin təmin olunması, peşə təhsilinin müasir standartlara, habelə şəxsiyyətin, cəmiyyətin və dövlətin maraqlarına uyğunluğu kimi dövlət siyasətinin əsas prinsipləri müəyyən olunur. Burada stimullaşdırıcı tədbirlərin tətbiqi, məlumat bazasının, nəticələrə əsaslanan maliyyələşdirmə sisteminin və əmək bazarında rəqabətədavamlı əməkhaqqı sisteminin yaradılması, sağlamlıq imkanı məhdud olan şəxslərin inklüziv təhsilinin təşkili, məqsədli peşə inkişafı proqramlarının hazırlanması kimi dövlət siyasətinin əsas istiqamətləri də əksini tapıb.


Qanuna əsasən, peşə təhsilinə dair normativ hüquqi aktların qəbulu, təhsil standartlarının və proqramların hazırlanması üçün sahibkarlar, sahə və peşə assosiasiyaları ilə əməkdaşlıq, dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alanların təhsil haqlarının müəyyən edilməsi, peşə təhsilinin qeyri-dövlət sektorunun dəstəklənməsi, peşə təhsili müəssisələrinin fəaliyyətinə lisenziyanın verilməsi, onun ləğvi kimi məsələlərin dövlət tərəfindən həyata keçirilməsi nəzərdə tutulub. Layihədə göstərilib ki, peşə təhsili müəssisələrinə lisenziyalar birdəfəlik, müddətsiz veriləcək.


Qanunda peşə təhsili sisteminin quruluşundan tutmuş, peşə təhsili müəssisələrinin növləri və təhsil müddətinə qədər hər məqama aydınlıq gətirilib. Layihədə peşə təhsilinin 3 səviyyəsi müəyyən edilib:


Müxtəlif peşə istiqamətlərinə aid fəaliyyət sahəsi üzrə sadə vəzifələrin icrasına imkan verən nəzəri və metodiki hazırlığın aparıldığı ilk peşə təhsili birinci səviyyədir. Burada ümumtəhsil məktəblərində tədris edilən əmək təlimi dərsləri zamanı və orta təhsildən sonra birillik kurslarda əldə edilən peşə bacarıqları nəzərdə tutulur.


Peşə təhsilinin ikinci səviyyəsində müxtəlif peşə istiqamətlərinə aid fəaliyyətin spesifik sahəsi üzrə sadə, xüsusi və mürəkkəb işləri yerinə yetirmək imkanı verən nəzəri, metodiki və praktiki hazırlığı nəzərdə tutan texniki peşə təhsili dayanır.


Üçüncü - orta peşə təhsili səviyyəsində müxtəlif peşə istiqamətlərinə aid fəaliyyətin spesifik sahəsi üzrə həyata keçiriləcək işlərin planlaşdırılması, təşkili və idarə edilməsi daxil olmaqla sadə, xüsusi və mürəkkəb işləri müstəqil yerinə yetirməyə imkan verən yüksək nəzəri, metodiki və praktiki hazırlıq aparılır.

 

Peşə təhsili hüququ kimlərə verilir?


Peşə təhsili müəssisələri peşə məktəbi, peşə liseyi və peşə təhsil mərkəzi olaraq fəaliyyət göstərir.


Peşə təhsili almaq hər kəsin hüququdur. Bu hüquq ölkə vətəndaşlarına hələ orta məktəbdə oxuduğu vaxtdan verilir. Artıq qeyd etdiyimiz kimi, ümumtəhsil müəssisələrində şagirdlər ilk peşə təhsili alır. Peşə məktəbinə qəbul olunanlara yalnız texniki peşə təhsili almaq hüququ verilir. Peşə liseyinə ümumi orta təhsil bazasından qəbul olunan şəxslərə texniki peşə təhsili ilə yanaşı, tam orta təhsil, tam orta təhsil bazasından qəbul olunan şəxslərə texniki peşə təhsili almaq hüququ verilir. Peşə təhsil mərkəzinə ümumi orta təhsil bazasından qəbul olunan şəxslərə texniki peşə təhsili ilə yanaşı, tam orta təhsil və orta peşə təhsili, tam orta təhsil bazasından qəbul olunan şəxslərə texniki peşə təhsili və ya orta peşə təhsili almaq hüququ verilir.

