Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirildi: Cavablar nə zaman elan ediləcək?
Dövlət İmtahan Mərkəzi ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış imtahanı keçirib.
Oxu.Az xəbər verir ki, Bakı şəhərinin Xəzər (II zona), Nizami və Pirallahı rayonlarında, Naxçıvan MR, Sumqayıt (II zona), Naftalan, Abşeron (II zona), Göygöl, Goranboy, Şəmkir (II zona), Gədəbəy, Qax, Balakən, Zaqatala, Cəlilabad (II zona), Masallı (II zona), Lerik, Bərdə, Tərtər, Yevlax, Göyçay, Ağdaş, Qobustan, Saatlı, Salyan, Xaçmaz (II zona) və Quba (II zona) rayonlarında, həmçinin tədrisi ingilis, fransız və gürcü dillərində aparılan ümumtəhsil müəssisələrinin, Bakı şəhərinin xüsusi ümumtəhsil müəssisələrinin (internat məktəbləri, Çilov adasında yerləşən məktəb, cəzaçəkmə müəssisələrində yerləşən məktəblər) məzunları üçün Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı təşkil olunub.
İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 203 imtahan binası, 3 510 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 571 imtahan rəhbəri və ümumi rəhbər, 4323 nəzarətçi, 619 buraxılış rejimi əməkdaşı (mühafizə), 203 bina nümayəndəsi ayrılıb.
İmtahanda 46 169 şagirdin iştirakı gözlənilirdi.
İmtahanda 17 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edib. Bu şagirdlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib.
İlkin məlumatlara əsasən, iki nəfərdə mobil telefon aşkarlandığı, bir nəzarətçi isə köçürməyə şərait yaratdığı üçün imtahandan kənarlaşdırılıb. Baş verən qayda pozuntuları protokollaşdırılıb və araşdırma aparılacaq.
Bu gündən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.
İmtahanda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın dörd həftə ərzində elan olunması nəzərdə tutulur.
Qeyd edək ki, imtahan başa çatdıqdan sonra iştirakçılara sual kitabçalarını özləri ilə aparmağa icazə verilib.
İmtahanda istifadə edilmiş test tapşırıqlarının (qapalı və kodlaşdırıla bilən açıq tipli) düzgün cavabları sabah gün ərzində Dövlət İmtahan Mərkəzinin saytına yerləşdiriləcək.
09:09
Aprelin 21-də Dövlət İmtahan Mərkəzi (DİM) Bakı şəhərinin Xəzər, (II zona), Nizami və Pirallahı rayonlarında, Naxçıvan Muxtar Respublikasında, Sumqayıtda (II zona), Naftalan, Abşeron (II zona), Göygöl, Goranboy, Şəmkir (II zona), Gədəbəy, Qax, Balakən, Zaqatala, Cəlilabad (II zona), Masallı (II zona), Lerik, Bərdə, Tərtər, Yevlax, Göyçay, Ağdaş, Qobustan, Saatlı, Salyan, Xaçmaz (II zona) və Quba (II zona) rayonlarında, həmçinin tədrisi ingilis, fransız və gürcü dillərində aparılan ümumi təhsil müəssisələrinin, Bakı şəhərinin xüsusi ümumi təhsil müəssisələrinin (internat məktəbləri, Çilov adasında yerləşən məktəb, cəzaçəkmə müəssisələrində yerləşən məktəblər) məzunları üçün ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirir.
Çilov adasında yerləşən məktəbə imtahan rəhbəri və materialların daşınması “Azneft” İstehsalat Birliyinin helikopteri vasitəsilə həyata keçirilir.
Dövlət İmtahan Mərkəzindən Oxu.Az-a bildirilib ki, imtahanda 46 169 şagirdin iştirakı nəzərdə tutulur.
İmtahan saat 11:00-da başlanır. Saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.
İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.
Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
- İmtahana buraxılış vərəqəsi;
- Şəxsiyyəti təsdiq edən sənədin əsli:
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
-Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
Respublikanın 25 şəhər və rayonunda təşkil edilən imtahan üçün 203 bina, 3510 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 571 imtahan rəhbəri və ümumi rəhbər, 4323 nəzarətçi, 619 buraxılış rejimi əməkdaşı (mühafizə), 203 bina nümayəndəsi cəlb edilib.
Bugünkü imtahanda 17 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin olunub.
Ümumtəhsil internat məktəblərinin nümunəvi Əsasnaməsi NK-nin 5 may 1994-cü il tarixli, 176 №-li qərarı
"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"
Buraxılış imtahanlarının keçirilmə qrafiki - CƏDVƏL
Buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki müəyyən olunub
Azərbaycanda internat məktəblərinin bazasında gimnaziyalar yaradılıb
IX sinif üçün buraxılış imtahanlarının cədvəli
İyunun 24-25-də növbəti buraxılış imtahanı keçiriləcək
Paytaxt təhsili 2021-ci təqvim ilində
Vətəndaşların nəzərinə: Nazirlərin qəbuluna düşmək üçün CƏDVƏL AÇIQLANDI
Vətəndaşların nəzərinə: Apreldə nazirlərin qəbuluna düşmək üçün CƏDVƏL AÇIQLANDI
Göygöl məktəbliləri tətil müddətində Şəmkir rayonunda təşkil olunan Skautların Yaz düşərgəsində iştirak edib
Vətəndaşların nəzərinə: Nazirlərin qəbuluna düşmək üçün CƏDVƏL AÇIQLANDI
DİM qəbul imtahanlarının ikinci mərhələsinin qrafikini elan etdi
TEST 2 Direktor olmaq istəyənlər üçün Təhsil müəssisələrinin tipləri və növləri
Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə buraxılış (qəbul) imtahanlarının keçirilməsinə başlanılır
2022-ci təqvim ili rəqəmlərdə
20 və 21 avqustda keçiriləcək qəbul imtahanlarının ikinci mərhələsinin qrafiki elan olunub
Məktəbləri viran qoyan Goranboy icra başçısının daha bir maliyyə maxinasiyası ifşa olundu– FOTO+ VİDEOFAKT
Azərbaycan Respublikası İngilis Dili Müəllimləri Birliyinin ( AzETA ) Bərdə Filialının I konfransını keçirdi
Bu gün 52 mindən çox şagird buraxılış imtahanı verib - VİDEO
Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi
Cəzaçəkmə müəssisələrində peşə təhsili
Buraxılış imtahanlarının qrafiki açıqlandı
Martın 16-da Balakən şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyada Novruz bayramı münasibətilə şənlik keçirilib