AzTehsil.com


Xəbərlər
20 aprel 2024
836


BDU-nun tələbəsi intihar etdi




Bakı Dövlət Universitetindən Oxu.Az-a Ramil Nəsirovun vəfatı ilə bağlı bildirilib ki, R.Nəsirov Şərqşünaslıq fakültəsinin IV kurs tələbəsi olub:


“2020-ci ildə BDU-nun Şərqşünaslıq fakültəsinə Tərcümə (fars dili) ixtisası üzrə qəbul olunmuş Ramil Nəsirov Universitetin təhsil göstəricələrinə görə fərqlənən və ictimai fəallığı ilə seçilən tələbələrindən olub. Daim BDU-nun və fakültənin ictimai həyatında aktiv iştirak edib. 2023-2024-cü tədris ilinin qış imtahan sessiyasında müvəffəq qiymətlər alıb və cari tədris ilində BDU-da təhsilini müvəffəqiyyətlə başa vurması gözlənilirdi”.




Загрузка...