 

Təhsil müddəti 6 aydan 4 ilə qədərdir


Təbii ki, təhsil müddəti peşə səviyyəsindən, növündən asılı olaraq, dəyişir. Tutaq ki, peşə təhsil müəssisələrində ixtisasartırma və yenidən hazırlanma kursları təşkil olunur. Ümumi orta və tam orta təhsil səviyyəsini bitirib, istehsalatda və ya digər iş sahələrində müəyyən nəzəri və praktiki peşə bacarıqları qazanmış şəxslər üçün işəgötürənlərin və fərdlərin sifarişləri əsasında həmin və ya digər peşənin öyrənilməsi, ixtisasının artırılması və yenidən hazırlanması üzrə kurslarda təhsil müddəti 6 aya qədərdir.


Peşə məktəblərində ümumi orta təhsil bazasından qəbul olunmuş və texniki peşə təhsili alanlar üçün təşkil edilən qruplarda təhsil müddəti peşənin mürəkkəbliyindən asılı olaraq 1 və ya 2 ildir. Tam orta təhsil bazasından qəbul olunmuş və texniki peşə təhsili alanlar üçün təşkil edilən qruplarda 1 il nəzərdə tutulub.


Peşə liseylərində ümumi və ya tam orta təhsil bazasından qəbul olunmağından asılı olaraq da təhsil müddəti dəyişir. Ümumi orta təhsil bazasından qəbul olunan və texniki peşə təhsili ilə yanaşı, tam orta təhsil alanlar üçün təşkil edilən qruplarda bu müddət 3 ildirsə, tam orta təhsil bazasından qəbul olunmuş və texniki peşə təhsili alanlar üçün təşkil edilən qruplarda cəmi 1 ildir.


Peşə təhsil mərkəzlərində də peşə liseylərində olduğu kimi, ümumi orta təhsil bazasından qəbul olunmuş və texniki peşə təhsili ilə yanaşı, tam orta təhsil alanlar üçün təşkil edilən qruplarda təhsil müddəti 3 il çəkir. Ancaq tam orta təhsil bazasından qəbul olunmuş və texniki peşə təhsili alanlar üçün təşkil edilən qruplarda 1 il təhsil almaq kifayət edir.


Ümumi orta təhsil bazasından qəbul olunmuş orta peşə təhsili alanlar üçün təhsil müddəti 4 il, peşə təhsil mərkəzlərinə tam orta təhsil bazasından qəbul olunmuş orta peşə təhsili alanlar üçün təşkil edilən qruplarda 3 ildir.

 

Peşə təhsili müəssisələri hardan alıb, nəyə xərcləyəcək?


Peşə təhsili müəssisəsinin maliyyə mənbələri də dəqiq ifadə olunub. "Peşə təhsili haqqında” qanun layihəsinin 22-ci maddəsində qeyd edilib ki, təşkilati-hüquqi formasından və mülkiyyət növündən asılı olaraq, peşə təhsili müəssisəsinin maliyyə mənbələri fərqlənir. Belə ki, dövlət peşə təhsili müəssisəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normativlərə uyğun maliyyələşdirilir. Bu normativlər hər bir təhsilalana düşən məsrəf məbləği nəzərə alınmaqla müəyyən edilir.

 

Dövlət peşə təhsili müəssisəsi dövlət büdcəsi və ya dövlət fondlarının vəsaitləri ilə yanaşı, büdcədənkənar vəsaitlər, ödənişli təhsil xidmətlərindən daxil olan vəsaitlər; kreditlər, qrantlar, ianələr; innovasiya və sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlər; qanunvericiliklə müəyyən olunmuş qaydada cəlb edilmiş investisiyalar; həmçinin qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına maliyyələşə bilər.


Bələdiyyə və özəl peşə təhsili müəssisələri isə təsisçinin (təsisçilərin) vəsaitləri; təhsil xidmətlərinə görə əldə olunan vəsaitlər, hüquqi və fiziki şəxslərin maliyyə yardımları; sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlər; qanunvericiliyə uyğun qaydada alınan qrant, ianə, kredit və yardımlar; qanunvericiliklə qadağan edilməyən digər mənbələrdən əldə olunan vəsaitlərlə maliyyələşə biləcək.


