Xəbərlər / Abituriyent
14 avqust 2020
1 683


20 və 21 avqustda keçiriləcək qəbul imtahanlarının ikinci mərhələsinin qrafiki elan olunub

 20 və 21 avqustda keçiriləcək qəbul imtahanlarının ikinci mərhələsinin qrafiki elan olunub

 

20 və 21 avqust 2020-ci il tarixlərində imtahan keçiriləcək rayon və şəhərlər, imtahanda iştirak etməli olan şəxslər və imtahanların növləri ilə qrafikdə tanış ola bilərsiniz

İmtahanlar pandemiya şəraiti və xüsusi karantin rejimi tələblərinə uyğun olaraq təşkil ediləcək. İmtahanlarda kütləviliyin və təmas hallarının qarşısını almaq məqsədilə hər ixtisas qrupu üzrə imtahan aşağıdakı qrafikə uyğun 2 gün ərzində keçiriləcək.

Cari ilin məzunları bitirdikləri məktəbin yerləşdiyi yerə uyğun imtahan mərkəzində imtahan verirlər. Əvvəlki illərin məzunları isə şəxsi kabinetlərində faktiki yaşadıqları ünvanı qeyd etdikləri halda, yaşadıqları ünvanın aid olduğu yerə uyğun, əks halda, şəxsiyyət vəsiqəsində qeyd olunmuş ünvanın aid olduğu yerə uyğun imtahan mərkəzində imtahan verirlər.

20-21 avqust 2020-ci il tarixlərində:

• cari və əvvəlki illərin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanları;

• II, III və V ixtisas qrupları üzrə:

– ali və ya orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı;

– qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan (Azərbaycan və ya rus dili) imtahanları keçiriləcək.

Tarix/İmtahan* 20.08.2020 İmtahan mərkəzləri (cəlb olunan rayonlar) 21.08.2020 İmtahan mərkəzləri (cəlb olunan rayonlar)

Cari və əvvəlki illərin məzunları üçün

I və IV ixtisas qrupları üzrə qəbul

imtahanları Nəsimi Səbail Nizami Yasamal Xətai Xəzər Sumqayıt (Sumqayıt, Xızı) Gəncə (Gəncə, Daşkəsən, Göygöl, Samux, Binəqədi Pirallahı Suraxanı Nərimanov Sabunçu Qaradağ Abşeron Mingəçevir (Mingəçevir, Yevlax, Ağdaş) Şəmkir (Şəmkir, Gədəbəy) Ağcabədi (Ağcabədi, Ağdam)

Goranboy, Naftalan) Qazax-Ağstafa (Qazax, Ağstafa, Tovuz) Bərdə (Bərdə, Beyləqan, Tərtər, Xocavənd) Göyçay (Göyçay, İsmayıllı, Ucar) Lənkəran (Lənkəran, Astara, Lerik) Salyan (Salyan, Neftçala, Biləsuvar (Mehdili istisna)) Sabirabad (Sabirabad, Mehdili kəndi, İmişli, Füzuli) Şəki (Şəki, Oğuz, Qəbələ) Xaçmaz (Xaçmaz, Şabran, Siyəzən) Kürdəmir (Kürdəmir, Zərdab, Ağsu) Masallı (Masallı, Yardımlı) Cəlilabad (Cəlilabad) Şirvan (Şirvan, Hacıqabul, Saatlı) Zaqatala (Balakən, Zaqatala, Qax) Quba (Quba, Qusar) Şamaxı (Şamaxı, Qobustan) Naxçıvan

II, III və V ixtisas qrupları üzrə:

– ali və ya orta ixtisas təhsili

müəssisələrinin müsabiqəsində

buraxılış imtahanında verdiyi xarici

dildən fərqli dil üzrə iştirak etmək

istəyənlər üçün əlavə xarici dil

imtahanı;

– qəbul imtahanını buraxılış

imtahanında verdiyi dildən fərqli dil

üzrə vermək istəyənlər üçün əlavə

imtahan (Azərbaycan və ya rus dili).

*9 illik orta təhsil bazasından

kolleclərə sənəd verən abituriyentlər

də yuxarıda qeyd olunan əlavə xarici

dil imtahanlarını verəcəklər

Xarici dilini və ya bölməsini dəyişən abituriyentlər bu imtahanlarını avqustun 21-də Bakı, Gəncə və ya Naxçıvan şəhərlərində verirlər. Abituriyentlər imtahandan bir neçə gün əvvəl çap edəcəkləri imtahana buraxılış vərəqəsində imtahan yeri ilə tanış olmalıdırlar

Qeydlər:

– Məcburi köçkün rayonlarının məktəblərində təhsil alan şagirdlər bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi rayona müvafiq imtahan mərkəzində imtahan verirlər.

– Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu şəhər və rayonlara giriş-çıxışa məhdudiyyət qoyulduğu üçün imtahan iştirakçıları haqqında məlumat bazası aidiyyəti qurumlara təqdim ediləcək, imtahan iştirakçılarının və ehtiyac olarsa, iştirakçını müşayiət edən bir nəfərin imtahan binasına gedib və imtahandan sonra qayıtmasına icazə veriləcək. İmtahan iştirakçısına "İmtahana buraxılış vərəqəsi” ilə bir yerdə onu müşayiət edəcək 1 nəfər üçün arayış da çap etmək imkanı yaradılıb. Arayış imtahan iştirakçısı tərəfindən doldurulmalı və imza ilə təsdiqlənməlidir. Arayış yoxlama zamanı şəxsiyyət vəsiqəsi ilə birlikdə təqdim edilir və imtahan iştirakçısının özü iştirak etdikdə (imtahan binasının yaxınlığında gözləmək istisna olmaqla) və onun müvafiq sənədləri (şəxsiyyət vəsiqəsi, imtahana buraxılış vərəqəsi) təqdim edildikdə etibarlıdır. Yoxlama zamanı zərurət yarandıqda QR kodundan istifadə olunur. – İmtahana buraxılış vərəqələri imtahandan 5 gün əvvəl DİM-in saytında yerləşdiriləcək. I və IV ixtisas qrupu üzrə imtahan verənlərin buraxılış vərəqələri artıq sayta yerləşdirilib.

– Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinə hazırlaşan abituriyentlər fənlər üzrə tapşırıq nümunələri ilə "Abituriyent” 1 jurnalında tanış ola bilərlər. Ətraflı məlumat "burada”.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
DİM qəbul imtahanlarının ikinci mərhələsinin qrafikini elan etdi

DİM qəbul imtahanlarının ikinci mərhələsinin qrafikini elan etdi

10 iyul tarixində əvvəlki illərin məzunları üçün ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı keçiriləcək

10 iyul tarixində əvvəlki illərin məzunları üçün ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı keçiriləcək

DİM: Abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər

DİM: Abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər

İyulun 23-24-də keçiriləcək buraxılış imtahanlarının qrafiki elan edildi

İyulun 23-24-də keçiriləcək buraxılış imtahanlarının qrafiki elan edildi

İyunun 24-25-də növbəti buraxılış imtahanı keçiriləcək

İyunun 24-25-də növbəti buraxılış imtahanı keçiriləcək

13-14 avqust tarixlərində 35 şəhər və rayonda imtahan keçiriləcək - VİDEO

13-14 avqust tarixlərində 35 şəhər və rayonda imtahan keçiriləcək - VİDEO

I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının ikinci mərhələsi bu tarixdə KEÇİRİLƏCƏK

I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının ikinci mərhələsi bu tarixdə KEÇİRİLƏCƏK

İmtahanların siyahısı

İmtahanların siyahısı

Dövlət İmtahan Mərkəzi abituriyentlərə müraciət etdi

Dövlət İmtahan Mərkəzi abituriyentlərə müraciət etdi

Bu gün növbəti buraxılış imtahanları keçiriləcək

Bu gün növbəti buraxılış imtahanları keçiriləcək

Sabah ilk qəbul imtahanı keçiriləcək

Sabah ilk qəbul imtahanı keçiriləcək

DİM imtahan verəcək abituriyentlərə MÜRACİƏT ETDİ

DİM imtahan verəcək abituriyentlərə MÜRACİƏT ETDİ

Buraxılış imtahanlarının şəhər və rayonlar üzrə təqvim planı açıqlanıb

Buraxılış imtahanlarının şəhər və rayonlar üzrə təqvim planı açıqlanıb

Buraxılış imtahanlarının qrafiki açıqlandı

Buraxılış imtahanlarının qrafiki açıqlandı

Rezidenturaya qəbul imtahanının vaxtı və yeri AÇIQLANDI

Rezidenturaya qəbul imtahanının vaxtı və yeri AÇIQLANDI

Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə buraxılış (qəbul) imtahanlarının keçirilməsinə başlanılır

Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə buraxılış (qəbul) imtahanlarının keçirilməsinə başlanılır

Buraxılış imtahanlarının rayon və şəhərlər üzrə keçirilmə qrafiki müəyyən olunub

Buraxılış imtahanlarının rayon və şəhərlər üzrə keçirilmə qrafiki müəyyən olunub

Bu gün növbəti qəbul imtahanı keçiriləcək

Bu gün növbəti qəbul imtahanı keçiriləcək

İmtahan iştirakçısını birdən artıq şəxs müşayiət edə bilməz – RƏSMI

İmtahan iştirakçısını birdən artıq şəxs müşayiət edə bilməz – RƏSMI

Bu gün daha 13483 abituriyent imtahan verir

Bu gün daha 13483 abituriyent imtahan verir

Növbəti buraxılış imtahanlarının qrafiki elan olundu

Növbəti buraxılış imtahanlarının qrafiki elan olundu

2 və ya 3 iyul tarixlərində iştirak edəcək şagirdlərin nəzərinə!

2 və ya 3 iyul tarixlərində iştirak edəcək şagirdlərin nəzərinə!

IX sinif üzrə buraxılış imtahanları bu tarixlərdə olacaq

IX sinif üzrə buraxılış imtahanları bu tarixlərdə olacaq

Aprelin 28-də keçiriləcək imtahanlarda iştirak edənlərin nəzərinə!

Aprelin 28-də keçiriləcək imtahanlarda iştirak edənlərin nəzərinə!