AzTehsil.com


Xəbərlər
20 aprel 2024
738


Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU




Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.


Oxu.Az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.


Qeyd edilib ki, imtahanda iştirak edən 9-cu sinif şagirdləri verilmiş keçidə(https://www.e-gov.az/az/services/read/2641/0?tqdk_xdm=19) daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin qrafik təsviri ilə tanış ola bilərlər. İmtahan iştirakçıları iş nömrələrini  buradan  öyrənə bilərlər.


Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı) mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə bu imtahan üçün nəzərdə tutulan buraxılış vərəqəsində göstərilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.


Yazı işlərinin (açıq tipli tapşırıqların cavabları) yoxlanılması prosesi onlayn şəkildə həyata keçirilib. Belə ki, hər marker yoxlama prosesinə öz evindən qoşularaq proqramın onun kompüterinə təsadüfi göndərdiyi işləri yoxlayıb. Qeyd edək ki, onlayn (evdən) yoxlama prosesində üztanıma texnologiyası tətbiq edilib və yoxlama prosesinin bütün tələblərinə (meyarların təkmilləşdirilməsi, işlərin şifrələnməsi, markerlərin hər tapşırıq üzrə yoxlamadan əvvəl kalibrləmədə iştirak etməsi, yoxlama ərzində “seeding” (markerlərə sayıqlığı itirməmək üçün əvvəlcədən hazırlanan və kalibrə edilən sualların mütəmadi olaraq göndərilməsi) prosesinin tətbiqi, işlərin markerlərə proqram tərəfindən təsadüfi göndərilməsi, imtahan protokollarının araşdırılması və s.) əməl olunub.


Yazı işlərinin onlayn (evdən) yoxlanılması üçün proqram təminatı Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb.


Bu imtahanlarda iştirakı nəzərdə tutulan 46741 nəfərdən 485 nəfər imtahana gəlməyib. Tələb olunan imtahan qaydalarını pozduğu üçün 5 nəfərin nəticəsi ləğv olunub.


İmtahan iştirakçıları arasında altı nəfər (siyahı) maksimal olan 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.


İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 30 aprel və 1, 2 may tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizə ni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir və həmin müraciət araşdırılmır. Apellyasiya prosesi aşağıdakı ardıcıllıqla aparılır:


Apellyasiya Komissiyası tərəfindən haqqında müraciət olunan bütün işlər araşdırılır;

Şagirdlərin müraciət etdikləri tapşırıqlar üzrə ekspert rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə əlavə edilir;

Şagirdlərin apellyasiya ərizələrində qeyd etdikləri telefon nömrəsinə apellyasiya prosesinin başa çatması ilə bağlı “sms” göndərilir.


Bundan sonra şagirdlər apelyasiya.dim.gov.az saytında ərizələrinə daxil olaraq apellyasiyanın nəticəsi ilə tanış ola və ekspert rəyini oradan çap edə bilərlər.


Cavab vərəqində təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərlə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) bağlı müraciətlərə baxılmayacaq.


“Apellyasiya Komissiyasına müraciət etməmişdən əvvəl şagirdlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Abituriyentlərin nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq”, - məlumatda vurğulanıb.




Загрузка...
Həmçinin oxuyun:
11-ci sinif şagirdləri üçün buraxılış imtahanının nəticələri elan olunub

11-ci sinif şagirdləri üçün buraxılış imtahanının nəticələri elan olunub

Buraxılış imtahanlarının nəticələri açıqlandı -Buradan öyrənin

Buraxılış imtahanlarının nəticələri açıqlandı -Buradan öyrənin

Ümumtəhsil məktəbləri üçün Təsviri incəsənət və Texnologiya fənni üzrə  üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Təsviri incəsənət və Texnologiya fənni üzrə üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Buraxılış imtahanının nəticələri açıqlandı

Buraxılış imtahanının nəticələri açıqlandı

DİM buraxılış imtahanlarının nəticələri AÇIQLADI

DİM buraxılış imtahanlarının nəticələri AÇIQLADI

Buraxılış imtahanlarının nəticələri açıqlanıb

Buraxılış imtahanlarının nəticələri açıqlanıb

Buraxılış imtahanlarının nəticələri elan olunub

Buraxılış imtahanlarının nəticələri elan olunub

Buraxılış imtahanlarının nəticələri elan olunub

Buraxılış imtahanlarının nəticələri elan olunub

Buraxılış imtahanlarının nəticələri açıqlanıb: Daha bir nəfər 300 bal toplayıb

Buraxılış imtahanlarının nəticələri açıqlanıb: Daha bir nəfər 300 bal toplayıb

Buraxılış imtahanlarının NƏTİCƏSİ açıqlandı - 3 nəfər yüksək bal topladı

Buraxılış imtahanlarının NƏTİCƏSİ açıqlandı - 3 nəfər yüksək bal topladı

DİM: iyulun 27-dən etibarən onlayn apelyasiya prosesi təşkil ediləcək

DİM: iyulun 27-dən etibarən onlayn apelyasiya prosesi təşkil ediləcək

11-ci sinif şagirdlərinin buraxılış imtahanlarının nəticələri elan olunub

11-ci sinif şagirdlərinin buraxılış imtahanlarının nəticələri elan olunub

Buraxılış imtahanlarının nəticələri ELAN EDİLDİ

Buraxılış imtahanlarının nəticələri ELAN EDİLDİ

İmtahanların nəticələri açıqlandı – 1024 nəfər imtahana gəlməyib

İmtahanların nəticələri açıqlandı – 1024 nəfər imtahana gəlməyib

“Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları təsdiq edilmişdir”.

“Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları təsdiq edilmişdir”.

Kolleclərə qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ

Kolleclərə qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ

Sonuncu buraxılış imtahanlarının nəticələri açıqlandı: Altı nəfər xaric edildi

Sonuncu buraxılış imtahanlarının nəticələri açıqlandı: Altı nəfər xaric edildi

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Qəbul imtahanlarının nəticələri açıqlandı

Qəbul imtahanlarının nəticələri açıqlandı

Magistraturaya qəbulun ikinci cəhdində iştirak üçün qeydiyyat elan edilib

Magistraturaya qəbulun ikinci cəhdində iştirak üçün qeydiyyat elan edilib

II və III ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələri elan edilib

II və III ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələri elan edilib

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Martın 12-də IX sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanının I mərhələsinin nəticələri açıqlanıb

Martın 12-də IX sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanının I mərhələsinin nəticələri açıqlanıb