Peşə təhsili müəssisəsi öz nizamnaməsi ilə müəyyən edilmiş qaydada fiziki və hüquqi şəxslərə müxtəlif ödənişli təhsil və digər xidmətləri göstərə, hüquqi və fiziki şəxslərdən ianələr və könüllü yardımlar ala bilər. Bələdiyyə və özəl peşə təhsili müəssisəsində təhsilalanlar üçün nəzərdə tutulan ödəniş haqqı əmək bazarının tələbatına uyğun olaraq tələb-təklif prinsipi əsasında tənzimlənir. Peşə təhsili müəssisəsinin digər maliyyə mənbələri hesabına əldə etdiyi vəsaitlər bilavasitə müəssisənin maddi-texniki bazasının inkişafına, istedadı ilə fərqlənən şəxslərin stimullaşdırılmasına, rəğbətləndirilməsinə və işçilərin sosial müdafiəsinə yönəldilir.




Загрузка...
Həmçinin oxuyun:
Azərbaycanda özəl peşə təhsili müəssisələri yaradılacaq

Azərbaycanda özəl peşə təhsili müəssisələri yaradılacaq

Azərbaycanda peşə təhsilinin üç pilləli olması təklif edilir

Azərbaycanda peşə təhsilinin üç pilləli olması təklif edilir

Azərbaycanda peşə məktəbləri 1, 3 və 4 illik olacaq

Azərbaycanda peşə məktəbləri 1, 3 və 4 illik olacaq

Peşə məktəblərində şagirdlərə xüsusi geyim formaları veriləcək

Peşə məktəblərində şagirdlərə xüsusi geyim formaları veriləcək

Peşə təhsili ilə bağlı daha bir YENİLİK - Fond yaradılır

Peşə təhsili ilə bağlı daha bir YENİLİK - Fond yaradılır

Bu tələbələr maaş da ala biləcəklər - Yeni qanun

Bu tələbələr maaş da ala biləcəklər - Yeni qanun

Peşə məktəbləri ödənişli və ödənişsiz olacaq- YENİLİK

Peşə məktəbləri ödənişli və ödənişsiz olacaq- YENİLİK

İlk peşə-ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başlayıb

İlk peşə-ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başlayıb

"ASAN peşə” layihəsi üzrə əlavə ixtisas seçiminin vaxtı uzadılıb

"ASAN peşə” layihəsi üzrə əlavə ixtisas seçiminin vaxtı uzadılıb

Təhsil Nazirliyi: 8651 nəfər ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olub

Təhsil Nazirliyi: 8651 nəfər ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olub

“Asan peşə” layihəsi üzrə boş qalan yerlərə əlavə ixtisas seçimi başlayıb

“Asan peşə” layihəsi üzrə boş qalan yerlərə əlavə ixtisas seçimi başlayıb

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulu davam edir

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulu davam edir

Peşə-ixtisas təhsili müəssisələrinə qəbul olanların qeydiyyat vaxtı uzadılıb

Peşə-ixtisas təhsili müəssisələrinə qəbul olanların qeydiyyat vaxtı uzadılıb

"Peşə təhsil müəssisələrinin optimallaşdırılması bir çox imkanlara yol açır"

"Peşə təhsil müəssisələrinin optimallaşdırılması bir çox imkanlara yol açır"

Bu ilin sonunadək “Peşə təhsili haqqında” qanun qəbul oluna bilər

Bu ilin sonunadək “Peşə təhsili haqqında” qanun qəbul oluna bilər

Peşə məktəblərinin boş qalan yerlərinə əlavə ixtisas seçimi avqustun 28-də başlayacaq

Peşə məktəblərinin boş qalan yerlərinə əlavə ixtisas seçimi avqustun 28-də başlayacaq

“ASAN peşə” layihəsi üzrə əlavə ixtisas seçimlərinin nəticələri açıqlanıb

“ASAN peşə” layihəsi üzrə əlavə ixtisas seçimlərinin nəticələri açıqlanıb

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulu başlayır

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulu başlayır

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulunun nəticələri açıqlanıb

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulunun nəticələri açıqlanıb

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulunun nəticələri açıqlanıb

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulunun nəticələri açıqlanıb

Peşə təhsili və təlimi sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub

Peşə təhsili və təlimi sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub

Peşə məktəblərində təhsil almaq üçün 2000-dən çox şagird qeydiyyatdan keçib

Peşə məktəblərində təhsil almaq üçün 2000-dən çox şagird qeydiyyatdan keçib

Peşə məktəblərində təhsil haqqı aşağı salınıb

Peşə məktəblərində təhsil haqqı aşağı salınıb

Yeni tədris ilindən veb-dizayner ixtisası üzrə kadr hazırlığına başlanılır

Yeni tədris ilindən veb-dizayner ixtisası üzrə kadr hazırlığına başlanılır