Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün müsabiqə qaydasında dəyişiklik edilib
“Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”də dəyişiklik edilib.
President.az -ın məlumatına görə, bununla bağlı Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 15 aprel tarixli 222 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı imzalanıb.
Fərmana əsasən qərara alınıb ki, “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
1. 1.7.4-cü yarımbənddə “ali təhsil tələb olunmayan” sözləri “informasiya texnologiyaları sahəsində” sözləri ilə əvəz edilsin.
2. 1.7.6-cı yarımbəndə “baş” sözündən əvvəl “ali və” sözləri əlavə edilsin.
3. 3.3.5-ci yarımbənddən “(bu Əsasnamənin 1.7.4-cü yarımbəndində göstərilən şəxslər istisna olmaqla)” sözləri çıxarılsın.